Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Ukraynada demokratiyadır»

Krımda səsvermə, 17 yanvar 2010

Krımda səsvermə, 17 yanvar 2010

18.01.2010
2004-cü ildə «narıncı inqilab»la hakimiyyətə gələn Ukrayna prezidenti Viktor Yuşşenko yanvarın 17-də keçirilən prezident seçkisinin ikinci turuna adlaya bilməyib. 18 nəfərin mübarizə apardığı prezidentik marafonunda ikinci mərhələyə Yuliya Timoşenko və Rusiyapərəst mövqeyilə tanınan Viktor Yanukoviç çıxıb.

«UKRAYNADA BAŞ VERƏN PROSESİN BİR ADI VAR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, nəticəsindən asılı olmayaraq Ukraynada baş verən prosesin bir adı var - demokratik seçki:

- Böyük dəyişikliklərdən sonra cəmiyyətlərdə çox ciddi gözləntilər olur. 2004-cü ildəki dinc inqilabi prosesdən bir müddət sonra cəmiyyətin gözləntiləri doğrulmayanda insanlar fərqli seçimlərə baş vurmağa başlamalıydı.
İsa Qəmbər
Eyni proses 90-cı illərin başlanğıcında Şərqi Avropa ölkələrində baş verdi. Birinci mərhələdə demokratik qüvvələr hakimiyyətə gəldi, sonra yenidən keçmiş kommunist qüvvələr çeşidli adlar altında hakimiyyətə qayıtdılar. Ancaq mən Ukraynadakı proseslərə nikbin baxıram. Çünki bu seçkilər hər şeydən öncə azad və ədalətli keçirilib. Çox təəssüf ki, postsovet məkanında belə seçkilərə az rast gəlinir. Dinc inqilabla hakimiyyətə gələn demokrat Yuşşenko xalqa imkan verdi ki, dinc yolla öz prezidentini seçsin.

İsa Qəmbər deyir ki, Yuşşenkonun öz hakimiyyətini saxlamaq üçün heç bir inzibati resurslara əl atmaması onun demokratik prinsiplərə sadiqliyinin sübutudur. Bu, həm də Ukrayna xalqını öz seçiminin məsuliyyətini anlamağa yönəldən addımdır. İkinci mərhələdə kimin qalib gəlməsindən asılı olmayaraq, İsa Qəmbər düşünür ki, Ukrayna demokratiyaya doğru hərəkətini davam etdirəcək.

«YUŞŞENKONUN YERİNDƏ KİM OLSAYDI…»

Politoloq Vəfa Quluzadə də düşünür ki, Yuşşenkonun yerində kim olsaydı, eyni vəziyyətdə hakimiyyətdən gedəcəkdi:

- Çinki ölkədə həm demokratiyanı qurmaq, həm də Ukrayna kimi böyük bir ölkənin iqtisadiyyatını irəli aparmaq asan məsələ deyil.
Vəfa Quluzadə
«Narıncı inqilab»da Yuşşenkonu dəstəkləyənlər gördülər ki, həyat bir o qədər də gözəlləşmir, ona görə də seçimlərini dəyişdilər. Bütün bunlara baxmayaraq, Yuşşenkonun Ukraynanın demokratik ölkə kimi inkişafında xidmətləri böyükdür. Ukrayna demokratiyasına hətta Rusiya da qibtə edir. Postsovet məkanında olduqca az ölkələrdə demokratiya var – onlardan biri də Ukraynadır. Bu da Yuşşenkonun sayəsində baş verib.

Politoloqa görə, Rusiya Ukraynada demokratların hakimiyyətdən getməsinə tərəfdar olsa da, prosesin bütünlüklə Rusiyanın planlarına uyğun davam etdiyini söyləmək olmaz.

«UKRAYNALILARIN ƏSL SEÇİMİ İKİNCİ TURDA OLACAQ»

Millət vəkili Pənah Hüseyn də prosesə bu cür yanaşmanı birtərəfli sayır. Onun sözlərinə görə, 17 yanvar seçkiləri hər şeydən öncə Ukraynada demokratik ənənələrin gücləndiyindən xəbər verir:

Pənah Hüseyn
- Üzdə olan isə odur ki, Ukraynada prezident seçkisi demokratik əsaslarla keçirilir. Səbəblərə gəldikdə, ilk sırada onu vurğulayım ki, Ukraynanın totalitarizmdən demokratiyaya keçiddə sosial-iqtisadi nəticələri vətəndaşı tam qane eləmirdi. Onu da nəzərdən qaçırmaq olmaz ki, Rusiyapərəst mövqeyilə tanınan Yanukoviç 2004-cü il seçkilərinin birinci turunda indikindən çox səs toplamışdı. Məncə, ukraynalıların əsl seçimi ikinci turda olacaq.

Bakı sakinləri ilə söhbətimizdə də bəlli oldu ki, onlar Ukraynadakı prezident seçkilərində daha çox Rusiya izləri axtarırlar:

«UKRAYNA XALQINA QİBTƏ EDİRƏM»

- Ukrayna yaxın qonşusu Rusiyaya arxa çevirib 12 min kilometr uzaqdakı ABŞ-la dostluğa başladı. Axırda da Rusiya yenə də istədiyini yeritdi. Yaxın qonşularla yaxşı münasibət qurmayanlar hakimiyyətdə qala bilmir.

- Yuşşenkonu xalq 2004-də öz əlilə hakimiyyətə gətirdi. İndi də onu dəyişir. Bu, Ukrayna xalqının seçimidir.

- Qərb necə illər Ukraynaya ancaq vədlər verdi. Rusiya isə bu illərdə öz siyasətini yürüdə bilib ölkə içərisindəki dayaqlarını möhkəmləndirdi. Ona görə də Yuşşenko məğlub oldu.

- Bir ölkədə ki, prezident 6 faiz səs toplayıb prezidentlikdən gedirsə, demək orada demokratiya var.

- Ukrayna xalqına qibtə edirəm. Onlar istədiklərini seçə, istədiklərini danışa bilirlər. Biz isə qorxuruq ki, doğrunu desək, axşam evimizdən apararlar. Demokratiyanın dəyərini bilsinlər. Onlara ikinci mərhələdə doğru seçim etməyi arzulayıram.

HƏMÇİNİN OXU

UDUZAN UDANI KRİMİNAL DAİRƏLƏRİN ADAMI ADLANDIRIR
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Asen Heshimli Şəhər: Xarkov , Ukrayna
20.01.2010 20:08
Ukraynada demokratiyanin qalib geldiyi shubhesizdir ! Bunun bashlica sebebi prezident V.A.Yushshenkonun demokratik deyerlere sadiqliyidir. Seckilerin orbitri MSK-nin obyektivliyi de az rol oynamir, Azerbaycandan ferqli olaraq. Tebligat kompaniyasi zamani olkenin butun televiziya kanallari muxalifetin, xususile Yanukovicin tebligat roliklerini firladirdi. Prezidenti, bash nazir Y.Timoshenkonu bu telekanallarda teshkil olunan canli debatlarda siyasetciler, jurnalistler, adi vetendashlar keskin tenqid ateshine tutrdular ve bu indi de davam edir.Tebii ki, olkede geden agir sosial-iqtisadi islahatlar, korrupsiya (bizimkinin yaninda qepik-qurush) rushvetxorluq, ishsizlik ve saire bu kimi problemler, eyni zamanda olkenin idare olunmasinda hakimiyyet bolgusunun gunun teleblerine cavab vermemesi butovlukde butun mesuliyyeti prezident Yushshenkonun uzerine qoymushdur. En sevindirici hal odur ki, burada azad soze, fikre gore insanlar teqib olunmur, jurnalistler doyulub oldurulmur. Oha gore de Ukraynada 7 fevral 2010-cu ilde kecirilecek prezident seckilerinde kimin qalib gelmesinden asili olmayaraq, yene de DEMOKRATIYA qazanacaq ! SAG ELINIZ AZERBAYCANIMIZIN BASHINA !

Kimdən: Qara Yusif Şəhər: Baku
19.01.2010 19:14
Bir fikir de bildirim.Turkiyeden misal getirerek.
bezen Ataturku diktator adlandirirlar.
esas da getirirler ki, Ataturk zamaninda tek partiyali sistem olub.
men ise dusunurem ki, M.Kamal tam bir demokrat idi, sadece o hem de gercekleri goren demokrat idi.
o bilirdi ki, eger milletin tefekkurune yeni qurlusu uygunlasdirmasan, yeni qurulus cox yasaya bilmez!(baxmayaraq ki, bu qurulus en gozel ve mukkemmel olsa bele)
eger M.Kamal ilk dovrlerde coxpartiyali sisteme kecseydi, Turkiye xalqi kenar dovletlerin, hakimiyyet basina getirdikleri diktatorlarin caldigina oynamali olacaqdi.
Amma basqa cur oldu.

Yene de fikrimde qaliram. Lider ne qeder demeokrat olsa bele, demokratik sistemin dovletede oturushmasini temin edene , milletin tefekkurunde formalasana qeder sert addimlar atmaga borcludur.
eks halda it de gedecek, ipde .... :))

bu gunki, liderlerden yalniz Saakasvili, gercek demokrat lider gostericilerine uygun gelir. Ukraynadan ferqli olaraq Gurcistanin geleceyini parlaq gorurem.



Kimdən: borchali Şəhər: borchalidan
19.01.2010 01:45
men sizinle bir sheyde razi deyilemki ukrainada demokratiya gedecek eksine ukrain milleti anladiki sechkiyle ve ya ingilabla bu olkede bu millt her kesi deyishe biler.
ikincisi gurcustanda hehc kim lukashenko putin ve ya aliyev kimi adam istemir gurcustan artig sisteme oturub.
yani tessufku azerbaycan ermenistan rusya kimi cemiyetler ve dovletlerin ehatesindeyik ama gurucstanda hegigeten sistem oturub artig.
orda bir daha shvernadze kimi adamin gelmesi agila batan deyil

Kimdən: Ramil Şəhər: Qazax
19.01.2010 00:52
Chox gozel qeyd edirler hormetli liderler. Azerbaycandada Sizler xalqin desteyile demokratik secki kechirmelisiz. Belke ozunuze sual veresiniz 1992 nece bacardiz bes indi ambisiyalariniz kenara qoymaq vaxti gelmeyib bi ? Bu musahiblerin icherisinde, Menim subyektiv fikirimdir ki bir Agsaqqal(V.Q-zade) var hansiniki butunlukde Azerbaycan xalqi qiciqlanmadan qebul edir..Belke Azerbaycanda bu eneni yashadasiniz?Birleshin,Butovleshin.

Kimdən: Anonymous
19.01.2010 00:46
Sechkilerde Azerbaycan muxalifetinin dostu Yushenko meglub olsa da kederlenmeye deymez,chunki Yushenko Ukrayna xalqina edaletli sechkilerin nece kechirilmesini oyretdi.Artiq,xalq edaletli sechki kechirmek tecrubesine yiyelenib.Men deyerdim ki,gelecekde ukraynalilar oz sehvlerini basha dushub, yeniden Yushenkonu vezifeye qaytara bilerler.Sag elleri bizim yatmish xalqin bashina.

Kimdən: Etibar Şəhər: Derbend
18.01.2010 23:33
Qara Yusifin fikirlerini teessüf hissile bölüsürem. Amma eyni zamanda onun dediklerine onu da elave etmek isterdim ki, her halda evvel car, sonra ise bolsevik imperiyasi insanlarin süurunu ortam mexrece getire bilib. Basqa sözle, ister Ukrayna, Ister Gürcüstan, isterse de her hansi diger bir postsovet ölkesinde (Baltikyani ölkeleri cixmaq sertile) insanlarin düsünce terzi texminen eynidir. Bu insanlarin telebati yussenkolar, saakasvililere deyil, putinler, lukasenkolar, eliyevlere, yanukovicleredir.

Kimdən: Qara Yusif Şəhər: Baku
18.01.2010 22:20
Evvela Yusenkonun secilmemesine cox tessuflenirem.
ikinci ise dusunurem ki, demokratiya ne qeder gozel qurulus olsa bele, onun da menfi cehetleri kifayet qederdir.
meselen demokratik sherayit imkan verir ki, diktatorlar ruhlu, talanci, yalanci insanlar hakimiyete gelsin.
hec kes esas vere bilmez ki, coxluq hemise haqlidir. bezen coxlug ele demokratik yolla en boyuk sehvleri edir.

dusunurem ki, bir muddetden sonra ukraynada da demokratiik qurulusun neye cevrildiyini hammi gorecek. en azi bir nece olkelerde bas vermis hadiseler ve tarix, bizim bele dusunmeyimize esas verir.

men ele bir sistem arzu edirem ki, o sistem coxlugun deyil, edaletin, yaxshinin ve dogrularin qalib gelmesine imkan yaratsin.
Cavab

Kimdən: Yasir Şəhər: Almanya
19.01.2010 01:47
Yusif gardash siz gözel buyurursuz.
Amma bir gercek var.Biz negeder ki Haqqin,edaletin,dogrularin ve yaxshilarin yaninda yer almamishig,kimliyimizi,irsimizi,milli ve dini menevi deyerlerimizi ortaya goymamishig,sizin dediyiniz kimi yalanci demokratiya adiyla,diktatorlar,talancilar,yalancilar bizlere hökmkarlig edecekler.
Cavab

Kimdən: Qara Yusif Şəhər: Baku
19.01.2010 19:24
Tamaile raziyam