Dinlə

Canlı efir

Növbəti veriliş

Yeni təmirdən çıxan Bakı səkisi
Bakıda yeni düzəldilmiş «28 May» küçəsi
Göndərən: Çingiz

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Top-10

«BİR QIZ QALASI QALIB, ONU DA SÖKSÜNLƏR, BƏLKƏ, HACIBALANIN ÜRƏYİ SOYUYAR...» – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət və korrupsiyanın kökündə nə dayanır?

Kontekst

«Bu, vətəndaşı ələ salmaqdır»

Bakının mərkəzində yerləşən notarial kontor, 15 yanvar 2010

15.01.2010
Notarial kontor işçilərinin sözlərinə görə, yanvarın 1-dən vətəndaşlar notariusa daha çox şəxsiyyət vəsiqələrinin surətinin təsdiq edilməsi üçün müraciət edir. Bakının mərkəzində yerləşən notarial kontorda çalışan Sevinc Qasımova deyir ki, hər iki nəfərdən biri kontora məhz bunun üçün gəlir:

«DAHA ÇOX ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİN SURƏTİNİ TƏSDİQ ETDİRMƏK ÜÇÜN GƏLİRLƏR»

- Yeni ildən müraciət edənlər çoxalıb. Daha çox şəxsiyyət vəsiqələrinin surətini təsdiq etdirmək üçün gəlirlər.

- Şəxsiyyət vəsiqələrinin surəti daha çox hansı orqana təqdim edilmək üçün verilir?

- Dövlət Sosial Müdafiə Fonduna.

Əlində şəxsiyyət vəsiqəsinin surəti notariusun qapısındakı uzun növbədə gözləyən bir yaşlı insana yaxınlaşıdıq. Özünü Vaqif Cəbrayılov kimi təqdim edən Bakı sakini deyir ki, ondan da şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini Dövlət Sosial Müdafiə Fondu tələb edib:

- Təqaüdümlə bağlı sənədlərimdə yeniləşmələr olmalıydı. Başqa sənədlərlə yanaşı Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsindən mənə bildirdilər ki, şəxsiyyət vəsiqəmi notariusda təsdiq etdirib gətirməliyəm.

«HANSI ORQANLAR TƏLƏB EDİR, BİZ DƏ TƏSDİQ EDİB VERİRİK»

Notarius İlham Məmmədov isə deyir ki, yeni ildən heç bir yeni qayda və ya təlimat almayıblar:

- Hər hansı sənədin notarial qaydada təsdiqi ilə bağlı qərarlara düzəliş edilməyib. Yanvarın 1-nə qədər də bir sıra dövlət orqanları vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsini tələb edirdi. Hansı orqanlar tələb edir, biz də təsdiq edib veririk.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Şöbəsinin müdiri Elşən Məmmədəliyev isə bu qaydanın 2009-cu ildən qüvvədə olduğunu deyir:

İntiqam Əliyev
- Vətəndaş hər hansı dövlət orqanına sənəd təqdim edəndə, ondan həmin sənədin notarial qaydada təsdiq edilmiş surətini tələb edirlər. O sıradan da Dövlət Sosial Müdafiə Fondu. Biz bu sənədi vətəndaşla bağlı yanlış informasiyaların qarşısının alınması üçün tələb edirik.

«BU, VƏTƏNDAŞI ƏLƏ SALMAQ DEMƏKDİR»

Hüquqşünas İntiqam Əliyev isə deyir ki, vətəndaşdan şəxsiyyət vəsiqəsinin surətinin notariusda təqdim edilməsini tələb etmək dövlətin öz verdiyi sənədə şübhə etməsi anlamına gəlməklə yanaşı, həm də qanun pozuntusudur:

- Dövlətin adından verilən hər hansı sənədin notariusda təsdiqini tələb etmək vətəndaşı ələ salmaq deməkdir. Dünyanın heç bir sivil ölkəsində vətəndaşdan belə bir sənəd tələb edilmir. Normal ölkələrdə bu informasiyalar dövlət reyestrində toplanır. Dövlətin əgər vətəndaşın təqdim etdiyi sənədin saxta olmasına şübhəsi varsa, bunu vətəndaşın hesabına etməməlidir. «İnzibati icraat haqqında» qanunda dövlət orqanlarına vətəndaşın üzərinə belə bir öhdəlik qoymaq qadağan olunur, bu vəzifə dövlət orqanının öz üzərinə qoyulur. Bu məsələ açıq-aşkar özbaşınalıq, qanunsuzluqdur.

«SADƏ MƏNTİQ BUNU İNKAR EDİR»

İqtisadçı Rövşən Ağayev isə deyir ki, bu yolla əlavə gəlir mənbəyi yaradılıb:

- Vətəndaş şəxsiyyət vəsiqəsini özü ilə hər hansı orqana aparırsa, onun təsdiqinə hansı ehtiyac ola bilər? Sadə məntiq bunu inkar edir. Heç bir vətəndaş hər hansı dövlət orqanında haqqında yanlış informasiyanın qeydə alınmasında maraqlı ola bilməz. Çünki bu, onun özü üçün problemə çevrilə bilər.

Rövşən Ağayev deyir ki, dövlətin bir sıra sahələrdə «bir pəncərə» sisteminə keçidlə bağlı dediklərinin arxasında reallıq dayanmır. Onun sözlərinə görə, hökumət bu cür absurd qaydalarla əslində vətəndaşa yeni maneələr yaradır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Rauf Şəhər: Gəncə
25.01.2010 20:41
Müasir cəmiyyətin KORRUPSİYA və MONOPOLİYA adlı iki böyük bəlası var ki, bunların ikisi bir yerdə Azərbaycanın sifətidir. Bir yanağı korrupsiya, digəri monopoliya. Şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiq etdirmək və buna bənzər tələblər isə, böyük oyunların xırda gedişləridir. Bu, vətəndaşı sadəcə ələ salmaq deyil, onun cibinə girib, başına qapaz salıb, üzünə tüpürüb, sonra da dalından (üzr istəyirəm) təpik vurmaq deməkdir. Tarixdə "inqilabi şərait" adlanan vəziyyət də (aşağılar daha bu cür yaşamaq istəmir, yuxarılar daha bu cür idarə edə builmir) məhz belə yaranır.

Kimdən: samir Şəhər: Baki
24.01.2010 04:10
Vallah batib gedirik.

Kimdən: Zaur Şəhər: sankt-peterburg
17.01.2010 13:13
...Aman Allah camahati gorun necada xamlayirlar.pul yixmag variantlari tukendiyinden bu cur iyrenc variantlara el atirlar.Bir neferde cixib protest etmirki ay camahat bu ne demakdir?MEN YENADA FIKRIMDEN DONMUREM-AZERBAYCANDA XALGIN SOSIAL-IGTISADI VEZIYYETININ ACINACAGLI OLMASINA YEGANE SEBEB BU XALGIN GERIDEGALMISH YALTAG XASIYYETIDIR.ILHAM ELIYEV,KEMALEDDIN HEYDAROV,RAMIZ MEHDIYEV KIMILERI BU VEZIYYETI GORUB NE DEYIR?BU XALG ISTISMAR OLUMNALIDIR!!! BAX BUNU DEYIRLER ONLAR....

Kimdən: Analitik Şəhər: Bakı
16.01.2010 14:32
Bunu başa düşməyə nə var ki, niyə şəxsiyyət vəsiqəsinin Notarius surətini istəyirlər. Notariuslar da dolanmalıdır axı...

Kimdən: Xeyal Şəhər: Bakt
16.01.2010 10:34
Eger sexsiyyet vesiqesinin sureti dovlet idarelerinde esas rol oynaya bilirse demeli,biz her an tehluke qarsisinda ola bilerik.Bizim hemin senedimiz her hansi bir sexs terefinden menimsenilib istifade oluna biler.Mesuliyyeti ise biz dasiyiriq.Basqa olkelerde ancaq sexsiyyet vesiqesinin eslini teleb edirler.Yoxlayandan sonra geri qaytarirlar.

Kimdən: Bahar Şəhər: Baki
16.01.2010 01:05
Ne elediklerini bizden yaxsi bilirler.Sizleri bilmirem men defelerle o adamlarla rastlasmisam ki,oz dili ile deyib ki,shexsiyyet vesiqesinin bunovresi yoxdur yani pulla alinib.son defe rastlasdigim qadin idi,sorusdum niye evlenende qanuni nikaha getmeyib,soyledi pasportumu qeydiyyatimi pul verib almisam ve resmi yerlerde istifade ede bilmirem.

Yeqin buna gore de notarial tesdiqe ehtiyac var.

Kimdən: MER
15.01.2010 19:28
Bir shey xoshuma geldi. Deyir normal sivil olkelerde bele bir shey yoxdur. Demeli biz normal olke deyilik? Bes analogu olmayan inkishaf, iqtisadiyyat,mdb-de lider olke.
Demeli kimse mene (vetendasha) yalan danishir.
Cavab

Kimdən: puparo
16.01.2010 00:29
Yox..dostum bize yalan danishmirlar...Sadece o sozleri deyenler ozleri Oz dediklerine inanirlar.Fransizlar demishken...Pis ve ya yaxshi emel yoxdur ,bizim o emele olan munasibetimiz var
     
Şriftin ölçüsünü dəyiş - +