Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:00

Bloqlar / Sevda İsmayıllı

Yanvar Ana

Sevda İsmayıllı
x
Sevda İsmayıllı
Şriftin ölçüsünü dəyiş - +
O, tez-tez Bakının mərkəzə yaxın bazarına alış-verişə gəlir. Burada onu hamı tanıyır.

Tanımayan alıcılara satıcılar pıçıldayırlar: «Bu ananın öğlu 20 Yanvarda şəhid olub». Ölkənin fərqli bölgələrindən bazara güzəran dalınca gəlməyə məcbur olan adamlar bu anaya xüsusi qayğı göstərirlər.

Hər yandan Anaya pulsuz-parasız gül-çiçək gətirirlər - şəhid oğlunun məzarına qoymaq üçün. Bazarda ona şəhid anası deyirlər. Özü üzünə: «20 Yanvarlıyam» deyir.

Mən onu «Yanvar ana» çağırıram ...

Yazıma da bu başlığı düz bir aydır vermişəm. «Yanvar Ana» günlərdir yuxusuz gecələrimin sirdaşı olub. Ancaq saxlamışam. 20 Yanvara ertələmişəm. İşə bax ki, Yanvara bir neçə gün qalmış əlim-ayağım soyuyub. Heç nə yazmaq istəmirəm.

20 Yanvar, saat 17.00. Bəs nə gözləyirsən, S.İ.? Yanvar ananın deyə bilmədiklərini sən deməyəcəkdinmi?

Haydı, söylə!

20 Yanvar bizi yaman yerdə haqladı. Kiminin balasını aldı - Yanvar Ana kimi...

Kimini ərsiz qoydu. Kiminin evini xanımsız. Vətəni neçə oğulsuz!

Kiminin – lap çoxunun gəncliyini, uşaqlığını əlindən aldı. Kiminin – lap çox adamın yetkinlik çağını, həyatdan daha böyük ləzzət almaq zamanını «oğurladı».

20 Yanvar hamıya dağ çəkdi. Şəxsən mənim həyatımı iki hissəyə böldü. Ona qədərki (özümün də vaxtında dəyər vermədiyim xoşbəxt hissədən) və Ondan sonrakı 20 il davam edən adıbilinməz-dadıbilinməz hissədən.

20 Yanvardan sonra mən son dəbli qırmızı paltomu birdəfəlik əynimdən çıxarıb atdım. 20 Yanvardan sonra mən illərcə televizorun önündə o günün və ondan sonra gələn müsibətlərin qəhrəmanlarına ağladım.

20 Yanvardan sonra mən heç vaxt gənc olmadım. 20 Yanvardan sonra xəyal qurmağı tərgitdim. 20 Yanvardan sonra öz həyatımı yaşamadım, günlərim televizordan yayımlanan «qiyam-şouları» seyr etməklə keçdi.

20 Yanvardan sonra hamımız 20 Yanvarlı olduq. Odur ki, 20 ildir biz elə 20 Yanvarla iç-içə, yan-yana yaşamaqda davam edirik.

Qızımın 20 Yanvar şəkli...

Ailə albomumuzda bir şəkil var. O günlərdə qızım orta məktəbdə oxuyurdu. Məktəb şəhərin düz mərkəzindəydi. Necə olursa müəllim onları gəzməyə çıxarır. Və «Nizami» muzeyinin qarşısından keçən balacalar şəkil çəkdirmək istəyirlər. Şəkil çəkilir. Orada nə əks olunub bilsəniz? Üstündən illər keçəndən sonra bunu kəşf etmişik. Hamımızın evində qoruyub saxladığımız adi sinif şəkli və fonda...həmin günlərdə Bakıya girən SSRİ ordusunun əsgərləri...Yaraqlı-yasaqlı...acıqlı.

Şəklə hər baxanda qorxuram. Üzündə gülüş, obyektivə maraqla baxıb gülümsünən balaların şəkil çəkiləndən sonra başına bir şey gələcəyindən ehtiyatlanıram...

20 Yanvar bizə, bax, belə günlər yaşatdı...

Çingiz Hüseynov demiş, «nə yaxşı ki, müstəqilliyimiz var!»

Bəs nə verdi 20 Yanvar bizlərə?

20 Yanvar azadlığın şirin dadını bizə dadızdırdı.

Bir daha əmin olduq ki, azadlıq verilmir, alınır!

Sovetlər dönəmində ağlımıza gəlib, dilimizə almağa qorxduğumuz bir nemətə sahib olduq -müstəqil dövlətimiz oldu.
Azərbaycan vətəndaşı olduq!

Bəs sonra, sonra?

Ondan sonra gələnlər - savaşlar, hakimiyyət dəyişiklikləri, qiyam-şoular, qiymətlərin qalxıb-düşməsi, arzularımızın əbədi konservləşdirilməsi ilə yadda qaldı...

Arzularımız hələ də mumiyalanmış halda «yaşayır»...

Nə verdi o Yanvar bizlərə?

Azadlığın get-gedə daralması, boğulması, çabalaması get-gedə yol yoldaşımıza, hərdən sirdaşımıza çevrildi...

Necə qoluzorlular gördük?!

Necə pullular gördük?!

Necə insafsızlar gördük?!

Necə Maskalılar gördük, bütöv bir Maskalılar cəmiyyəti?!

Bu 20 ildə biz nələr görmədik?

Son təsəllimiz yenə ancaq müstəqilliyimiz oldu.

Nə yazıq bizlərə...Həyat keçir...Daha bir 20 il və son!

20 Yanvar şəhidlərinin 40 illiyində bir yazı hazırlayan Azərbaycan jurnalistini çox oxumaq istərdim...

Şəhid övladının məzarı başına bir dəstə çiçək aparan Yanvar Ananı da həmçinin. Ona bircə sual verərdim.

Sizcə, nə soruşardım ondan?


20.01.2010


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Şərhləri sırala
Yaz (12)
Şərhlər
     
Kimdən: Realist.
21.01.2012 04:19
Men de cox seyler gordum,cox seyler yasadim.20 yanvar menim evimin icinden kecdi,evimi viran qoydu.O gece biz gucle canimizi qurtara bildik,evimizi buraxib qacdiq.Sonra bu qan-qada bize "musteqillik" getirdi.Bu qeder baha basa gelen musteqillik bizi cox da sevinmeye qoymadi.Cunki bu defe de arzularimiz,xeyallarimiz viran oldu.Heyata tutulmaq ucun bizde hec bir umid yeri qoymadi bu yeni qurulan dovlet.Bir de baxdiq ki, arzularin,gelecekle bagli planlarin xarabaligindayiq.Son umid bizi terk edenden sonra bu defe de caresiz qalib vetenden getdik.Indi qurbetdeyik.Hara getsek, qarsimiza dusmen cixir.Ozunden razi,sinesini gere-gere...Icimde qezeb var,kin var.Ancaq tekce ozume etiraf ede bilirem ki, icimde daha cox utanc var.Men bu qorxaq timsalli dusmenden utaniram.Cunki onlarin millet olaraq sahibleri var,biz insaniq,ancaq sahibimiz yoxdur.Bunu onlar da bilir,onlar da gorur.En cox bundan utaniram.Sahibimiz olsaydi,ustumuzdeki bu lekeni temizlemek ucun bir sey ederdi.Sahibimiz olsaydi,o neftin puluna butun dunyani satin alardi,bizi bu 20 illik xecaletden qurtarardi.Indi biz de her yerde alni aciq, uzu ag gezerdik.20 ildir ki, her defe ancaq analarin yarasinin qaysagi qoparilir,bazar saticilarinin hesabina yasayan Yanvar analarin gozu onunde bu suni,iyrenc tem-teraqli tedbiri heyata kecirmek ucun ne qeder vesait cole atilir.Meqsed de yalniz bir tedbirin kecirildiyi barede raport vermek olur."Tedbir kecirildi, gelen tedbire dek!"Bu minvalla duz 20 il.Ancaq men yene de umidsiz deyilem.Elin sozu evvel-axir duz olur,artiq butun dunya siyasetcileri Azerbaycanda yaxin zamanlarda bas verecek ciddi deyisikliklerden soz edir,ve men umid edirem ki, o deyisiklikier yaxsiliga dogru olacaq,cunki pislik ucun artiq yer qalmayib,pisliyin bundan o yanasi yoxdur.Meni narahat eden bir seydir,yaziq Yanvar ana o gunleri gorecekmi?Genc insan olende deyirler;"Anan olsun..." Men Yanvar anadan sorusardim ki,senin kimin olsun, ay yaziq?Cinar kimi ogulu qurban verdiyin o geceden bir Sehidler xiyabani qaldi, bir 20 yanvar metrosu, bir de sen.Haminiz da yiyesiz-sahibsiz...

Kimdən: Tariyel Haradan: Baki
22.01.2010 12:38
Sevda xanim, hemisheki kimi guclu yazi alinib. Buna gore tebrikler! Yanvar Ana-dan men hech ne sorushmazdim. Sadece, onun alnindan opub deyerdim ki, "Bir az da sebr ele, Ana. Shehidlerimizin arzuladigi azad ve butov Azerbaycani mutleq quracagiq!"

Kimdən: Semra Haradan: Baki
21.01.2010 15:08
Veten yolunda shehid olan ogluna gore neftden gunde milyonlar qazanan dovletin hele de mi sene ayda 300 manat muavinet odeyir???

Kimdən: Fuad Aziz Haradan: UAE (Abu Dhabi)
21.01.2010 09:08
Deyerdimi?

Kimdən: Xetai Haradan: Azerbaycan
21.01.2010 02:39
SEVDA xanim , sizi bilmirem, amma men hemishe fikirleshirem ki bu shehidlerimiz bu cur dovletin qurulmasini isterdilermi ???

Kimdən: azerinden Haradan: Ele Bakinin ozunden
21.01.2010 02:13
Salam Sevda xanim!
Nece de eyni,mende Sizin kimi eyni,girmizini kenara atdim,123 N-li avtobusun surucusu Rustem-anamla menim gucagimizda dunyasini deyishdiyinden nece iller o avtobusa minmedik,bezek-duzekden imtina,hetta ere getmekden imtina etmishdim.Sanki cavanken Dul galmishdig,cavanligimizda hech olmadi,sanki onuda defn etdik,20 il bundan gabag,razisiz?
Adam ele bil utanirdi.Sonrada umidlerimizin girilmasi zamani geldi,sonra depressiya-hele de ondan chixa bilmirik,daha dogrusu istemirler chixag.
Bele serf edir.Amma ozleri Xiyabanda da vosmyorka yerishi ile(manekenler kimi)yeriyirler,orda da raskrutkalarindan galmirlar.
Biz agac ekdik,behresin kimler yedi-Maskalilar,indi de her sheyi oz adlarina chixardirlar.Amma heyf O Milletden,choxu getdi xarice-doze bilmedi maskalillar cemiyyetine.90-dan buyana ishler duz getmedi,bizi azdirdilar,sevf yola apardilar.
Bizim ailemiz o vaxtdan Shehidlerin ziyaretine getmir-uzumuz garadir,agaranda gederik.Ne deyirsizse duzdur,ele bil urekleri oxuyursuz!
ALLAH gizinizi gorusun.
Cavab

Kimdən: Fuad Aziz Haradan: UAE (Abu Dhabi)
21.01.2010 09:07
Azerin xanim,
Ere getdinizmi?
Cavab

Kimdən: azerinden Haradan: Ele Bakinin ozunden
22.01.2010 06:35
Salam Fuad bey!Yox men ere getmedim,her vaxt hesab edirdim ki,buna haggim yoxdur.Onlar olub,choxu da bizim qucagimizda,gozlerimiz onunde,heyat menasini itirdi,yashamaq ele budur?Bu imish bivefa dunya?
O gece neler gormedik xestexanada.Menden indi de choxu sorushur niye getmirsen-anlada bilmirem.O zaman hele yarali shehidlere soz verirdim(umid olarag)sagal sene ere gedecem,ozude hamina soz verirdim.
Onlar da hech choxu sagalmadi.Men bilirdim bunu chunki gullelerin terkibi evvelceden belliydi,ondan sagalan olmayacaqdi.Amma onlar o anda xosh soz ile,digget ile,bashlarin qatmag lazim idi chunki can mubarizesi gedirdi.Sagolun.

Kimdən: Kamile Haradan: Baki
21.01.2010 01:13
Chox sag olun, Sveda xanim, chox muteessir oldum yazinizdan...Yanvar Anaya sorushardim: Ay Ana, oglunun qatilleri cezalandimi...edalet berpa oldumu...

Kimdən: Turkay
20.01.2010 22:45
Salam Sevda xanim. Cox sagolun arada bizi dushunduren yegane jurnalistlerden biri oldugunuz uchun.Sualiniza geldikde ise, men o Anadan chox shey sorushmaq isterdim amma sorusmazdim.Axi nece sorushum ki, Senin cetinlikle boyutduyun,genc , heyatinin en gozel caginda bir ovladin 20 ildir helak olub ve bunu toredenler cezalandirilmayibsa, bir deyeri olmayan, haramla boyuyub, avaralanan gencleri gorende ne hisssler kechirirsen? axi nece sorushum ki, senin ovladin sheherin duz merkezinde onu hech kim mecbur etmeden oz hisslerine qapilaraq Azadliq deye feryad edib shehid olub, indi oz Veten borcunu yerine yetirib herbi xidmete getmeyen, evezinde xaricde veteni alcaldan gencleri gorende ne hissler kechirirsen?
Amma men shehidlerden sorushmaq isterdim: Veten ugrunda olmek ne demekdir?
Allah butun shehidlere rehmet elesin

Kimdən: Nailä Haradan: Almaniya
20.01.2010 22:40
P.S. Qälbim Vätänä bagli,
Ruhum Farabag dagli.
Shähid oglu olanin,
Örpäyi gara bagla.

Kimdən: Nailä Haradan: Almaniya
20.01.2010 20:30
Can Sewda! Salam. Bu gün acilariniza, agrilariniza shärikäm. Bütün günü sähifälärdä hey säni oxumag istämishäm, yangili üräyinin säsini duymag istämishäm. Bir shähid anasina ic yangilarin, gözü yashli galan bacilarin gardash naläsi, icindä sewgi bästäläri agilara dönmüsh gänclärin kädäri hamimizindir. 20 il kecdi...? İllärdir gälbimi parcalayib dagidan eni sualdir, bu sual. Bütün shähidlärimizä Allah rähmät eläsin.
Gälbim Vätänä bagli.
Gardash gardasha bagli,
Baci gardasha bagli
Ruhum Garabag dagli!
Baci gardasha bagli...