Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:42

Verilişlər / Kontekst

20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi

Bakıda Sovet qoşunları, 22 yanvar 1990
Şriftin ölçüsünü dəyiş - +
20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edib:

1. BİNƏ-QALA MARŞRUTU

Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş «Komsomol» dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun «Komsomol» dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandır Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.

2. SALYAN KAZARMASINDAN HƏRƏKƏT

Salyan kazarmasından saat 23:50 radələrində ağır texnikanın müşayiəti ilə çıxan qoşun Bakının tutulmasında müstəsna xidmətlər göstərib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb. Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət «20 Yanvar» meydanı, üçüncü istiqamət isə keçmiş «Kimyaçılar Evi»nın yanı ilə metronun «Elmlər Akademiyası» stansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. Gecə saat 1-ə qalmış Mərkəzi Komitənin yanından keçən qoşunlar ora toplaşmış insanları dağıtmağa bir elə də cəhd göstərməyib.

Səhər saat 9 radələrində isə Mərkəzi Komitənin binası qarşısında qoşunların hərəkətini dayandırmaq üçün Anar Qəribov adlı bir şəxs özünü «BTR»in altına atıb. 7 gün koma vəziyyətində qalan bu şəxs xoşbəxtlikdən vəfat etməyib.


3. «QURD QAPISI» MARŞRUTU


«Qurd qapısı» istiqamətindən isə Sovet qoşunları saat 24:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun «Elmlər Akademiyası» stansiyası, ikinci istiqamət keçmiş «Sovetski» küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.

4. SUMQAYIT - «NASOSNI» MARŞRUTU

Gecə saat 12-yə qalmış həmin istiqamətdən də hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, «Şamaxinka» deyilən ərazidə və keçmiş «XI Qızıl Ordu», indiki «20 Yanvar» meydanında çoxsaylı ölənlər, yaralananlar olub.

5. XƏZƏR DƏNİZİNDƏ SOVET HƏRBİ DONANMASININ HAZIRLIQ ƏMƏLİYYATLARI

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.


MİLLİ MÜDAFİƏ ŞURASININ QARŞISI

Yanvarın 19-dan 20-nə keçən gecə gərginlik mərkəzlərindən biri də Milli Müdafiə Şurasının qərargahının qarşısı olub. Bu qərargah keçmiş «Leytenant Şmidt» adına zavodun mədəniyyət evində yerləşirmiş. Milli Müdafiə Şurasının üzvü Nemət Pənahlının deməsinə görə, Sovet qoşunları gecə 1-ə təqribən 15 dəqiqə işləmiş Milli Müdafiə Şurasının qarşısına gəliblər. Ancaq qoşun qərargahın önünə toplaşan insanları dağıda bilməyib. Bununla belə, binanın damına çıxan mülki insanlara atəş açılıb. Ölən və yaralananlar olub.

Komissiyanın məlumatına görə, həmin gecə üst-üstə 102 şəxs öldürülüb. Onlardan 42-si məhz barrikadalarda qətlə yetiriliblər. Bütünlükdə isə həmin hadisələr zamanı 132 nəfər öldürülüb, 744 nəfər isə yaralanıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ruslan Haradan: Almanya
24.01.2011 02:35
Bizim taleyimizi hele ki, bashgalari hell edir. Bele olmasaydi dünyanin 4 terefine sepelenmezdik we heddinden artig zengin olan ölkemizde firawan yashayardig. Ümidsizliye gapilmadan, bu ishigli dünyani bizlere garanlig edenlere garshi mübarizemize dawam etmeliyik.
Allahimiz bu hagg-edalet yolunda hamimiza yar olsun, A'MiN.

Kimdən: dervish Haradan: paris
22.01.2011 20:39
20 yanvarda Azerbaycanin qehreman evladlari dyniasin deyishdiler o oqlanlar saq olsaydi indi elyev rejiminede deyisherler olardan daha olmayacaq biz cox gozel milletik xaish edirem milletimin adindan artiq eksik sozler danishmayin eyer yer yzynde qeyret namus rehm varsa oda bizim miletimizdedi.....bizim millet hamidan yaxshidi sadece olaraq aramizda bir elcibey qelbli elcibey ruhlu veten seven bir oqul lazimdi inshallah onuuda tapanda bizim millet aq gyne cixacaq

Kimdən: Elxan Haradan: London
21.01.2011 23:52
Menim o vaxtı 13 yaşım da olsa her şeyi çox yaxşı xatırlayıram.Orada sırıf o herkatda iştirak elemek üçün olanlar olsun ve ya oradan tesadufen keçenler olsun ve ya evinde ,küçesinde vurulanlar olsun - hammısının qanının axıdılmasına biz qetl elemek isteyen rus gülleleri sebeb olub.Onlar öz ölümleri ile bu milletin qan yaddaşının bir parçasıdır ve onları bu sebeble şehid saymalyıq mence. Nece ki, Xirosima ve ya naqasakide ve ya Drezdende ölenlerin xatiresini yapon ve ya alman milleti eziz tutur ve ya yad edirse biz de onlara o sekilde yanasmaliyiq.
O vaxtki azadliq, qardasliqruhu bu gun de milletimizde olsaydı yeni o ruhu qoruyub saxlaya bilseydi, Milletimiz bu gun daha yaxsi yasayardi, bu gunku gunundenn daha irelide olardı.
Amma neyleysen ki birileri nece deyrler ''merdi qova qova namerd edib''. İnanıram ki yene gün gelecek bu millet ayağa qalxib itirdiklerini geri ala bilecek qudretini qösterecek. her gecenin bir sabahı olur çunku.Yeter ki Umüdsüzlüye dusmeyek !!

Kimdən: Neytral
21.01.2011 04:15
Siz hech bilirsiz Milli mudafie Shurasini kim yaradib? Cebhechiler yaxshi biler. Polyanichko!

Kimdən: Mushfig Haradan: imishli
20.01.2011 23:21
ALLAH butun shehidlerimize rehmet elesin.1990-ci il,20 yanvar. Bu tarix yaddashimizda nece qalib? Imperiya Ordusunun Respublikamiza hucum ederek eliyalin,gunahsiz insanlari vehshicesine qetle yetirmesi,sheheri xarabazara chevirmesi ve saysiz-hesabsiz vehshilikler. Biz gunahsiz idik!? Bes bu birden-bire bash verdimi?Xeyr biz ozumuz bu gune ozumuz de bilmeden hazirlashirmishiq.20-ci esrin evvellerinde milletimize divan tutmush bu qesbkar orduya abide ucaltmishdiq XI-ci Qizil Ordu.Shehidlerimizin uyudugu yeri xiyaban eledik.Dostluq Parki.Mehmanxanalarda ermenini administrator,azerbaycanlini xadime etdik.Kuchelerimize onlarin adlarini verdik. Rushvet verib ushaqlarimizi ali mekteblerde oxutduq.Rushvet verib herbi xidmete geden ushaqlarimizi 'stroybat'a saldirdiq.Milyonlar qazanan rushvetxorlara hormet,ehtiram besledik. Meclislerde yuxari basha kechirdik.5 qepik artiq almish dukanchini ilishdirib 10 minini aldiq. Yaxud turmeye gonderib ailesini bashsiz qoyduq.Paxilliq etdik. B ir-birimizi satdiq.Kole xalqlara mexsus olan satqinliq ve paxilliq kimi menfi keyfiyyetleri ichimizde ram ede bilmedik.Dostumuzu dushmenimizi tanimadiq.Ermenistanda ashiq Elesgerin gebrini sokub tehqir edende, biz Sayat Novanin sherlerini tekrar chap eledik.Unutqan olduq, bigane olduq,yalanchi olduq.Muqeddes kitabimiz,peygemberimiz qaldi bir terefde Leninin stoluna,qebrine and ichdik.Aga qara dedik.Lazim olan yerde susduq,lazim olmayan yerde danishdiq.Haqqi danishanlara demaqoq dedik. Torba ile rushvet alanlara hormetle muellim dedik. Ne ise saymagnan biten shey deyil.Aldatdiq,aldatdiq ve axirda da...Onda da ayildiq ki...ozumuz aldanmishiq...Ayilmishiqsa eger....

Kimdən: Anonim
20.01.2011 23:08
"Dahi rəhbərin" 20 yanvar hadisələrindən sonra Primakovla öpüşüb- görüşməsini necə izah etmək olar?

Kimdən: Samir Haradan: evden
20.01.2011 22:20
Bazaristan sen "siz Azerbaycanlilar"deyende mende bele bir sual yaranir bes sen kimsen? sen hansi padshahin toyuguna kishhhhhhh demisenki bize qul gozuyle baxirsan? senin kimiler bu millete qara yaxa bilmez.20 yanvar gunu hami bilirdiki shehere qoshun yeriyecek gullle atilacaq ama hami kucedeydi.elinde bayraq btrin ustune gedende tesadufen getmemishdi,barikadalar qurub yanvar soyugunda qoshunu shehere buraxmaq istemeyen insanlarinda ora toplashmasi tesaduf deyildi,neceki senin bu gun Azerbaycan xalqina qarshi pafoslu yazilarin tesadufu olmadigi kimi.

Kimdən: od oglundan Haradan: rusiyadan
20.01.2011 20:54
Bu planlasdirilmis bir hadisa idi.Allah siza rehmet elasin shadilar.

Kimdən: bazaristan Haradan: bazarbaycan
20.01.2011 18:33
emosional olmayin. realligi qebul edin. heyata oldugu kimi baxin. azerbaycanlilar bu qeder ezab eziyyeti ona gore cekirler ki, qul olmaga uzun muddet bundan qabaq razi olublar. bu gun azerbaycanlilarin basina her sey geldiyi halda susurlar. her seyde rusvet var, eyrilik, ogurluq, vicdansizliq var. rusveti alan da, veren de sizsiniz. gileylenmeyin. sikayet etmeyin. hislerinizle yox, agil ve mentiqinizle danisin. 20 yanvarda olen insanlar sehid deyiller. onlarin bir qismi o saatlarda sirf olkenin azadligi ucun kucede deyildiler, her kesin oz isi, gucu, maragi, eylencesi, derdi-seri var idi. 20 yanvar hadiselerinde olenlerle quru yere fexr etmeyin. bes deyil? koroglu ile fexr ede ede geldiniz, kim olub koroglu? belesi eslinde olmayib. folklor qehremanidir, uydurmadir. eger olsaydi bele, sizlik olmazdi, cunki sizin movcud veziyyetiniz bunu demir.
problemlerinizin hellini basqalarindan gozlemeyin. siz gurcu, ermeni, ereb, qirgiz, ozbek, xaxol ve albanlar qeder ola bilmirsiniz. halbuki danisanda agziniza cullu dovsan sigmir. hec bir milleti beyenmirsiniz. siz milletsiniz! Yox! Eger siz milletsinizse bes onda rus, fransiz, ingilis, yapon ve turk nedi?
danisin, dusmen dediyinizin dilinde danisin, onun bunun qanadinin altina sigina-sigina, adinizi kisi qoyub firlanin... gorun, aqibetiniz nece olacaq. firlanin, herbi bilet bazarinda qiymetleri bir az da qaldirin... qaldirin. doldurun qarninizi, doyurun gozlerinizi. doyan zad deyilsiniz. haminiz seher evden bir-birinize atmaq ucun cixirsiniz. atin, aldadin, torbasini tikin, qulaqlayin... bu carx bir gun tersine donende cin vurmus deli kimi daha da bedbextleseceksiniz. akop, sarkis ve karapet sizi teserrufatinda kotana qosub isledecek koleler... qullar... qullar surusu!
primitiv insanabenzerler, size aglayib sitqamada ugurlar!
Cavab

Kimdən: Nasionalist
21.01.2011 11:23
"20 yanvarda olen insanlar sehid deyiller. onlarin bir qismi o saatlarda sirf olkenin azadligi ucun kucede deyildiler, her kesin oz isi, gucu, maragi, eylencesi, derdi-seri var idi."
Bu ne sersem fikirdir. Gece saatlarinda minlerle adamin kucede ne isi gucu var. Sen ve senin kimiler gece analarinin qucaginda rahat yatarken o fedakar insanlar canlarindan kecdiler. Ona gore kecmediler ki, senin kimiler onlara kinaye elesinler. Ona gore kecdiler ki, menim kimiler senin cavabini layiqince versin. Beyenmirsense hec neyi redd olun gedin beyendiyiniz yerde omrunuzu curudun. Her sheye regmen menim olkem de insanimla fexr olunmalidir.
Herbi bilet bazari deyirsen. Yeqin sen de o bazarin uzvu olmusan. 1 illik cetinlikden qorxaraq 35 yasina qeder sekseke icinde yasayirlar.
Senin sadaladigin milletler oz rejimlerine qarsi cixiblar. Amma menim xalqim IMPERIYAya qarsi cixib. Qani ile, cani ile AZADLIQ qazanib, digerleri kimi "azadliq" hediyye olunmayib.

Kimdən: Alim Haradan: Elm sheheri
20.01.2011 16:00
Biz Sovetden azad olmusuq, amma ondan da pis rejimle uzlesmisik. Yaxsi sizlere bil sual verim. Guya indi biz kucelere axissaq, ustumuze tank yerimeyecek. Yeriyecek. Daha cox yeriyecek. 2003-cu ilin saxta seckilerine etiraz eden kutlenin uzerine yerimedi? Sadece olaraq kutle kcik idi, tez daqidildi.
ALLAH shehidlerimize rehmet elesin. Gelin onlarin yolunu davam eletdirek ve bu rejimden de canimizi qurtaraq. Uzumu tuturam ziyali kutleye ve deyirem. Alimlerimiz hec olmasa muhazirelerde yaltaqliq elemesinler, kimise teriflemesinler, telebelere elm oyretsinler. Xalq dircelsin, oz muqedderatini hell etsin.
Cavab

Kimdən: Doctor Haradan: Rusiya
21.01.2011 03:31
gorurem yaman cox daniwirsan,ele senin kimilerdi bir-birinizin torbasini tiken. yazanda duwun!!!!
Gorurem sen bileceriden kenara cixmamisan,ruwvetin harda oldugundan da xeberin yoxdu.Gozunu ac,hec olmasa qapidan kuceye cix, dunyaya da bax,gor neler baw verir.Yaxwi ki senin hec bir vezifen yoxdu,yoxsa imkanin olsa neler edersen.
Hec olmasa daniwdigin Dile hormet ele. Burda oturub menasiz yazilar yazmaqdansa get Veten ucun,dovlet ucun kenarda-xaricde yaxwi iw gor,qoy gorsunler ki nece Azerbaycanlilar var.
Səhifə (2)
    Növbəti