Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:47

«Azəriqaz»ın işçiləri məhkum edilib

x
Şriftin ölçüsünü dəyiş - +
Binəqədi rayon Məhkəməsi yaşayış evində baş verən partlayışda təqsirli bilinən «Azəriqaz»ın 7 saylı qaz istismar sahəsinin rəisi Xalid Ağakərimovu və sahənin nəzarətçi çilingəri Rəşad Məmmədovu mühakimə edib. Binəqədi rayon Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, səhlənkarlıqda təqsirləndirilən «Azəriqaz» işçiləri 1 il 6 ay müddətinə məhkum olunublar.

MƏRHUMLARIN ÖVLADLARI EKSPERTİZA RƏYİ İLƏ RAZILAŞMIRLAR

Məhkəmə yolu ilə müəyyən edilib ki, partlayış ötən ilin yanvarında Binəqədi qəsəbəsi, I mədən, 10-cu korpus, 16 saylı evdə baş verib. Partlayış nəticəsində ev sahibi Hüseynov Mikayıl Ədil oğlu və onun həyat yoldaşı Hümbətova Zərifə Əsgər qızı həlak olublar. Ailənin iki üzvü isə yaralanıb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib və məsələ ilə əlaqədar «Azəriqaz» işçiləri Xalid Ağakərimovla və Rəşad Məmmədov həbs olunub.

Mərhumların övladları məhkəmədə bildiriblər ki, onlar partlayışın mənzildəki məişət qazından baş verməsi ilə bağlı ekspertiza rəyi ilə razılaşmırlar. Mərhumların övladları partlayışın fəaliyyəti dayandırılan yaxınlıqdakı neft quyusundan sızan səmt qazından, ya da evin altından keçən orta təzyiqli magistral qaz kəmərindən qaz sızması nəticəsində baş verdiyini iddia ediblər.
Mərhumun qızı Elnarə Həsənzadə bildirib ki, partlayış baş verən mənzili alarkən evin altından qaz xətti keçməsini bilməyiblər:

«SONRADAN BİZƏ QONŞULAR DEDİ Kİ, EVİN ALTINDAN QAZ XƏTTİ KEÇİR»

«Atam həmin evi Kərimov Rəşid Qəmbər oğlu adlı şəxsdən alıb. O, makler kimi Binəqədi bələdiyyəsi ilə əlbir işləyir. Binəqədi bələdiyyəsi ona torpaq ayırır, o da evi tikib satır. Biz evi alarkən onun altından magistral qaz xəttinin keçməsini bilməmişik. Sonradan bizə qonşular dedi ki, evin altından qaz xətti keçir, 2007-ci ildə həmin qaz xətti partlayıb və yanğın törədib.

Binəqədi qaz istismar sahəsinin işçiləri isə ora yamaq vuraraq üstünü örtüblər».

Elnarə Həsənzadə hadisəyə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətdən yayındırıldıqlarını iddia edib: «Ekspertiza cinayətin əsl səbəbini gizlədib».

Zərərçəkmiş bildirib ki, partlayış baş verən mənzilin ərazisi Dövlət Neft Şirkətinə aiddir. Binəqədi kənd bələdiyyəsi həmin torpaqları satarkən orada yaşayacaq insanların təhlükəsizliyini nəzərə almayıb. Altından qaz xətləri keçən hazır tikililəri alan müştərilərə tikililərin altından qaz xətti keçməsi barədə məlumat verilməyib. Bu səbəbdən də məhkəmə «Azəriqaz» işçilərini yox, əslində bələdiyyə sədrini mühakimə etməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: xalq Haradan: Baki
21.01.2010 17:27
Azeriqaza bildirmek isteyirem ki,ishcilerini dilenci kimi qapi-qapi gondermesinler,onsuzda bogaza yigilmishig problemlerden.Gelib eheliden artiq pul qoparmaga calishirlar vermeyende borunu kesmekle hedeliyirler reket kimi..Onlarin strukturunda nizam-intizam deyilen hec birshey yoxdur.Qapiye gelen shexs yalniz komputerdan cixan bildirish kegizi qapiya koyub ve saygacin qedishati qeyd edib qetmelidir, KOMPYUTERDAN CIXAN BILDIRISH OLMADIGI HALDA ODEMEYECEM!
Birde xaishim odur ki,saygacin artig yazmasi ucun qazin icinde hava vurub vetendashlarin evini yixmasinlar.
Cavab

Kimdən: puparo Haradan: Baki
21.01.2010 23:15
Azeriqazin satish sobesini Fovqal Nazirin Daydayliq etdiyi KASPİAN Yildiz alib.Tak cto Hele gormeli gunler qabaqdadir (((
Cavab

Kimdən: xalq Haradan: Baki
22.01.2010 12:00
Ola biler,bunlarin fikri Azerbaycan vetendashindan qazi kesib Avrupaya satmaqdir,onun ucun de yeni insha olunan binalarin ekserinde qaz xetti nezere alinmayib.