Dinlə

Canlı efir

Növbəti veriliş

Uşaqlar
Özlərini «ikinci yama uşaqları» adlandıran, vaqonların arasında oynayan bizim şəhərin balaca sakinləri
Göndərən: Murik

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Rubrikalar / Kriminal

Bələdiyyə sədrinə 8 illik həbs cəzası

18.01.2010
Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Astara rayonu, Ərçivan kənd sakini Mirzağa Nuriyevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim Dadaş Imanov sədrlik edib. Keçmiş bələdiyə sədri külli miqdarda bələdiyyə vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirdi.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Mirzağa Nuriyev bələdiyyə sədri işlədiyi müddətdə Ərçivan kənd sakinlərinin torpaqlarını özbaşına satıb, kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış pul vəsaitini mənimsəyib.

Lakin keçmiş bələdiyyə sədri məhkəmə prosesində verdiyi ifadədə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ötən il Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxta ittihamlarla həbs edilib.

Məhkəmənin hökmü ilə keçmiş bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu forum dayandırılıb
     
İsmarışlar
Heç bir ismarış yoxdur. Birinci sən yaz
     
Şriftin ölçüsünü dəyiş - +