Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:20

Cəmiyyət

Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

x
Şriftin ölçüsünü dəyiş - +
Yanvarın 20-də Şəhidlər Xiyabanına ümumxalq ziyarətiylə əlaqədar Bakının bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də Şəhidlər Xiyabanına ümumxalq ziyarətiylə əlaqədar Bakının bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəhbəri Cəmşid Hənifəyev AzadlıqRadisouna bildirib ki, şəhərin Parlament, M.Müşfiq, İ.Qutqaşınlı, T.Elçin, H.Seyidbəyli küçələrində və Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq: «Məhdudiyyət səhər saat 6-dan axşam saat 8-9-a, ziyarət başa çatana qədər davam edəcək».

Həmin gün metronun «20 yanvar» stansiyasının yaxınlığında «20 yanvar şəhidləri» abidə-kompleksin açılışı olacaq. Açılışda ölkə prezidenti İlham Əliyevin də iştirak etməsi gözlənir.

C.Hənifəyevin sözlərinə görə, «20 yanvar» dairəsində nəqliyyatın hərəkəti yalnız mərasim zamanı dayandırılacaq. Həmin müddətdə avtomobillər körpünün üstündən və alternativ yollardan istifadə edə bilərlər.

Yasamal Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna deyiblər ki, abidə kompleksin açılışı günün birinci yarısında nəzərdə tutulub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Xeyal Haradan: Bakidan
19.01.2010 20:14
Kisiliyiniz olsun.Arvad kimi kiminse elinin altinda yasamaq ne geder olar?Musteqillik gozunuze girir?O vaxt ehalinin 1 faizi cixmisdirsa kucelere indi 10 faiz cixar,Emin olun ki cixar.Cunki indi sizin kimi el altinda yasamaq isteyenler ancaq siz qalmisiniz

Kimdən: Sabuhi Haradan: Baki
19.01.2010 15:52
Allah elemesin indi 20 yanvar kimi bir hadise olsa,bu hakimiyyet ucun hec kim ortaya cixmaz,100% eminem.