Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Pensiyalar niyə gecikir?

Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər.

Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər.

20.01.2010
- Bir neçə ildir pensiyaçıyam. Ötən ilin ortalarından pensiyamı yubanmalarla alıram. Hər ayın 10-15-i pensiyalar ödənirdi. 2009-cu ilin noyabrın 25-i, dekabrın 23-ü pensiyamı ala bildim. Hər dəfə də bankomatlarda böyük növbə gözləyərək.

Bu sözləri Bakının Sabunçu rayonunda yaşayan Aliyə Məmmədli deyir. Pensiyaçını narahat edən başqa bir məqam isə hesabında olan vəsaiti bütünlüklə ala bilməməsidir:

- Pensiyam 121 manatdır. Artıq 5 aydır 1 manatlarımı ala bilmirəm. Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər. Bu pensiyada 1 manatlar toplanıb artıq 5 manat olacaq. Bəlkə bu dəfə ala bildim.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sektor müdiri Elşən Məmmədəliyev isə bildirir ki, bu, vəsait çatışmazlığı ilə bağlı deyil:

- Fondda yetərli vəsait var. Artıq ölkə üzrə pensiyaların ödənməsinə başlanıb.

«2010-CU İLDƏ DƏ PENSiYALAR YUBANACAQ»


DSMF rəsmisinin sözlərinə görə, 2010-cu ildə ödəmələrlə bağlı hər hansı problem gözlənilmir.

İqtisadçı Azər Mehtiyev isə məsələyə Elşən Məmmədəliyev qədər nikbin baxmır.
Azər Mehtiyev
Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinə daxilolmalarla bağlı yaranan problem və onun yaratdığı fəsadlar yaxın aylarda da davam edəcək:

- Ötən il bir sıra sahələrdə ciddi vəsait qıtlığı yarandı. Hətta aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi belə dayandırıldı. Hökumət pensiyaların ödənməsində müəyyən növbəlilik yaratmağa məcbur oldu. Vəsait qıtlığı Dövlət Sosial Müdafiə Fondunun banklara ödəniş etməsini yubatdı. Ardınca istirahət, bayram günləri bankların həmin vəsaiti pensiyaçıların hesablarına yerləşdirməsini ləngitdi. Bu texniki məsələlər indi bəzi qurumlarda yanvar ayı üçün əmək haqlarının ödənməsilə bağlı problem yaradıb. Bir sıra qurumların işçilərinə yanvar ayında əməkhaqqı verilməyəcəyi gözlənilir.

ETİRAF EDİLMƏYƏN BÖHRAN

İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Qubad İbadoğlu isə problemin ölkədə vəsait qıtlığı ilə bağlı olmadığını deyir. İqtisadçı düşünür ki, dövriyyədə yetərincə pul var, problem Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların azlığındadır:

Qubad İbadoğlu
- Sosial Müdafiə Fondu büdcəsini işləyənlərin ödədiyi sığorta ayırmaları hesabına formalaşdırır. Ancaq ötən il qlobal iqtisadi böhranla bağlı biznes qurumlarının maliyyə durumunun pisləşməsi toplanan vəsaitlərin həcmində ciddi azalmalara səbəb oldu.

Qubad İbadoğlunun sözlərinə görə, pensiyaların ötən ilin son iki ayında yubanmasının daha bir səbəbi pensiyaçıların sayının noyabr, dekabr aylarında kəskin şəkildə artmasıdır:

- Pensiyalarla bağlı yeni qanunvericilik vətəndaşların yaş həddini artırmaqla yanaşı onların bir sıra imtiyazlarını da ləğv edib. Məsələn, qabaqlar 3 uşaqlı qadınların digər qadınlardan daha erkən yaşda pensiyaya çıxmaq hüququ vardısa, indi bu hüquq 5 uşaqlı analara verilir. Yeni qanunvericiliklə bağlı bu məqamlar pensiya orqanlarında rüşvət və korrupsiya imkanları yaradıb. Statistika aşkar şəkildə göstərir ki, dekabrda pensiyaçıların sayı xüsusilə artıb və bu artımda çoxluqda qadınlardır.

Qubad İbadoğlunun sözlərinə görə, rəsmilər etiraf etməsələr də, ötən il qlobal iqtisadi böhranın ən üzdə olan tərəfi elə əməkhaqqı və pensiyaların ödənişlərində yubanmalardır. Ekspertin proqnozlarına görə, bu proses 2010-cu ildə də davam edə bilər.

GÖZLƏNİLƏN ARTIM 3 MANAT 75 QƏPİK


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə mediaya açıqlamasında 2009-cu ildə pensiyaların ödənilməsi ilə bağlı ciddi problemlər yaşanmadığını deyib. Fondun büdcəsində azalmalarla bağlı iddialara cavabında isə, Müslümov bildirib ki, əksinə, ümumi icmal büdcəsində 2010-cu il üçün ayrılan vəsait çoxalıb. Buna görə də hökumət 2010-cu ildə pensiyaların baza hissəsini 5 faiz, sığorta hissəsini isə 7-8 faizə qədər artırmağı planlaşdırır.

Azərbaycanda pensiyaların baza hissəsi 75 manatdır. 5 faiz təxminən 3 manat 75 qəpik deməkdir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Pensiyacinin pulunu yeyen Şəhər: IEO-den
25.01.2010 19:21
Gorurem fikirleriniz nese heqiqete uygun gelmir...Siz sadece bu dunyada analoqu olmayan prosesleri duzgun qiymetlendire bilmirsiz..Bizim hokumet duzgun ve balanslashdirilmish shekilde kasibli kokunden yoz etmek uzerinden gece gunduz calishir .Siz ise ona bohtan atirsiniz..Istemirsiz inkishaf etmish olkeler siyahisina dushek,istemirik qlobal dunyada bizde oz yerimizi dunyada bashqa olkelerin gozune (soxaq) gosterek..Men shexsen bir pensiyacilarin pulunu yenen kimi bu ishi iki elli alqishlayiram hetta yaxinda duran dostlarimin ellerinden de istifade edirem..Bu ishde gelin bir yerde kasibchiligin kokunu kesek ve butun pensiyacilarin pullarini yeyek...
P.S.kokunu kesmek o demek deyil ki iqtisadiyyatda inkishaf edek..sadece kasiblarin hamisinin axirina cixaq.yeni ac saxlayib oldurek..

Kimdən: Asen Şəhər: Ukrayna
21.01.2010 15:55
Deyendeki mohterem cenab zat alilleri Ilham Heyder oglu bu olkede yoxsullugun kokunu kesecek, inanmirdilar. Baxin, pensiyacilar ucun yeni qanun cixartdirib. Bundan sonra o dunyaliq olmagina 1-2 il qalmish pensiyaya ya cixdin, ya cixmadin ! Analarin da 3 ushaga gore guzeshtini legv edib.Ehsen sene agil yiyesi, axi onlardan kim xahish etmishdi 3 ushaq dunyaya getirsinler! He..eee.,nece deyerler bu qoca-yashli problemini de hokumetimiz bele hell etmeyi qerarlashdirib. Nece deyerler, net celovek, net problem !

Kimdən: qorxaq Şəhər: qorxaq
21.01.2010 01:02
bele insanlari gorende ve dileyende ozum ozume shubhelenirem bele men deli olmusham!? Ay xalxin kishisi Selim men avgust ayindan sosial muavinatimi ala bilmirem sen kime gopa basirsa? ele bilirsen cammat sene inanir? gunde yuz adam bankomatlarin garshisinda durub seni soyur ve gargish edir utan br azda!!!!!!

Kimdən: suzen Şəhər: icerisheher
20.01.2010 21:38
Meshedi Ibad havayi yeyenlere pul payladi, ishletdiyi bir deri bir sumuk hambalin haqqini vermeye eli gelmedi. Avro ile hediyyeler veren hokumetin manatla pensiya odemeye gucu catmir.Xoshbext milletlerin gocalari Luvrun gireceyinde dunya medeniyyet ve incesenetine baxmaq arzusuyla novbeye duranda bizim bicareler bir torba bazarligi odeyecek pensiya ucun bankavtomatin qabaginda hesretle boyun boyuna duzulurler.

Kimdən: Mübariz Şəhər: Bonn
20.01.2010 20:24
Azärbaycan elä bir yerdir ki täk pensiyalar deyil orda här shey(xalqa vä vätänä xidmät) gecikir.