Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Panorama

«Vassalımın vassalı mənim vassalım deyil»

Zərdüşt Əlizadə və Aynur Camalqızı

Zərdüşt Əlizadə və Aynur Camalqızı

16.01.2010
«Panorama» verilişində orta əsrlərə xas bu deyimi politoloq Zərdüşt Əlizadə yada salıb:

«Orta əsirlərdə krallar hansısa bir vilayəti bir vassalına verirdi. Sonra da həmin vilayətdəki insanların taleyi o vassaldan asılı olardı. Vassal həmin vilayətdəki insanlarla özü istədiyi kimi davranardı. Azərbaycan da indi orta əsr qaydaları ilə idarə edilir. Naxçıvan Vasif Talıbova verilib və İlham Əliyev naxçıvanlılara öz vətəndaşı kimi baxmır. Naxçıvanlılar özlərini yandırmağa məcbur edilsə də, bu, onu maraqlandırmayacaq. Azərbaycan prezidenti Vasif Talıbovdan yalnız mərkəzi hakimiyyətin siyasətini müdafiə etməyi, müxalifətin güclənməsinə imkan verməməyi tələb edir».

Zərdüşt Əlizadənin fikrincə, prezidentin Vasif Talıbovu «Şöhrət » ordeni ilə təltif etməyi də təəccüblü deyil:

«Əslində, Vasif Talıbova «İstiqlal» ordeni verilməliydi. Naxçıvanı Azərbaycanın suverenliyindən, ölkə konstitusiyasından qoruduğuna görə. 2005-ci ildə prezident açıqca bildirdi ki, beynəlxalq təşkilatlar ondan sərt davranışlarına görə polisləri cəzalandırmağı tələb edirlər. Ancaq şəxsən özü buna imkan vermir. Bu da orta əsrlərdə kilsənin davranışını yada salır. Kilsə bəzi zadəganlara sənəd verirdi ki, onların günahlarını bağışlayır».

Zərdüşt Əlizadə deyir ki, Bənənyarda baş verən hadisələr və xarici diplomatların o kəndən qovulması Azərbaycanın beynəlxalq imicinə ziyan gətirəcək.

Millət vəkili Aynur Camalqızı isə düşünür ki, əhalinin Qərb diplomatlarına qarşı aqressiv münasibəti başa düşüləndir:

«Qərb, o cümlədən ABŞ diplomatlarının Qarabağ münaqişəsində ədalətsiz mövqe tutmaları əhalinin gözündə onların nüfuzunu aşağı salıb. Məncə, Bənənyar hadisələri lazım olduğundan artıq şişirdilir. O ki, qaldı prezidentin Vasif Talıbova «Şöhrət» ordeni verməsinə, bunu Bənənyar hadisələri ilə bağlamağa ehtiyac yoxdur. Yəni, Vasif Talıbovun idarəçiliyi müddətində heç təqdirə layiq xidmətləri olmayıb?».

Aynur Camalqızı deyir ki, Bənənyar hadisələrinin gərginləşməsində xarici ölkələrin müstəsna xidmətləri olub:

«Mən bunu əminliklə söyləyirəm. Bu məsələdə İranın xüsusi xidmətləri olub. Ola bilsin ki, bizim başqa bilmədiyimiz nələrsə var. Ona görə də mən hüquq-mühafizə orqanlarının bu hadisələri obyektiv araşdıracaqlarına inanıram»...
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: SHEMS Şəhər: BAKI
19.01.2010 14:58
Aynur Guliyeva Ayan Ismayil(?) imzasi ile Beneniyar hadiselerine neden bu cur munasibet bildirdiyini esaslandirmaqdansa ,hakimiyetin terefine kecmesinin dogrulugu haqqinda 5 ilde dediklerini tekrar etdi.HER shey shems kimi aydindi,birce bilmedik Beneniyarlilarin axiri ne oldu?

Kimdən: Cavid Şəhər: Terter
17.01.2010 17:51
Aynur xanim,kifayet derecede ittiham olunursunuz,belke cavab veresiniz.Eger internetden istifade bacariginiz varsa bunu edin.Ola bilsin mikrofon qarshisinda heyecanli olmusunuz,indi monitor qarshisina kecin ,fikirlerinizi esaslandirin.Siz indi guya bizim rayonu temsil edirsiniz.Cetin ishe girmisiniz.Terteri emelli-bashli tanimadiginiz halda ,Beneniyar kimi spesifik bir yerde bash verenlere munasibetde ehtiyatli olmaliydiniz.Hec naxcivanli kolleqaniz E.Eylisli bu meseleye munasibet bildirmekden qacdi,Size ne olub?SHeyx demish naxcivanlilarin ishine qarishmayin,yanarsiz.Amma,bir fikrinize mutleq men de munasibet bildirecem.Deyirsiniz ki,Vasif Talibov indiyedek musbet ish gormeyib ?Yanlish mentiqdi.Hitler Almaniya ucun,Stalin SSRI ucun ele ishler gorubler ki, indinin ozunde almanlar,ruslar o ishlerden fundamental shekilde yararlanirlar.Belke onlara da bir orden versinler,olumunden sonra.Ne ise,cix cavab ver gorek.Turkler demish,ya bu ishi temizle,ya da ...
Cavab

Kimdən: Ayan Ismayil Şəhər: Terter
18.01.2010 15:27
Mən belə başa düşürəm ki, biz bolşevizm fəlsəfəsindən hələ uzun müddət qurtula bilməyəcəyik. Mənim kimi düşünmürsənsə, düşmənsən - belə olmaz, belə yaramaz. Niyə sizə elə gəlir ki, məhz siz haqlısız və düzünü siz bilirsiz? Bəlkə elə Aynur xanım haqlıdır, hardan bilirsiz? Başqalarını ittiham etməkdən asan heç nə yoxdu bu dünyada. Kəndinizə gəlin, cənablar. Norveçə qaçmaq ən asan yoldur. Çətini Azərbaycanda qalıb doğru olanı bulmaqdır. Siz qabiliyyətinizi ortaya qoyun görək, nə bacarırsız. Aynur xanımdan bacarıqlı olduğunuzu göstərsəniz sevinəcəm. Nə olmasa, eyni millətin övladlarıyıq. Hər halda, mənə elə gəlir.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
18.01.2010 22:23
"Cetini Azerbaycanda qalib ,dogrunu bulmaqdir".Siz dogrunu buldunuz...Musavati pisleyib ,hakimiyetin terefine kecdiniz.Mence Norvece getmek cetindi,en asanini butun milletin coxu kimi Siz etdiniz,Aynur xanim
Cavab

Kimdən: Cavid Şəhər: Terter
18.01.2010 22:14
Siz butun sherhcilere cavab verirsinizse ,niye mehz menim sherhimin duymesini basmisiniz?Sizin mentiqiniz deyir ki,her kes fikrinde azaddir ,o cumleden Aynur xanim."Belke Aynur xanim duz deyir" sozunuze gore deyirem.Men ne deyirem ki? Deyirem Aynur xanim cixib fikirlerini daha yaxshi esaslandirsin.Cox sade...Gerek Norvecden yazanin sherhine cavab vereydiniz ,Aynur xanim, menim yox.
Cavab

Kimdən: Elxan Şəhər: Baki
18.01.2010 16:47
Nehayet edaletli bir soz deyen tapildi. Teshekkurler Ayan xanim.

Kimdən: Kamran Şəhər: Baki
17.01.2010 14:34
Bunların bir məqsədləri var millətin qürurunu sındırmaq, buna da demək olar ki, nail olublar. Qüruru olmayan millət ölmə məhkumdur.

Kimdən: Ramil Şəhər: Qazax
17.01.2010 13:11
Zerdusht bey kechen minniliyin orta esrlerinden misallar cekir,lakin nezere almaq gerekdir ki yeni minilliyin evvelinde bele hadiseler butun dunya uchun ornekdir. Aynur xanima gelince ay balam o ele qavriyir ve qebul edir.. Herden inanmaq isterdim ki Siyaset de ayrilmaqlar olur butovleshmekden otru.... yeqin xanim da o prizmadan yanashir ve bilir ki o gun yaxindadir......

Kimdən: Asif Nadirov Şəhər: Naxcivan
17.01.2010 10:20
Ay cammat, bilin ve agah olun! Naxcivanda Talibovun gosterishi olmadan xarici diplomatin qarshisina 1 adam chixib etiraz etseydi, soyseydi, diplomati hedeleseydi o adami nesiliyle birlikde bu talibov rejimi itirerdi! Neslin keserdi. Ne danishirsiz bizim naxcivan ehli nefesini alib verende de qorxur ki birden duz nefes almaz Vasif xanin qezebine geler. Bu qeder adam ozbashina, tapshiriqsiz o da ki qalsin Amerikanin sefirlik numayendesinin qabagina chixib agzin acha bilerdi? Bu deputat bir parcha choreye gore danishir. Zerdusht muellime ise ateshin salamlar! Kishi adamdi valla.

Kimdən: Ceyhun Şəhər: Beneniyardan
17.01.2010 09:38
Aynur xanim deyir ki guya bizim kenddeki hadiselerde xaricin ne bilim Iranin eli olub. Allahin lenetine gelsin xalqimizin her hereketini xaricilere baglayanlara! Esrlerdir bizim kendimizde Ashura bundan 20-30 defe yuksek seviyede kechirilib ve hetta 3-4 il evvele qeder shebihler sehnesi olub. Indi Vasif dinsizin emri ile bunlari qadagan edirler. Ne Iran? Bizim esrlerden beri gelen yerli enenemizdir. Eger bu arvad deputatin milli adetlerimizden, dinden imandan, xalqin dini ve milli merasimlerinden xeberi yoxdursa onda o hansi milletin "vekilidi"? Allah belelerinin cezasin versin! Belaya gelecek bunlar! Men eminlikle deyirem bir beneniyarli kimi bu ishde kenardan Irandan ne bilim bashqa yerlerden zerre qeder de mudaxile filan olmayib! Ve yerli ehaliden de hech kes texribat uchun etmeyib Ashura merasimini. Birdefelik anlayin ki BU BIZIM ESRLERDEN BERI GELEN YERLI XALQ ENENEMIZDIR!!! Bunu anlamayan bashlara dash dushmesin, neylesin?

Kimdən: Nailä Şəhər: Almaniya
17.01.2010 04:12
Son nögtäyäcän oxduglarimi düshüncämä sigishdira bilmädiyimdän,konsentrasiyam pozuldumu ,yoxsa indiyädäk eshitdiklärimiz,öyrändiklärimiz,oxuduglarimiz vä shüurumuzun gavradiglari-- Aynur xanimdan sorushmag istäyiräm-hamisi yanlishiydimi sualiyla. Aynur xanim,bu yashadiginiz yer häyatdir,sizi esidän vä oxuyan här bir käs dä normal shüurlu insanlar,bir sheydä färglidirlär-özlärinä hörmät etmäkdä!Onlari istärsän dälixanaya salsinlar,istärsän häbsxanaya,istärsä tägdir etsinlär,istärsä tängid-shäxsiyyätinä hörmät goyan insanlardir,bunu unutmayin.

Kimdən: Wah ismayil Şəhər: Sank Peterburq
17.01.2010 03:26
.Aynur xanimi ,mocuzeli xanim adlandirmaq olar. Onun mocuzesi 180 derece manebr elemesindedir. Cox maraqlidir. Kommunistler donub nece demokratlar olmuwdusa, deyesen demokratiya sevenlerde, donub monarxistleri sevmeye bawlayiblar...

Kimdən: Etibar Şəhər: Derbend
16.01.2010 23:55
Cox hörmetli "Azadliq"! Sizden artiq derecede xahis edirem, musahibe tereflerini secende onlarin seviyyesinin bir-birine uygun gelmesi meselesine de diqqet yetiresiniz. Zerdüst Elizade ele bir adamdir ki, qarsisina kimin cixmasinin ferqinde olmaz - zaten buna etiraz bildirmeye onun medeniyyeti yol vermez. Amma, bele bir fikir nehenginin qarsisina cixardiginiz adam kimdir? Niye bele seylerle özünüzü hörmetden salirsiniz?
Cavab

Kimdən: Azer Şəhər: Baki
17.01.2010 08:56
Bes yaziq Azadliq kimi chixarsin Zerdusht beyin qabagina? siyavush novruzovu, ehed ebiyevi, yoxsa mubariz qurbanlini? Bu hakimiyyetin ele en seviyyelisi budur da.

Kimdən: ROBINZON Şəhər: ADA
16.01.2010 23:48
Bu xanim deputat iki cumlesinde ozu ozunu inkar edirse hadiseye nece dogru yanasha biler?Hem deyir ki,xarici olkelerin eli var,hem de yalniz Iranin adini cekir".Eminlikle deyirem "deyir,sonra da bilmediyimiz nelerse var soyleyir.Eminlikle soyleyen adam etibarli informasiyaya malik olmalidi.Bele informasiyani adeten xususi orqanlar bilir, belke deputat da nese bilir? .Xarici olkenin elinin olmasini deyen ,gerek MTN-den informasiya alsin.Nezere alaq ki,bu il parlament seckileridi,ona gore bezi deputatlar goze cox gorunmek ucun bildikleri bilmedikleri meselelerden harda geldi,nece geldi danishacaqlar.Tek bu "tarla qehremani"(ifade P.PASHAYEVadli sherhciye mexsusdu) deyil, bashqa seksekeli deputatlar da hakimiyetin xoshuna gelen cixishlar yapacaqlar.Yeniden teyin olunmaq ucun
    Növbəti 
Səhifə (2)