Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Qarabağ

İki saatlıq görüşün xizəkli sonu

Prezidentlər Soçidə, 25 yanvar 2010

Prezidentlər Soçidə, 25 yanvar 2010

25.01.2010
«Prezidentlərin görüşü səmərəli keçib və tərəflərin razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaqları razılaşdırılıb».

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin yanvarın 25-də Soçidə Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı keçirilən görüşündən sonra deyib.

MİNSK PROSESİ İRƏLİLƏYƏCƏK

Sergey Lavrov tərəflərin budəfəki açıq söhbətinin Minsk prosesinə də müsbət təsir edəcəyini düşünür. O, mediaya açıqlamasında vurğulayıb ki, münaqişə tərəflərinin razılaşdırılmamış məqamlar üzrə təkliflər verməsi danışıqlar prosesində konkretliyə səbəb olacaq.

GERİYƏ DÖN!

Politoloq Vəfa Quluzadə isə düşünür ki, Azərbaycanın 18 ildir davam etdirdiyi sülh danışıqlarının heç bir nəticəsi olmayacaq. Politoloq deyir ki, Rusiyanın tərəflərə öz təkliflərini hazırlamaq çağırışı, prosesi yenidən geri çevirmək deməkdir:

Vəfa Quluzadə
- Rusiya «nə hərb, nə sülh» prosesindən olduqca məmnundur. Çünki münaqişənin həlli Rusiyanın regiona təsir imkanlarını daralda, Azərbaycanın və Ermənistanın Avroatlantika məkanına inteqrasiyasını sürətləndirə bilər. 1998-ci ildə tərəflər münaqişənin həllinə yaxınlaşmışdı. O zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan problemin mərhələli çözümünü təklif etmişdi. Ancaq siyasi proseslər onun hakimiyyətdən getməsinə səbəb oldu. Özü də bunu Rusiya etdi. Daha sonra 1999-cu ildə Azərbaycanla Ermənistan İstanbul sammitində güzəştli sülh sazişi imzalamağa çox yaxınlaşmışdılar. Ancaq Ermənistan parlamentində spiker, baş nazir də daxil olmaqla nazirlər, deputatlar güllələndi. Rusiyanın bu münaqişənin nizamlanması üzrə atdığı addımların hamısı manevrdir.

Politoloq deyir ki, beynəlxalq hüquq pozulub və Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əgər həmsədr dövlətlər, o sıradan Rusiya Qarabağ düyününün açılmasını istəyirsə, o zaman Ermənistanı beynəlxalq hüququ əməl etməyə, öz qoşunlarını işğal etdiyi Azərbaycandan geri çəkilməyə çağırmalıdır. Bu, baş verməyənə qədər sülh danışıqlarının heç bir nəticəsi olmayacaq.

REFERENDUM DÜYÜNÜ


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Soçidəki üçtərəfli görüşü nəticəsiz sayır:

- Əgər prezidentlərin bundan öncəki Moskva görüşündə hər hansı sənəd imzalanmışdısa, irəliləyişlərlə bağlı hər hansı ümid yaranmışdısa, Soçidə bu baş vermədi. Əslində, Lavrovun mətbuat üçün açıqlamasında onun görüşdə heç bir nəticəyə gəlinmədiyinə işarə etdiyi açıq görünür.
Elxan Şahinoğlu
Düzdür, Lavrov bildirdi ki, Madrid prinsiplərinin preambula hissəsilə bağlı ümumi razılaşma, münaqişənin çözüm şərtlərilə bağlı ortaq anlayış var. Ancaq bunlar yenilik deyil. Soçi görüşünə qədər dövlət başçıları Madrid prinsiplərinin çoxunu qəbul etmişdi. Əsas fikir ayrılığı Dağlıq Qarabağın statusunun müəyyən edilməsilə bağlı referendumun vaxtı ilə bağlıdır. Ermənistan referendumun tarixi bəlli olmadan hər hansı sülh sazişi imzalamaq istəmir. Azərbaycan isə bu məsələyə qarşıdır. Əgər bu məqamla bağlı yenə də heç bir razılaşma əldə olunmayıbsa, prezidentlərin üçlü görüşündə hansı nəticələrdən danışmaq olar?

Elxan Şahinoğlu ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nümayəndəsi Qoran Len-Markerin bugünlərdə dediyi «2010-cu ilin yazına qədər münaqişənin baza prinsipləri razılaşdırıla bilər» fikrini də bölüşmür. Onun sözlərinə görə, Soçi görüşünün faktiki olaraq heç bir sənəd, anlaşma əldə edilmədən imzalanması deyilənlərin reallaşacağına böyük şübhə yaradır.

XİZƏKLİ SAMMİT

Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını mümkün sayır. Prezident İlham Əliyev bu fikri öz çıxışlarında dəfələrlə bildirib.

Rəsmi Bakı Soçi görüşü ilə bağlı açıqlama yaymayıb. Rusiya qaynaqları isə yazır ki, görüş təxminən iki saat sürüb. Danışıqlardan sonra Rusiya və Azərbaycanın dövlət başçıları «Krasnaya polyana» dağxizək komleksində xizək sürüb danışıqları qeyri-rəsmi şəraitdə davam etdirməyi qərara alıblar. Serj Sarkisyan isə danışıqlardan sonra Ermənistana qayıdıb. Onun Medvedevlə Soçi danışıqlarından öncə təkbətək görüşü ötən həftə Moskvada olmuşdu.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
27.01.2010 23:18
Klemonso demiwdir:"Muharibe ele de asan mesele deyil ki,onu herbicilere etibar edesen".Indi ay menim xalqim, konfilikti hell etmek o qeder asan mesele deyil ki,xizek surene de etibar edesen .

Kimdən: ss
27.01.2010 19:05
sarkisyana ne lazimdi xizek surmek, o yegin socide ermeni ehalinin xodgedenleri ile maragli planlar cizir, mesele- nece garabaga sermaye yatirsinlar, ish yerleri acsinlar, ehalinin sayini artirsinlar..unutmayinki ermeniler ucun erevan, shusha,xankendi, kars, axalkalaki (axirinci 2 sheher Allaha shukur, ermenilerin elinde deyil) nece ezizdise soci'de ele ezizdi, socinin ehalisinin yarisi ermenidi


Kimdən: Afat Şəhər: Ukrayna
27.01.2010 16:36
Bakida oturmagla Garabagi gaytarmag olmaz.Ordunun döyüş gabiliyyətini artirmag lazimdir.Durub hesablasan,Şuşanin əhalisi gədər Bakida rəhbər vəzifədə çalişan çinovniklər var.Vaxtdir,isti kabinetlərdən çixib döyüş mövgelərinə ğetmək lazimdir.Onlarin 90%-i barit goxulamayan,ğejələr sənğərdə yatmayan realligdan uzag adamlardir.Hami oturub ğözləyir haçan ermənilər insafa ğəlib torpaglari gaytarajag.Bununla biz özümüzü aldadirig.Erməni ğüjümüzü ğörməyinjə imana-dinə ğəlməyəjək.Tək prezidentlə bu işi həll etmək mümkün deyil.Bakida gudurğanlig edib,at oynadan oğullar! Garabağ sizi ğözləyir! Minin XAMMERinizi,ğötürün avtomatinizi,ALLAH,MƏHƏMMƏD,YA ƏLİ-döyüş meydani öz gəhrəmanlarini gözləyir.Axi bu torpagda yag icində böyrək kimi yaşayanlar,bu torpag ugrunda vuruşmagi da bajarmalidir. Vətən hamimizindir,tutdygu mövgedən asili olmayarag hami onun əskəri olmalidir.
Cavab

Kimdən: bezib getmis Şəhər: Avropadan
28.01.2010 00:44
Mende sizin fikirlerinizi bölüsüräm !!!!!!! Bunlar elä bir yumurtanin üstündä oturublar !

Kimdən: mikayil Şəhər: uzaqlar
27.01.2010 14:40
google.az Azerbaycan filmlari bolumunda bir ermani dashnakinin senedli filmi yerlashdirilib. O filimi ordan yigishdirmaq lazimdir. Heyf ozum bacarmiram.

Kimdən: Yurdsevər
26.01.2010 12:14
Prezidentler Spçidə sürüşür, və... bu zaman bakıda qar yağır!
Qoy yağsın, qarın nə ziyanı var? Yatmış xalq üçün ən gözəl yorğandır!

Kimdən: merdan Şəhər: Luvrdan
26.01.2010 10:41
Sen bu siyaseti desteklemeye davam et ki,torpaqlar da dunya durduqca isgal altinda qalsın.Azerbaycan dovlet başçısının aeroprotda yeniden Sarkisyanla görüşmesi lap xezine tapıntısıdır.Gör üreklerinde ne qeder söz var ki,aeroportda da danışmağa davam edirler.Minsk Qrupu 1992-ci ilde yaradılıb.İndiye qeder ne iş görüb ki,bundan sonra da ne iş göre?Bağlı qapılar arxasında geden danışıqların mahiyyeti barede indiye qeder birce kelme melumat elde ede bilmisinizmi?Bes 1996-da Lissabon Sammitinde qelebe çalmışdıq?Adamın üreyini bulandırırsınız

Kimdən: Berdeli
26.01.2010 03:09
Xizet surmekde lazimdi xokkeyde futbolda.Ne geder chox gorush danishix olsa o bizim xeyrimizadi. Aradaki kin kudumati goturmek lazimdi . doslug olmasa sulh de olmaz.Prezidentimizim yurutduyusiyasata da inaniram destekliyiram.
Cavab

Kimdən: Fidan Şəhər: Baky
26.01.2010 17:00
Eh ay berdeli deysen qishin soyuqunda gece sehere kimi kuchede dayanib bombanin binamiza dushub dushmemeyini gozlemeyimizi unutmusuz...

Kimdən: Arif Şəhər: Türkiye
26.01.2010 00:24
Şerhde her şeyi cox maraqlı yazırlar. Halal olsun!

Kimdən: buyabir Şəhər: olasiniz
25.01.2010 22:29
Bilirəm ki mesajımı yaymayacaqsınız. Amma həmişəki kimi müxbirləriniz faktları izləməkdə tələsirlər. Sakrisyan Soçi görünşündən sonra nəinki xizək sürməyə də qatılıb, hətta indiki saatlarda Soçi hava limanında təzədən İlhamla görüşür. Əgər sizdə acağıq da olsa iradə və düzlük varsa bu mesajı yayıb özüvüzü biyabıy etməzsiniz

Kimdən: Ilqar Abdullah
25.01.2010 21:29
Bu sarkisyan nece prezidentdir,xizek surmeyi de bacarmir.ermeniler ozlerine gor nece rehber sechibler.Yeqin o,qorxub ki,Ilhamla Medvedyevin yaninda xizek surerken yixilib biyabir olar,hami ona guler ve onunla mezelenerler,ona gore de tez chixib aradan.Halal olsun bizim rehbere,Sochi gorushunde xizek surmekle ermenileri darmadagin etdi ve butun dunyaya bizim neye qadir oldugumuzu gosterdi.
Cavab

Kimdən: Azerbaycan Şəhər: Bakı
25.01.2010 22:22
Allah seni Guldursun.............haha......
    Növbəti 
Səhifə (2)