Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Qanun çıxarırlar, bəs nəynən dolanaq?»

Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər

Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər

14.01.2010
«Arzum bu idi ki, mühəndis olum, hündür binalar tikim, alınmadı...»

Elvinin 14 yaşı var. Məktəbə gedəndə ilk arzusu mühəndislik, nə vaxtsa göydələnlər tikmək olub. Ancaq kiçik yaşda atasını itirən Elvin məktəbi atıb, 3 ilə yaxındır çayxanada çay paylayır. Qulağın hər cür söz eşitməsi mümkün olan bu mühit onu çox sıxır, amma məcburdu, çünki anasına və balaca qardaşına baxır:

«MƏNİM ARZUM OXUMAQ İDİ, ALINMADI»

- Anam nə qədər işləsin?

- Günə təxminən nə qədər qazanırsan?

- Olur da 6 manat, 7 manat.

- Bəs məktəbin?

- Məktəbdən icazə alıb işləyirəm. Mənim arzum oxumaq idi, alınmadı. Qanun çıxarırlar, bəs nəynən dolanaq? Elə ailə var ki, heç yerdən gəliri yoxdur.

Elvinin qazancı imkan verir ki, ailəsi heç kimə möhtac qalmasın. Amma qanunvericilikdə yetkinlik yaşına çatmayanların işləməsinə qoyulan qadağadan sonra Elvinin qayğıları artıb. Deyir ki, işlədiyi çayxanaya aidiyyəti qurumlar gəlib tapşırıq verir ki, onu işdən çıxarsınlar. Elvinin şadlıq evində çalışan yoldaşları da işlərini itirməkdən qorxurlar.

«15 YAŞINA ÇATMAMIŞ UŞAQLAR İŞƏ GÖTÜRÜLƏ BİLMƏZLƏR»


Elə Gəncə şəhər 7 saylı bölgə üzrə Əmək Müfəttişliyinin rəis müavini Rüstəm Rüstəmov da deyir ki, azyaşlı uşaqların əməyə cəlb olunması qanuna dəyişikliklərdən sonra yolverilməzdir. Ötən il Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər:

Sahib Məmmədov
- Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən 2009-cu il «Uşaq ili» elan olunub. Uşaq ilinə aid tədbirlər planına əsasən ən əhəmiyyət kəsb edən məsələlərdən biri uşaq əməyinin qarşısının alınması və uşaq əməyinin pozulmasını araşdırmaqdan ibarət olub. Əmək Müfəttişliyi yerlərdə araşdırmalar aparır. Müşahidə edirik ki, ictimai yerlərdə, çay evlərində, bazarlarda avtoyuma məntəqələrində azyaşlıların əməyindən istifadə olunur.

«ÇOX LÜZUMSUZ YERƏ»


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, bu qadağa gərəksiz idi və belə süni qadağalar daha böyük fəlakətə yol aça bilər. Məsələn, işini itirən və sosial təminatı olmayan uşaq oğurluğa və ya başqa yollara əl atmağa məcbur qalır:

- Konstitusiyanın 17-ci maddəsinə dəyişiklik elədilər, çox lüzumsuz yerə. Məsələn, 15 yaşdan aşağı istedadlı uşaqlar var, rəssam, idmançı ola bilər. Bunun üçün qanun lazım deyildi, Əmək Məcəlləsi məsələni tənzimləyirdi.

Sahib Məmmədov deyir ki, dünyada uşaqların işləməsinə qadağa qoyulandan sonra həmin uşaqların özü və ailələrinin acından ölməsi müşahidə olundu. Azərbaycanda sosial durum o qədər ağrılı vəziyyətdə olmasa da, azyaşlılar sosial təminat ucbatından işlədiklərini deyirlər.

Azərbaycan Uşaq Birliyinin son monitorinqinə görə, ölkədə 60 faizə yaxın uşağın əməyi istismar olunur. Dünyada bu rəqəm 270 mindir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Musteqil Şəhər: Baki
16.01.2010 07:05
Bu qanun cok duzgun men hesab edirem.Lakin bezi ushaqlar valdeyinleri rehmete gedir ve yaxud xeste olurlar, bunlar ailenin yukunu tam valdeyin kimi yerine yetirmedikde.Ushaqlar ister istemez onlar ish arayirlar valdeyinlere yardim etsinler.Bezileri ise pis yola dushurler ogurluq ve.c Usaq da öz heyatini ushaq kimi yashamq isteyir bunu biz anlamaliyiq,her bir ushaq bunu ede bilmir.Bu erefede ushaqlarin pisikoloji durumu pozulur.Usaqlar ister istemez
cinayetler töredir , dövlet polisi terefinden telem telesik cinayet ishi qaldirilir ve mehkemeye yollayirlar.Mehkeme ise bir cörek ogurluguna ve.c göre hemin ushaq ve yaxud böyuye ferq etmez 5 -6 il verirler.Bu neden emele gelir polis ilk önce marqlanmali bu incan ve ushaq ne ucun bunu etmish. Hemin ushaqin terbiyesi turmede de getdikce pozulur.Men deyerdim Azerbaycanda ushaqlarin ekseriyyeti,ehtiyac uzunden ogurluq edirler.Gelin bir az dushunek.Men deyerdim "Rushvet"almaq bir sherefsizlikdir.Ne ucun dövletimiz bu geder rushvetlerin qarshisini almir onlara ceza vermir.Bu gun Azerbaycanda men deyerdim zindanlarda eziyyet ceken,qadinlrimiz,ushaqlarimiz,böyuklerin cok hissesi gunahsizdirlar.
Dövletimizi vetendashlarinin ehtiyaclari marqlandirmir,ona göre de bu cur hadiseler törenir.Men dushunurem her bir rayonda,kende,sheherde usahq telim terbiyecisi olmali,Aile dernegleri olmali,Kitabxanalar,internet klublari , yaradilmali.Ehalinin neye ehtiyaci oldugunu rayon icra hakimiyyeti terefinden arashdirilib yerindece qerar qebul etmeli.Ehalinin az teminatli aileleri dövlet sosial terefinden mudafie olunmali, onlara dushen yardimlari vermelidirler.Her bir ushaqa Azerbaycanda hesablanib 18 yashina catanacan muavinet verilmeli onlara.Men dushunurem ki,ilk önce her kes öz ishi ile megshul olmali.Rushvet tamam göturulmeli.Bundan sonra dövletin inkishafi getdikce daha da suretle inkishaf edecek.

Kimdən: Namiq
15.01.2010 17:21
Men o zaman di fikirlesirdim ki, bu madde yersizdir.Bele cixir ki, bundan sonra usaq filmleri cekilmeyecek,fimlerde, tv proqramlarinda usaqlar rol almayacaqlar.Bu mesele de mueyyen istisnalar olmali idi, ucdantutma yasaq yox

Kimdən: Gunay Şəhər: Bakıdan
15.01.2010 12:18
Mənim fikrimcə də bu qanun yersiz idi. ən azından uşaq oğurluq etmir və ozunun halal zəhməti ilə çörək pulu qazanır. Dövlət aztəminatlı şəxslərə yardim edir bu yardım adam başına 20 manatdan ibarətdir. Bu hec uşağın yeməyinə çatmır qaldı ki digər ehtiyaclarını ödəsin.Bu halda uşaq işləməsin neyləsin bəs.Bunu fikirləşmək lazımdı.Əgər bu qanunu həqiqətən də uşaqları fikirləşib çıxardıblarsa onda bunları yaxşı fikirləşsinlər

Kimdən: Ali Şəhər: Baki
15.01.2010 11:38
Sheherin qesebelerinden birinde atalari rehmete gedenden sonra 2 qardash balaca bir magaza yeri aldilar. Tikdirdiler sonra onu ishletmeye bashladilar. Her gun saat 5 den durub min bir eziyyetle ozlerinden agir yukleri dashiyib getirib magazada satirdilar. Cammatda mehz onlarin dukanindan alverlerini edirdiler. Sonra o magazani sokub yerinde daha yaxshisini tikdiler ve indi de normal ishleyir. O vaxt o ushaqlarin 10 ve 14 yashlari var idi. Indi ustunden 15 il kechibdi normal ailedirler.

Qadagalarla bu sheyler olmaz. Bele olanda ehtiyaci olan ushaqlar ya ölməli ya da dilənməlidirlər. Qanun yazanlar hansını istəyirlər?

Kimdən: Xayal Şəhər: Baki
15.01.2010 11:21
Bu yaxsi qanundur.Amma bununla berabar hec olmasa imkansiz ailelerde usaqlara verilen muavinat da artmalidir.Meselen: Rusiyada ikinci usaq dogulandan sonra aileye dovlet 300.000 rubl (10.000 $) yardim edir.Infilyasiyadan asili olaraq mebleg arta biler.Bu yardim pul seklinde valideyne verilmir.Ancaq kocurulme yolu ile usagin tehsiline ve ya ev alanda istifade oluna biler.

Kimdən: Wah ismayil Şəhər: Sank Peterburq
15.01.2010 05:22
Qurban eti kesib getirmiwdiler.Mene dediler ki,qonwulariniza paylatdir.Anamdan xahiw etdim ki,en imkansiz aileler kimdirse,onlari mene bildir,ilk novbede onlardan bawlayim.Qonwuluqda iki azyawli ovladi ile yawayana, bacim oglundan qurban payi gonderdim.O gelende gordum doluxsunub.Soruwanda dedi ki,qonwu arvad eti gorende agladi.Beli ezizlerim,pis olmayin,bu bir realliqdir.Qanun yazan"emilerin"o gunahsiz az yawlilardan xeberi varmi,goresen?

Kimdən: E,,,,,,,,L Şəhər: BRITANIYA
14.01.2010 22:25
EVVEL ONU DEYIM KI ALLAH MILLETIMIZE KOMEK OLSUN. VALLAHI COX UREK AQRIDICI GUNLER YASHANIR AZERBAYCANDA. MILLETIN HAQQIN YEYIB, MILLETE EZIYYET VERMEKDEN BASHQAHEC NE BILMIRLER. BU GUNKU GUNDE AZERBAYCANDA HER BIR QANUN RUSHVETIN FAIZINI QALXIZMAQ, MILLETE EZIYYET VERMEKDEN IBARETDIR. DUNYADA COX FIRONLAR OLUB, ANCAQ AXIR AQIBETI HAMIYA BELLIDIR HAMISININ. EGER HEREKET YOXDURSA MILLET TEREFINDEN, NE ETMELI, SEBR, SEBR, SEBR EDIB ALLAHA TAPSHIRMAQ

Kimdən: Nailä Şəhər: Almaniya
14.01.2010 22:10
Bu ganun tägdiredicidir,cünki,belä bir"zängin"dövlätdä 14 yashinadäk ushaglar,tähsillä mäshgul olmali,gäläcäyini gurmag ücün xäyallarla birgä gercäkliyin birläshdiyi häyat hagginda täsävvürlärin täfärrüatina varmalidir.Amma,nänäsinin,babasinin aldigi tägaüd,ata vä anasinin ish tapib-tapmayacagi problemä dönmüsh bir dönämdä, yashadigi dövrdäGonshudan burnuna gälän yemäk goxusundan udgunarag evdä anasindan istämäya utandigi bir zamanda bu ganunu özünä gaygimi sayacag?