Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Azərbaycan «Luvr» muzeyinə 1 milyon avro yardım edib

«Luvr» muzeyi

«Luvr» muzeyi

19.01.2010
Azərbaycan hökuməti 2008-ci ildə Parisdə dünya mədəniyyət incilərinin saxlandığı «Luvr» muzeyinə 1 milyon avro dəyərində yardım edib. Fransanın «Fiqaro» qəzetinin yaydığı xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də təsdiqləyir. XİN-in sözçüsü Elxan Poluxov:

- Bu məbləğ «Luvr»dakı xalçaçılıq ekspozisiyasının təkmilləşdirilməsinə yönəldilib. Məqsəd indiki ekspozisiyanın genişləndirilməsinə, onların saxlanma şəraitinin yaxşılaşdırılmasına yardım ayırmaqdır.

UMACAQ

Rəhman Bədəlov
Kulturoloq Rəhman Bədəlov əhalisi böyük sosial problemlər məngənəsində yaşayan bir ölkənin «Luvr»a yardım etməsini varlı iqtidar və aciz xalq yaşayan ölkənin reallığı sayır:

- Ona görə də bu normaldır. Onlar varlıdırlar, onlar hamıya kömək edə bilərlər. Çünki sabah onları orada təmtəraqla qəbul edəcəklər. Biz isə acınacaqlı durumdayıq. Onlarla bizim aramızda böyük uçurum var. Bu isə bizim günahımızdır. Hakimiyyətin harasa vəsait bağışlaması onların şəxsi planları ilə bağlıdır. Bu planlar təbii ki, bizə bəlli deyil. Ancaq mütləq onlar nəsə udacaqlar ki, bu addımı atıblar.

SEVİNC VƏ KƏDƏRDƏN O YANA

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi isə Azərbaycanın «Luvr»a 1 milyon avroluq dəstəyinə birmənalı qiymət verməyə çətinlik çəkdiyini deyir:

- Bütün dövlətlərarası əməliyyatlar kimi burada da siyasi aspekt var. Eyni zamanda hakimiyyətdəkilərin imic yaratmaq məqsədi də aşkar görünür. Həm də burada savab iş var. Kimsə deyə bilər ki, bizim muzeylərimiz filan durumdadır, əgər artıq pul varsa, elə ora versinlər.
Niyazi Mehdi
Ancaq hakimiyyət də ortaya statistika qoya bilər ki, on illər muzeylərə filan qədər para xərclənib. Bu aksiya imkan vermir ki, onu birbaşa pisləyəsən. Eyni zamanda tərifə də hər hansı yer qoymur. Bu, kəskin sevincdən və kəskin qəzəbdən dışarıda olan bir aksiyadır. Görünür, dövlətin təbliğat məsələlərinin içində belə məsələlər də olur. Yəqin hakimiyyət öz imicini yaradır, özünü incəsənətin qayğıkeşi kimi göstərir. Ancaq bütün hallarda xalça bizim üçün çox önəmli məsələdir.

3 MİLYON AT, 200 MİN EŞŞƏK, 1 MİLYON «LUVR»

Filosof Ağalar Məmmədov isə bu məsələni bir neçə yöndən dəyərləndirir. Ancaq bütün hallarda o, Azərbaycan hökumətinin səxavətinin mental məsələlərlə daha çox bağlı olduğunu deyir:

Ağalar Məmmədov
- Azərbaycanın klassik ədəbiyyatında da varlılarn öz övrətlərini pendirlə dolandırıb, Sonyalara pul xərcləməsi var. Hakimiyyətdəkilər dünyaya göstərmək istəyir ki, pulumuz o qədər çoxdur, dünyaca ünlü muzeylərə yardıma da vaxt tapırıq. Bu, lap qədimi toylarda oynayanın başına şabaş atmağa bənzəyir. Dərd odur ki, xalq öz mülkiyyətinə sahib çıxmır. Oliqarxlar, hakimiyyəti ələ keçirmiş qüvvələr ölkənin bütün varını-pulunu özlərilə götürüb başqa yerə getsə, bu xalq elə onların arxasınca deyinməklə yetərlənəcək. Hakimiyyətdəkilər 3 milyon verdlər at aldılar, 200 min verib eşşək aldılar, indi də «Luvr»a pul verirlər.

Ağalar Məmmədova görə, əgər orada Azərbaycan xalçaçılıq sənətinin nümunələri olsaydı, bu məsələyə hər halda don geydirmək mümkün olardı. Ancaq indiki halda bu, hakimiyyətin xaricdə özünə layiq olmadığı imici yaratmaq üçün sıradan bir jestidir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (4)
Kimdən: Sanan Şəhər: luvrdan yox
04.02.2010 14:50
dunyada ne cox muzey...luvr ermeniperest firenistandadir.fransa bunu cavabsiz qoymaz(el eli,el de uzu),onlar da evezinde yerevana yardim ederlr-mahnidaki kimi-irevan da bizimdir

Kimdən: Ondan Şəhər: Burdan
25.01.2010 15:43
Elbet gelegeye hazirliqdir.Zatiqiriq Kokukesilmishov deyir ki,bir nece vaxtdan sonra rehmetlik Heyder bababizin sheklini o muzeye teqdim edecekler.Ozude xalca uzerinde.Bax buna gorede hazirliqdir.

Kimdən: Namiq
22.01.2010 16:26
Burada ne var ki, niye hay-kus salmisiniz?1 milyon veribler ki, oradaki xalcalar saxlanma seraiti yaxsilashsin.Dovletlerarasi munasibetlerde bunlar normaldir.Niyazi muellimi fikri ile raziyam.Bezen bele hereketler de etmek lazimdir.
Cavab

Kimdən: Anonymous
07.02.2010 04:11
oz muzeylerimizin veziyyetinden xeberin varmi? Get rayonlarda diyarshunasliq muzeylerine bax.

Kimdən: Elman Şəhər: sumqayıt
21.01.2010 22:10
Tər töküb pul qazanmayıb ki, verməsin. Özgənini pulunu özgəyə verməyə nə var ki. öalq necə-rəhbər də elədir.

Kimdən: Ressam Şəhər: Ankara
21.01.2010 14:10
Teymur, sen nece subut eleyeceksen ki, Viktoriya Albertdeki Azerbaycan xalchasidir. O yaranan dovrde Azerbaycan adinda dovlet yox idi axi. Dunyanin chox vecinedir ki bu xalchalari mehz hansi xalqin numayendeleri toxuyub...

Kimdən: Mushfiq Şəhər: Moskva
21.01.2010 14:05
Menim atam da anam da muellimdir. Heresinin 35 il stajlari var, pensiya ile beraber heresi 200 manata qeder maash alir. Men burada qazancimdan onlara her ay 500 dollar gonderirem ki, babat dolana bilsinler. Muellimi bu gunde olan hokumet ne uzle varli olkeye yardim edir, Muellimin, hekimin maashi azdir deyende dash atib bashlarini tuturlar. 10 yayliqla aglayirlar ki pulumuz yoxdu. Luvr sizin pulunuza qalib?

Kimdən: Teymur Şəhər: Şuşa
21.01.2010 13:22
ƏZİZ HƏMVƏTƏNLƏR!!!

Mən şəxsən bu xəbəri eşidəndə çox sevindim. Bilirsiz bu addımın mədəniyyətimiz üçün çox böyük irəliləyiş olduğunu düşünürəm. Bəlkə bir çoxlarını anca QARINLARI düşündürür. Amma məncə Azərbaycan xalçalarının farsların dədəsindən qalmış kimi PERSIAN CARPET adı altında sərgilənməsi məni çox narahat edir. Ümid edirəm belə bir bağış VIKTORIA ALBERT-ə də edilər. Beləcə muzey rəhbərliyi bizim iradlarımıza daha ciddi yanaşacaq. Və Azərbaycanlıların toxuduğu xalçaların və çəkdikləri miniatürlərin üzərinə elə AZƏRBAYCAN sözü yazılacaq. Bu farslarda onların olmayan mədəniyyətlə fəxr etmək İŞGƏNCƏSİNDƏN qurtulacaqlar.

Kimdən: Yasir Şəhər: Almanya
21.01.2010 03:38
Bizi idare edenler bizden deyiller ki, o pullari bizim yoxsullara ve imkansizlara xerclesinler.
Xalgin gazsiz,elektriksiz,ishsizlik ve yoxsullug icinde yashayanmasinin sebebleri yavash-yavash üze cixir.
Tebrizli gardashim,bunlarda insanig deyilen bir shey yoxdur ki,hena sürtende gizarsinlar.

Kimdən: Qerib Şəhər: Qurbetden
20.01.2010 21:12
Islam alemi inanir ki her xalqin hokmdari onun ozune layiq olur. O zaman professorun fikirlerini bolushmeye bilmirem - ozumuz hara qeder icaze veririkse, onlar da o qeder minib chapirlar bizi. Yene sebr eleyek?

Kimdən: Naıle Şəhər: Bakı
20.01.2010 20:53
Toxun acdan ne xeberi var. Bunlar milletin pullarini bilmirler hara xerclesinler, ozbasinaliqdir da.
    Növbəti 
Səhifə (4)