Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Kriminal

Şagirdini zorlayan müəllim bu səhnəni mobil telefonu ilə çəkirmiş

25.01.2010
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi, 50 yaşlı Şahin Yusifovun məhkəməsi keçirilir. Məhkəmə iclası qapalıdır.

MÜƏLLİM ŞAGİRDİNİN ANASI VƏ AZYAŞLI QARDAŞI İLƏ DƏ CİNSİ ƏLAQƏDƏ OLURMUŞ

İttiham aktına görə, Şahin Yusifov müəllim işlədiyi məktəbin şagirdi və eyni zamanda qonşuluğunda yaşayan 14 yaşlı T.-nı zorlamaqda təqsirli bilinir.

Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsinə görə, o, 9 ildir ki, 294 saylı orta məktəbdə müəllim işləyirmiş. 14 yaşlı şagirdlə isə 3 il əvvəl «münasibət qurub».

İttiham aktına görə, müəllim qonşuluğunda yaşayan şagirdinin evdə tək olmasından istifadə edərək onlara qonaq gedir və qıza qarşı seksual hərəkətlər edirmiş. İstintaq müəyyən edib ki, müəllim şagirdinin anası və azyaşlı qardaşı ilə də cinsi əlaqədə olurmuş. Ötən il isə Şahin Yusifov şagirdinə qarşı seksual hərəkətlər edərkən bu səhnəni öz mobil telefonunun videoyaddaşına yazıb. Bu vəziyyət 3 il davam edib.

Ötən il avqustun 24-də növbəti dəfə sərxoş vəziyyətdə şagirdinin yaşadığı evə gələn müəllim qızın xalasının qəzəbinə tuş gəlib. Xala müəllimin hərəkətlərindən Qaradağ rayon Polis İdarəsinə şikayət edib. Şahin Yusifov şikayət ərizəsi əsasında saxlanılıb.

MÜƏLLİMİN HƏRƏKƏTLƏRİNDƏN HAMI XƏBƏRDAR İMİŞ

İbtidai istintaqda şahid qismində dindirilən T.-nın ailə üzvlərinin və qonşularının ifadələrindən məlum olur ki, müəllimin hərəkətlərindən əslində hamı xəbərdar imiş. Sadəcə, adamlar müəllimin hərəkətlərindən polisə yox, nədənsə onun müəllim işlədiyi məktəbin direktoruna şikayət edilərmiş. Məktəb direktoru isə şikayətçilərdən sübut tələb edirmiş.

Qonşuları istintaqa bildiriblər ki, 3 il davamlı şəkildə şagirdinin evinə gəlib-gedən Şahin Yusifov bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan müəllim vaxtaşırı bu evdə dava salır, qızı və anasını amansızcasına döyürmüş.

Müəllim Cinayət Məcəlləsinin zorlama maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilərsə, onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: fobi Şəhər: belarusya
03.02.2010 18:54
demək isdeyirəmki belə adamların öz aileleridə özleri kimi olurlar. Baçqasına satasanın ailesine satasarlar. bunu hami gözəl bilirki anasının bacısının arvadinin qədrini bilən alcaq belə hərəkət eləməz.

Kimdən: Fergi yoxdur Şəhər: Fergi yoxdur
03.02.2010 00:41
Muellimlerimiz bela edirse basqa insanlardan ne gozlamak olar.Bizim axirimizin hara gedacayi mani cox narahat edir.
Muellim insan deyil bu bir tarafa manca ana muellimdanda cox gunahkardir.O neca anadir ki, ozu muellimle birlikde olub sonrada qizinin ve en dehsetlisi oglunun da muellimle beraber olmasina goz yumur.Allah bela analarinda muellimlerinde cezasini versin.Manca birinci anaya agir ceza vermak lazimdir.Ne qeder pis imkani olursa olsun ananin bela bir seya goz yummasi dehsetlidir.

Kimdən: Esmira Şəhər: Isvec
31.01.2010 05:57
Bir Azerbaycanli kimi cox utandim.Axi bizim millete yarasmayan bir shey.Muellim ...yazigllar olsun.Onun kimilerini hebisxanada omurluk saxlasalar daha yerine duser.DNA -si pozuq. insanlar arasinda elencilerine yer olmamasi gerekir.Exlaqi pozuq olana, her teref mecit olsa ne yazar.Yuxarda yazir mecit tikmek lazimdi cox.Kimsezizlere muharibe zamani ata-babalarimiz nece sahib cixirdi.Mecitleremi gedirdiler? Sadece kokumuzden uzaq dusenlerimiz coxalir.Allah qorusun.Milletimizi.
Cavab

Kimdən: vetenperverler konseyi Şəhər: bineqediden
01.02.2010 20:28
sen hec naraxat olma Esmira xanum onun kimi turmede gozel yeri olacaq!!!

Kimdən: aslan Şəhər: moskva
26.01.2010 23:37
Mence bu ilk novbede savadsizliq elametdir. Eger bu ushaglar orta mektebde normal tehsil - en azi oz huquqlari barede alsaydilar buna yol verilmezdi. Ana ise olkede minlerle savadsiz qadindan biridir. Umumiyyetle, bu hal meni tecublendirmir - chunki olkede o qeder savadsiz, kutbeyin ve bilgisiz insan var ki, her cur zorrlamalar bash verir. Yani kiminin iradesini zorlayirlar, kiminin de bedenini!!!

Kimdən: Namiq
26.01.2010 18:37
Demek isteyirem ki, bu cur insanlarin (basqalarini zorlayanlarin) ekseriyyetini hebsxanada zorlayirlar.Bu dunyanin bir cox olkesinde heyata kecirilen tecrubedir.
Bu hadisede xeyli insanin sehlenkarligi vardir.

Kimdən: Namiq
26.01.2010 15:18
Men basa duse bilmirem, bu cur insan nece olur ki, 50 yasina kimi mektebde muellim isleyir.Tehsil Nazirliyi indiye kimi hara baxib?Muellimler her il tibbi yoxlamalardan kecmeli deyillermi?


Kimdən: Fariq Şəhər: Baki
26.01.2010 15:15
Eger dogurdan bele bir hadise bash veribse, onda sag olsun icherdekiler, hemen o bende(ona muellim demeye adamin dili gelmir) icheride kef chekecek.men bir sheye teeccublenurem, bes niye o anani hebs etmirler?

Kimdən: Kemale Bunyatzade Şəhər: Gəncə
26.01.2010 13:26
Dəhşətdir.Bu qiyamət əlamətidir.Mən qızı başa düşə bilmirəm ki,niyə o,daha əvvəl bu haqda heç kimə deməyib.3 ildə bunu saxlamaq olar?Məncə burda qızın da günahı var.

Kimdən: Mehman Şəhər: Rusiya
26.01.2010 13:11
Buda Azerbaycanin avromalashmasinin neticesi. Imkaniniz varsa seherden axshama dek ancag seriallari gosterin. Millet artig seriallashib desem yanilmaram. TV ve KIV lerimiz insanlara exlagi ashilamalidir, mescidler tikilmeli ve meneviyyatimiz berpa edilmelidir....

Kimdən: özümüzünkü Şəhər: özümüzdən
26.01.2010 03:20
belədə ki qiyamət əlamətlərindən olduğunu deyə bilmərəm. pisixologiya bu məsələlərə əlac tapa bilməz..bu dəqiqdir...tapsa idi avropada tapardı....amma təhsil sistemimiz belə olanda müəllim də belə olar...
borcluyuq ONLARA...
Cavab

Kimdən: Ferux Şəhər: Baki
26.01.2010 07:51
Azyaşlılara qarşı törədilən cinsi təcavüz psixoloqiyada cinsi parafiliya kateqoriyasına daxildir və əfsuslar olsun ki bu nizamsızlıq üçün müalicə mövcut deyil. Cinayəti törədən müəllim mütləq həmişəlik həbsə məhkum edilməlidir. Gördüyü cinayyət ilə o azyaşlı qız və oğlanın psixoloji sabitliyində ömürlük sarsıntı yaradıb. Əgər durdurulmasa bu müəllim pedofeliya nizamsızlığı sahəsində yeni qurbanların ovuna cıxacaqdır.
    Növbəti 
Səhifə (2)