Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Əhmədli» klinikasında üç həkim bıçaqlandı

15.01.2010
Yanvarın 15-də Xətai rayonundakı «Əhmədli» klinikasında 3 həkim bıçaqlanıb.

Bu bərədə AzadlıqRadiosuna Xətai rayon polis idarəsinin 39-cu polis bölməsindən məlumat veriblər.

Məlumata görə, Fərid Şıxəliyev adlı şəxs klinikaya daxil olaraq 3 həkimə bıçaqla ağır xəsarət yetirib. Xəsarət alanlardan ikisi - klinikanın baş həkimi Alim Şıxəliyev və onun oğlu, Elnur Şıxəliyev hücum edənin yaxın qohumlarıdır. Xəsarət alan üçüncü şəxs klinikanın laboratoriya müdiridir.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

Klinikadan adının çəkilməsini istəməyən həkimlərdən birinin dediyinə görə, həmin şəxs öz qohumları olan həkimlərin yanına gələrək onlardan pul istəyib və elə hadisə də bundan sonra baş verib.

Polis araşdırma aparır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Xaricden Şəhər: ABSH-dan
16.01.2010 05:56
Bash vermish hadisenin hekimlikle elaqesi yoxdur. Sherhe gore Shixaiyev gorunur emisi o lmush bash hekimden pul isteyib, onu hekim olduguna gore yox, emisi kimi can yandirmadigina ve ya bashga sebebden bicaqlayib. Dovletden hekime yaxshi maash istemek ve bununla hekimliyi alcaq senet saymaq dogru deyil. Dunyanin butun olkelerinde hekimlerin ozleri qazanirlar. Bizde SSRI kimi nanecib bir sistemin qanunlari ishleyir. Dovlet hardan versin hekimlere yaxshi maashi. Xalq hekimin qiymetin bilir. Sadece tibb sigortasi sitemine kecmeli ve mualiceni pullu etmeli ki, hem hekimin qazanci olsun, hem tibb texnologiya bazasi yaradilsin.

Kimdən: Size ne? Şəhər: Astara
16.01.2010 05:52
Fikirleshin sonra yazin.Bu adamlarin hekim olduglarina gore bicaqlandiqlari barede melumat verilmeyib .Onlarin hekim olduqlari barede melumat verilib. Yaxshi hekimin ise hormeti her yerde var .

Kimdən: Keçmiş həkim
15.01.2010 18:30
Mən Azərbaycanda düz on il həkim kimi çalışdım. Bu iş Azərbaycanda o qədər alçalmış bir işdir ki, özüm-özümə nifrət edirdim. İradəmi toplayıb, çıxış yolu tapdım, Avropaya köçdüm. Burada indi normal bir işim var. Avropada fəhlə olmaq daha abırlıdır, nəinki Azərbaycanda həkim olmaq.
Cavab

Kimdən: Archimed Şəhər: Almaniya
21.01.2010 02:44
Avropada fehle islemek neinki hekim hetta Azerbyacanda en yuksek dovlet vezifesinde islemekden bele cox-cox abirli ve rahat isdir. En azindan avropada yasayanda rusvet vermek mecuriyyetinde deyilsen
Cavab

Kimdən: NOVXANILI Şəhər: BAKI
15.01.2010 20:27
MENCE AZERBAYCANDA INSANLARIN HEKIMIN NE OLDUQUNU ANLAMIRLAR.HEKIME OLUNAN HORMETSIZLIK AZERBAYCANDA DEHSHETLI SEVIYYEDEDI.MENCE DE XARICDE FEHLE ISHLEMEK BAKIDA HEKIM OLMAQDAN YAXSHIDI.HEKIME NE CAMAAT HORMET EDIR NEDE DOVLET.BELEDEKI KIME HORMET QALIBKI?
Cavab

Kimdən: Archimed Şəhər: almaniya
21.01.2010 02:42
Qardasim hekime hormet qoymurlar deyende ki, gerek her kes hormeti ozu qazansin. Rusvetxora kim hormet qoyar ki? Hokumet dolandirmir deye camaatimi soymalidi? Getsin taxi sursun. Hekimlik edib haram pul yenmesin.
PS
Yaxsi hekimlerimiz var. Burdakilar onlara aid deyil.