Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Naxçıvanda baş verənləri Azərbaycandan ayırmaq lazım deyil»

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

13.01.2010
«Şahbaz müəllimdən azı 10 dəfə xahiş etmişəm ki, mənim oğlumu buraxın. Oğlum 5 il cəbhədə olub. Ürəyi xəstədir, mədəsindən əməliyyat olunub, difteriyaya tutulub. Xahiş edirəm mənim oğlumu buraxsınlar…»

Hazırda həbsdə olan Bənənyar sakini Şərafət Tarıverdiyevin anası Sədəf Seyidova belə deyir. Onun deməsinə görə, kənd icra nümayəndəsi dəfələrlə ona söz versə də, oğlunu azadlığa buraxmayıblar. Bənənyardan verilən məlumata görə, həbs edilənlərdən daha 5 nəfər də hələ də Böyükdüz təcridxanasında saxlanılır.

Bir nəfərin - Əli Nəcəfquliyevin taleyindən isə xəbər yoxdur. Əvvəlki məlumatlarda həbs edilənlərdən 2 nəfərin ruhi dispanserə salındığı söylənilirdi. Bənənyar sakinlərinin deməsinə görə, həmin iki şəxs də artıq evinə buraxılıb.

XARİCİ DİPLOMATLARA QARŞI TƏXRİBAT

Kənd sakinləri deyirlər ki, yanvarın 13-də Bənənyara gələn ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinə qarşı da təxribata yol verilib. Bəzi öyrədilmiş şəxslər kəndə gələn xarici diplomatların qarşısına çıxaraq onlardan çıxıb getmələrini tələb ediblər. Kənddəki mənbələrin bildirməsinə görə, həmin öyrədilmiş şəxslərin bir çoxu heç bənənyarlı olmayıblar. Onları qonşu Əbrəqunus və başqa kəndlərdən gətiriblər. Bənənyara səfər edənlər arasında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson da olub. Ancaq səfirlikdən hələ ki, bu məsələylə bağlı hər hansı açıqlama verməyiblər. Kənddəki mənbə həmçinin bildirir ki, xarici diplomatlarla həbsdə olan bəzi şəxslərin ailə üzvlərinin görüşünə də imkan verilməyib.

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu deyir ki, əslində indi Naxçıvanda baş verənləri Azərbaycandan ayırmaq lazım deyil. Ölkə rəhbərliyinin xəbəri olmadan Amerika Birləşmiş Ştatları səfirliyinin nümayəndələrinə hörmətsizlik etmək mümkün deyil. Azər Rəşidoğlu düşünür ki, əgər Naxçıvan hakimiyyətinin qanunsuz əməlləri durdurulmasa, orda baş verənlər bütün Azərbaycana ziyan gətirəcək:

Səadət Bənənyarlı
«Bu tək ABŞ səfirliyinin, jurnalistlərin işi deyil. Dünyanın bütün tərəqqipərvər qüvvələri diqqətlərini Naxçıvana yönəltməlidirlər. Naxçıvan əhalisini hərbi polis diktaturasının əməllərindən qurtarmağın vaxtı çatıb».

HÜQUQ MÜDAFİƏÇİLƏRİ BƏNƏNYAR SƏFƏRİNİ TƏXİRƏ SALIBLAR

Hüquq müdafiəçilərinin Bənənyara yanvarın 13-nə nəzərdə tutulan səfərləri də təxirə salınıb. Hüquq müdafiəçilərindən Səadət Bənənyarlı bunu Naxçıvan rəsmilərinin onların müraciətlərini cavabsız qoymaları ilə izah edib:

«Daxili İşlər naziri bizə söz vermişdi ki, bu səfərə heç bir maneə olmayacaq və hətta bizə rəsmi görüşlər üçün hər cür şərait yaradılacaq. Ancaq biz oradan cavab almadığımıza görə bu səfəri təxirə saldıq».

Bənənyar hadisələrinə görə tutulanlarla onların valideynlərinin görüşünə isə hələ ki, imkan verilməyib. Üstəlik onlar hələ də vəkillə təmin edilməyiblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Nailä Şəhər: Almaniya
14.01.2010 15:34
Necä olur ki,kändä gedän jurnalistlärin garshisina cixmaga gözläri gorxudulmush Bänäniyarlilar belä cäsarätläniblär?Deyäsän böyük cäsarät sahibi olanlar warmish,ancag gözläyirmishlär ki,Amerika nümayändäläri gälsin!

Kimdən: naxcivanli Şəhər: bakidan
14.01.2010 12:27
bu fikirle raziyam bu cun naxsivanli qazaxli qubali...yox bu gun azerbaycanli olmaq lazimdir biz cixib olke rehberinden komek isteyirik vasife seref medali verir ...ermeni AZERBAYCANA KECIR xalqi aq gune cixartmisdilar.bu nereketi ile olke rehberi ozunu temiz gozden saldi gelen seckilerde bunlara ses verenin atasina nelet

Kimdən: ELÇİ BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
13.01.2010 20:23
Azerbaycanın Naxçıvan bölgesinin Benenyar kendine ABŞ-nın diplomatını Coanna Qansonu buraxmırlarsa,Eliyevler iktidarının ABŞ ve Qerbe bir mesajıdır.Bizim daxili işlerimize qarışmayın. Eks halda sizi Azerbaycanda milyardlarla qoyduğunuz sermayelerden merhum edeceyik.

Kimdən: Rasim Şəhər: Qazax
13.01.2010 19:18
Chunki Azerbaijan TV-lerinin hamisi Peshkadir.

Kimdən: Coni Şəhər: dresden
13.01.2010 19:05
nedir bu amerikanlar her yre burunlarinbi soxurlar. Menim yadim Bakidaki mitingler ve onlarin muxalifetle kecirdikleri gorushler yadima dushur. Bu, yankiler nece miuxalifetci idiotlari nece satib-elivein bagajina gydularsa, indi de o, zavalli bananyarli kendinin bedbext sakinleri ile elemek siteyirler. Sebeb:
Axi eliyevleri hakimyyete getirende, saxlayan da ameriknalrdirlar. Ve bele fovgalede hallarda da onlar, yeni bu yankiler ozlerini ireli verirler ki,,,, birden hegigetden de veziyet eliyevlErin, yeni onlarin oyuncaglarinin kontrolundan cixar....
Baxag görek, amerikanalrin diger oyuncagi, azadliq radiosu, menim bu yazimi senzuraya salmayacag ki?

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
13.01.2010 18:16
Ölkədə hüquqsuzluq baş alıb gedir. ANS-çilər deyir ki, onların ... "döyüş" yazılıb, heç olmasa, Bənənyarda başverənlərlə bağlı bir reportaj hazırlasınlar. İnformasiyasızlıq insanlarda çaşqınlıq yaradır. O talıbovdur, onun dəhşətli əməllərindən dəhşətli şeylər danışırlar.

Kimdən: Emil Mustafayev Şəhər: Baki
13.01.2010 17:55
Azer muallim temamile duz fikir soyleyir.Maraglidir ki Benenyarla bagli televiziya kanallarda hecne soylenilmir,hayif.Bele yerde ruslar deyerdi:"Яблоко от яблони не далеко падает"...Azerbaycan nece Nahcivanda ele!!!

Kimdən: millet Şəhər: caresiz
13.01.2010 17:47
allah qorusun bu milleti naxcivandan cox narahatam menim milletim senin derdine senden bashqa yanan olmayacaq qorxma daim ayaqda ol panikaya qapilma sizi bizden olanlar idare etmir