Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:14

Sürücülər və piyadalara aid rüsum və cərimələr


-


Sürücülərə və piyadalara tətbiq olunan bütün cərimələr və dövlət rüsumlarını təqdim edirik. Sol tərəfdə cərimə, sağda isə rüsum məbləğləridir.

Burada həmçinin sürücülər və piyadalara gərəkli ola biləcək sənədlərin nümunələri şikayət üçün ünvanlar da var.


SÜRÜCÜLƏR VƏ PİYADALARA CƏRİMƏLƏR-KEÇİD

CƏRİMƏ MƏBLƏĞLƏRİ

Maddə 151. ...Sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması
151.1. Yol nişanlarının tələblərinə riayət edilməməsinə... görə —
qırx manat miqdarında miqdarda cərimə edilir.
Sürücülər və piyadalara aid olan cərimələr haqqında BÜTÜN MƏLUMATLAR BURADA

NİYƏ VƏ NƏ QƏDƏR CƏRİMƏ OLUNDUĞUNU BURADAN ONLİNE ÖYRƏN


DÖVLƏT RÜSUMLARI

Dövlət rüsumu haqqında qanundan çıxarış

Maddə 18. ...nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

Yol polisi - sənədlər -KEÇİD

YOL POLİSİNƏ MÜRACİƏTDƏ LAZIM OLAN SƏNƏDLƏR

Sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlərin və onları verən orqanların siyahısı:

  • sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması (elektron variantını yüklə)
  • sürücülük vəsiqəsi;
  • şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz.

YOL POLİSİNƏ MÜRACİƏTDƏ LAZIM OLA BİLƏCƏK BAŞQA SƏNƏDLƏR

Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.

ANTİ-KORRUPSİYA QANUNVERİCİLİYİ-keçid

ANTİ-KORRUPSİYA QANUNVERİCİLİYİ

Korrupsiya və rüşvətxorluq əleyhinə istifadə oluna biləcək qanunlar:

İnzibati xətalar Məcəlləsi
Yol Hərəkəti haqqında qanun
Torpaq Məcəlləsi
Mülki Məcəllə

Digər qanunları buradan götür.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
TEXNİKİ BAXIŞ
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
18.65.1.1. avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat
ALICININ TƏLƏBİLƏ TEXNİKİ BAXIŞ
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün 20 manat
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat
SÜRÜCÜLÜK VƏSİQƏSİ ÜÇÜN RÜSUMLAR
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün 20 manat
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 10 manat
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün 5 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi: -
65.5.1. avto-moto nəqliyyat vasitələri üçün 18 manat
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün 5 manat.

Sürücülük və nəqliyyat vasitələri ilə bağlı bütün rüsumları BURADAN GÖTÜR.

Rüsumları həm də çap edə bilərsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG