Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Panorama

Hüquq müdafiəçiləri «Human Rights Watch»un hesabatında nələrlə razılaşırlar, nələrlə yox?

Rəşid Hacılı və Çingiz Qənizadə

Rəşid Hacılı və Çingiz Qənizadə

23.01.2010
«Human Rights Watch»un hesabatında razılaşmadığım məqamlar var».

Bu fikri «Panorama» verilişində hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. Onun fikrincə, hesabatda bəzi sahələr üzrə şişirtmələr var:

«Hesabatda qeyd edilir ki, Azərbaycanda hüquq müdafiəçilərinin sıxışdırılması halları var. Kim mənə deyə bilər ki, 2009-cu ildə hansı hüquq müdafiəçisi təzyiqlərlə üzləşib. Əksinə, artıq bizə imkan yaradılıb ki, istədiyimiz təcridxanada, cəzaçəkmə müəssisəsində monitorinqlər aparaq. Hesabatda dini etiqad haqqında qanuna edilən dəyişikliklərin məhdudiyyət kimi dəyərləndirilməsi ilə də razılaşmıram».

Çingiz Qənizadə hesab edir ki, bütünlükdə Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi haqda deyilənlər həqiqət deyil. Onun fikrincə, bir sıra sahələrdə problemlər qalsa da, müəyyən inkişaf var.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə düşünür ki, Azərbaycanda əsas insan hüquqları sahələrində geriləməni görməmək mümkün deyil:

«Siz deyirsiniz ki, 2009-cu ildə heç bir hüquq müdafiəçisinə təzyiq olmayıb. Leyla Yunus və İntiqam Əliyev diffamasiya ilə bağlı məhkəmə iddiası ilə üzləşiblər. Bunu elə onlara təzyiq kimi dəyərləndirmək olar. O, cümlədən dini sferada da məhdudiyyətlər var. Üstəlik, ötən il bir sıra məscidlər söküldü, dini icmaların fəaliyyətinə məhdudiyyətlər yaradıldı. Azərbaycanda ictimai fikirlə hakimiyyət arasında dərin uçurum yaranıb».

Rəşid Hacılı hesab edir ki, vəziyyətin bu həddə çatması həm də beynəlxalq amillərlə bağlıdır:

«Rusiya və Çin getdikcə güclənir. Ona görə Azərbaycan kimi bəzi ölkələr getdikcə üzlərini onlara doğru çevirməkdədir. Biz Ermənistanda da oxşar prosesləri görürük».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Əlibəy Şəhər: Şirvan
24.01.2010 14:19
Cingiz Qənizadə ilə məsələ aydındır, Allah şəfa versin. İqtidarın pay-parçası həmişə işə yarayır. Allah, sən bizləri tamahımızın əsri etmə. Bu gedişlə bizdən millət olacaqmı? Əşi korrupsiya ehtiyyatlarımız 20 milyard dollardır. Hakimiyyət kimi istəsə satın alacaq. Bölgələrdən xəbəriniz olsun, Çingiz müəllim. Camaat yaşamır e, sürünür. Soyuqdan acından ölür camaat. Polislər soyur, icra soyur, kommunal xərclər, ədalətsiz məhkəmələr, sahibkarlıq fəaliyyəti sıfır, vergi soyur, iş yerləri ixtisara salınır, lap cəhənnəm əzabıdır. Hüququn qiyməti bir qəpikdir. Allah sənə Çingiz Qənizadə, insaf versin...

Kimdən: Ramil Şəhər: Qazax
24.01.2010 12:40
Hormetli huquq mudafiechileri hesabati tertib edenler butun dunyani ehate etme iqtidarindadir.Hetta men deyerdim hesabat birez yungul formada tertib edilib,hami bilir ki ele meseleler var ki hech ictimayileshmir-beshiyindece bogulur. Axirinci belediye sechkileri baris numunedir...