Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Mən bu soyadı niyə dəyişməliyəm?»

Rejissor Mehriban Ələkbərzadə

Rejissor Mehriban Ələkbərzadə

14.01.2010
Milli Məclisin Mədəniyyət Komitəsi vətəndaşların soyad sonluqlarının milliləşdirilməsilə bağlı konsepsiya hazırlayıb. Milli Elmlər Akademiyası ilə birgə işlənən konsepsiya Azərbaycan vətəndaşlarının soyadlarındakı «ov», «yev», «zadə» sonluqlarının milli sayılan «li», «oğlu», «gil» sonluqlarına dəyişdirilməsini nəzərdə tutur.

Həm özünün, həm də bütün ailə üzvlərinin soyadını bir neçə il öncə milliləşdirən deputat Pənah Hüseyn deyir ki, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin dönəmində soyad sonluqlarının milliləşdirilməsilə bağlı hüquqi aktlar imzalanıb. O zamandan vətəndaşlar həm öz soyad sonluqlarına düzəliş edə, həm də yeni doğulan övladlarına milli formada soyad yazdıra bilərlər:

«BU MƏSƏLƏDƏ VƏTƏNDAŞLARA AZADLIQ VERİLMƏLİDİR»

- Bu gün bu məsələni zəruri edən xüsusi amil görmürəm. Şəxs olaraq tərəfdarıyam ki, «ov», «yev» soyad sonluqları götürülsün. Ancaq bu məsələdə vətəndaşlara azadlıq verilməlidir. Bütün hallarda vətəndaşların soyad sonluqlarını inzibati yollarla dəyişdirməyə məcbur edilməsini doğru saymıram.

Soyad sonluğunu dəyişməyə tələsməyənlər sırasında politoloq Eldar Namazov da var. O deyir ki, konsepsiyanı hazırlayan komissiya üzvlərinin demək olar, hamısının soyad sonluğu «ov», «yev»lə bitir. Politoloq deyir ki, bu qərar yalnız tövsiyə xarakterli olmalı, vətəndaşlara zaman məhdudiyyəti qoyulmamalıdır:

«YAŞ PROBLEMİ VAR»


- İnsan haqları ilə bağlı bir yanaşma var ki, insanı məcbur etmək olarmı ki, o, soyadını dəyişsin? Burada yaş problemi var. Yaşlı, bütün şüurlu həyatını öz soyadı ilə fəxr eləyən 60-70-80 yaşlı insanlar var. Onlar üçün bu psixoloji yöndən daha ağrılı problemdir. Gənclər üçün bu daha ağrısız problemdir.

Eldar Namazov
Eldar Namazova görə, soyad sonluqlarının dəyişdirilməsi irimiqyaslı tədbirdir. Bu yalnız bir qərarla məhdudlaşa bilməz. Soyad sonluğunu dəyişən vətəndaş hər addımda köhnə soyadı ilə olan sənədlərin məhz ona məxsusluğunu sübut etmək məcburiyyətində qalmamalıdır. Namazova görə, dövlət bu məsələyə kompleks yanaşıb bütün qanunvericilik aktlarını qısa zamanda bir-birinə uyğunlaşdırmalıdır.

Konsepsiya müəllifləri «ov», «yev»i ruscadan gələn sonluqlar saydıqları kimi, «zadə»nin də fars kökənli olduğunu düşünür. Azərbaycanda tanınan şəxslər arasında da soyadı «zadə»ylə tamamlanan insanlar var. Onlardan biri – rejissor Mehriban Ələkbərzadə deyir ki, soyadını dəyişmək fikrində deyil. Çünki bu, onun soyadıdır:

«MƏN BU SOYADI NİYƏ DƏYİŞMƏLİYƏM?»

- Kimsə güman edir ki, «zadə»ni «li»yə dəyişmək gərəkdir, bu, onların öz işidir. «Zadə» soyad sonluğunu daşıyan kimsə, bunu heç zaman dəyişməz. Çünki bu zadəgan nəsli kimi varisliklə ötürülür. Mənim babam məşhur hakim idi – Abdulla Ələkbərzadə. Ondan öncəki babalarım da bu soyadı daşıyıb. Mən bu soyadı niyə dəyişməliyəm? Bu, mənim soyumun adıdır. Kim Cəfərov, Həsənovdursa, qoy dəyişib «li» sonluğu qoysun. Mən Ələkbərzadə olaraq qalacam.

Pəhah Hüseynin xatırlatdığı kimi soyad sonluqları ilə bağlı qərar 1992-ci ildən qüvvədə olsa da ölkəyə başçılıq edən şəxslərin çoxu soyadını dəyişməyib. Prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla rəsmilərin çoxu buna ehtiyac duymayıb. Müxalifət liderləri isə soyadlarını çoxdan dəyişib. AXCP-nin sədri Əli Kərimli, Müsavatın başqanı İsa Qəmbər, ADP lideri Sərdar Cəlaloğlu, AMİP lideri Etibar Hüsənli soyadlarını çoxdan milliləşdirib.

«ZORAKILIQ YOX, QANUN YOLU İLƏ»

«Rus imperiyası bizim soyadlarımızı əlimizdən alanda onu könüllü eləməmişdilər ki…»
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bu məsələdə sərt tədbirlərin tərəfdarıdır. Onun sözlərinə görə, vətəndaşlarda milli şüur yerində olsaydı, 1992-ci ildən bəri ona verilən hüquqdan yararlanar, indi inzibati metodlara da gərək qalmazdı:

- Toplum etinasız, biganə toplum olanda, onun üçün milli məsələnin yerində olub-olmaması heç bir məna daşımayanda, orada problem hökmən qanun yolu ilə çözülməlidir. Zorakılıq yox, qanun yolu ilə. Rus imperiyası bizim soyadlarımızı əlimizdən alanda onu könüllü eləməmişdilər ki…Hamının soyadını zorla dəyişdirmişdilər. İndi də o uzun illər öncə yaranan və indiyə qədər davam edən problem zorla deyil, qanunla nizamlanmalıdır.

Sabir Rüstəmxanlı düşünür ki, vətəndaşa soyadını milliləşdirmək üçün seçim azadlığı verilərək bu məsələni birdəfəlik bəlli zaman çərçivəsində çözmək vacibdir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (9)
Kimdən: Əlövsət Əmirbəyli Şəhər: Bakı
04.02.2010 15:39
Mən elə düşünürəm ki, bu məsələyə birdəfəlik son qoyulmalı - Azərbaycan vətəndaşları soykökünə qayıtmalıdır. SOYUNU BİLMƏYƏN -HARAMZADƏDİR deyiblər. Təkcə soyad deyil, eyni zamanda milliyət məsələsi də həll edilməli - TÜRK milləti yazılmalıdır. Axı Bizlər qırx əsrlik tarixi olan millətin övladlarıyıq.

Kimdən: sanan Şəhər: xocali
04.02.2010 14:34
efsuslar olsun ki biz shahsevenik-gezleyek,qerbi Azerbaycan xaninin,Naxcivan xaninin,Borcali xaninin,kurd xaninin.derbend xaninin,Lenkeran xaninin... ve nehayet shahin soyaddeyishmesinden sonra biz ciqira dushub gederik

Kimdən: efkan Şəhər: azerbaycan
03.02.2010 13:28
Men soyadlarin deyishdirilmesinin terefdariyam. lazimdirsa zorla da. kim ki deyir bu insan haglarina ziddir, o adam yanilir, yada ki bashga milletin numayendeleridir.yeri gelmishken, azerbaycanda yashayan etnik gruplarin de soyad sonluglari turkleshdirilmelidir. sual verseniz ki niye, men size deyecem ki, ona gore ki 26 milyon azerbaycanda azerturklerin soykokleri niye farslashdi ele ona gore.
Cavab

Kimdən: Ambur Şəhər: Bakı
04.02.2010 03:36
Ay Əfqan 26 milyonu farslaşdırdılar deyirsən farslar.Bəlkə sənin də adını farslar qoyub.Axı Əfqan fars adıdır.Bəs adıva nə deyirsən.Öz valideynlərin qoyubda yəqinki könüllü.Burda daha "zorla etniklərin də soy kökünü türkləşdirək" faşizm sayağı çağırışa nə ehtiyac.Bir az tolerant olmaq olmazmı.

Kimdən: elvin Şəhər: baku
03.02.2010 02:08
fikrimce umumiyyetke deyishmemelidir... ev, yov, yev da qala biler

Kimdən: Anar Şəhər: Odlar Yurdu
03.02.2010 01:28
Bu qanunu uräkdän dästäkläyiram!Amma "zade" sonluguna toxunmaq lazim deyil.Bu fars kökenlidir va Azerbaycan tukrlärinin farslarla tarixi(istär-istämaz) qonsulugumuz vä qohumlugumuz var.Bu bizim kökumuz va tariximizdir.Säxsän man HaciSOY elatdirmak istayiram.2005 polisä muraciyyat etdim 40 "sirvan" pul istadilar rusumdan kenar.
Cavab

Kimdən: Ambur Şəhər: BakI
03.02.2010 02:01
Ay Anar onsuz da bu Hacılar gecə gündüz bizi soyur sən desən HacıSoy onda vay bizim halımıza.

Kimdən: ambur Şəhər: Bakı
01.02.2010 03:16
Ay Toğrul! Bunu bilmək vacib lazımdır ki,milli azlıq məhvumu Azərbaycanda şamil edilir qeyri abarogen xalqlara.Misalçün ölkəmizdə yaşayan eyni zamanda vətəndaşlarımız olan rüslar,xaxollar,gürcülər,maldavanlar və s.Bir də var azsaylı xalqlar və etnik qruplar.Azərbaycanın köklü aborogen xalqları .Kürdlər,talışlar,ləzgilər,avarlar,tatlar və s.Məhs sən deyən "şivən salanlar" bunlardır ki, sənikimilər öz soykök sonluğunu onlara da "sirimaq istəyir.Əyər soğan yeməmisənsə onların "şivən salma"haqqını onların əlındən almağa nə haqla cəhd edirsən.Fakt və elmi olan mənbəyə istinad etməkdənsə baden -badenin mavi gecələrindən danışırsan.

Kimdən: Danaburan Şəhər: Danabaşdan
31.01.2010 20:53
Her kes rehberin agzina baxacaq-o soyadinin arxasina neyi qoysa, bashqalari da onu edecek.1992-93-de qati rusperestler Elçibey soyadından 'ilham alib' soyadlarinin axirina 'bey' qoyurdular.

Kimdən: Anar Şəhər: Bakı
31.01.2010 09:19
Salam!
Soyadların milliləşdirilməsinin 100 % tərəfdarıyam.
Örnək olaraq onu qeyd edimki bizim neslin soyadı 1938.ci ildə məcburən dəyişdirilməsinə baxmayaraq 1991 də Azərbaycan azadlığını bərpa etdikdən sonra cəmi 1 neçə il içində hamımız öz soyadımızı bərpa etdik.
Soyadlarlarımızla yanaşı dilimizə olan hörmətində artırılmasının tərəfdariyam və bir çox məqamda Toğrul beyin fikirlərini dəstəkləyirəm.

Kimdən: Toğrul
30.01.2010 19:35
Salam.

1) Qeyri-türkkökənli insanların soyadlarımızın milliləşməsinə qarşı şüvən qoparması artıq məni heç təəccübləndirmir. Bizim milli oyanışımız bəzilərini yandırır-tökür, özlərinə yer tapa bilmirlər. Axı KİV-lərdə açıq-aydın deyilib ki, bunun milli azlıqlara aidiyyatı yoxdur.

2) Burada Qara Yusif adlı dinləyici "gil" sonluğunun kürdkökənli olduğunu söyləyir. Bu elmi baxımdan tamamilə yalnış fikirdir. Ünlü altaist və türkoloq Starostinin etimoloji bilgilər toplusunda "gil" kökü və sonluğu türkkökənli kimi göstərilmişdir:

http://tinyurl.com/yhtv6hc

3) Türkiyə türkcəsindəki "helikopterə" gəlincə. Burada "kor kora kor deməsə bağrı çatlayar" deyimi yadıma düşür. Məgər bizim KİV-lərdə "vertolyot" sözü işlədirmirmi? Biz təkcə Türkiyə türkcəsindən deyil, başqa türkcələrdən və rus dilində olan türkkökənli sözlərdən də işlədə bilərik. Örnəklər: a) türkmənlər və özbəklər vertolyota "dikuçar" deyirlər - məncə pis səslənmir, 2) ərəb və farskökənli "zindan, həbsxana" yerinə rus dili vasitəsiylə dilimizə düşmüş türkkökənli "türmə" sözünü işlətmək daha yaxşıdır.

Sayqılarla.
Cavab

Kimdən: birisi
31.01.2010 17:18
Ay togrul belke vertolyota milli soz yaradaq - qalxir dike, enir ....

Kimdən: Əhməd Şəhər: Bakı
30.01.2010 16:48
Soyadı sonluqları dəyişilməlidirsə niyə Nizami Cəfərov özü birinci dəyişmir??? Bəlkə adlarımızı da dəyişək, atalarımızın da adlarını dəyişək ???? axı adlarımızın çoxu ərəb-fars adlarıdır. Mən hesab edirəm ki , qanun qəbul edib soyad dəyişdirmək olmaz. Bu məsələ könüllü olmalıdır. Hər bir şəxsin öz işidir. Zorla olmaz. Zorla dəyişdirmək konstitusiyaya və insan haqlarına ziddir.
    Növbəti 
Səhifə (9)