Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:48

Siyasət

Riçard Morninqstar Bakıya gəlib

x
Şriftin ölçüsünü dəyiş - +
ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana bir günlük səfərə gəlib.

Səfər zamanı səfir Morninqstar yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
Onun Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulur. Bundan başqa, Riçard Morninqstar Xarici İşlər Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirəcək.

Səfir Morninqstar ölkəsinin neftin və qazın bu regiondan Avropa və qlobal bazarlara nəqli üçün marşrutların diversifikasiyası sahəsində inkişafa göstərəcəyi dəstək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Asen Haradan: Ukrayna
16.01.2010 20:21
Amerikanin dovlet numayendesi cenab,mister Ricard Morninqstar (yeni Ricard Sabahinxeyir) cox guman ki, bizimkilerden dunyada analoqu olmayan bele suretli iqtisadi inkishafa nail olmagin strategiyasini, derin elmi analizinin neticelerini oyrenmeye gelib.Cunki, prezident Obamanin komandasi idarecilikde bizimkilerin yaninda ushaq-mushaqdir.Bes nece, 10-15 il fezifeni dedenin mali kimi qoruyub saxlamaq hara, dunenin me'muru hara! Lazim gelse, bunlara dunyani idare etmeyi oyretmek imkanimiz da bes qederdir!