Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Qaynar xətt

Samux sakininin şəhadətnamə və ev dərdi

Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.

Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.

13.01.2010
Samux rayonunun Kolayır kənd sakini Cavid Əliyev deyir ki, 11 yaşlı uşağına doğum haqqında şəhadətnamə ala bilmir. Həqiqət Əliyeva uşaq evində böyüyüb, sonradan atası onu evinə gətirib. Amma indi Cavid Əliyev uşağa sənəd ala bilmədiyi üçün onu yenidən dövlətə təhvil vermək istəyir:

- Mən hərbi qulluqda oldum, uşaq da iflic dünyaya gəlmişdi. İmkanımız olmadığı üçün yoldaşım uşağı təhvil vermişdi uşaq evinə ki, müalicə olunsun. Bakıdakı nevroloji-psixoloji dispanserə göndərilib, müayinə olunub və sağalıb.

EV DƏRDİ

Uşağının sənəd probleminin üstünə Cavid Əliyevin ev dərdi də gəlib. O deyir ki, ev şəraiti yaşamağa əl vermirmiş, ölkə prezidentinin xanımı Mehriban Əliyevaya məktub yazıb. Məktubu cavabsız qalmayıb, ona yeni evin tikilməsinə göstəriş verilib. Amma deyir ki, elə evini daşını töküb bünövrəsini qazmışdılar ki, rayon rəhbərliyi ilə sözü çəp gəlib:

«DEDİLƏR RAZILIQ KAĞIZI VER»

- Mehriban xanıma ərizə yazandan sonra Vilyam Hacıyev (Samux rayon İcra Hakimiyyətinin başçısı) şəxsən özü üç dəfə bizə gəldi ki, siz Mehriban xanımın imzası ilə evlə təmin olunacaqsınız. Kərpic, sement tökdülər, binə də qazdılar sonra nə qərara gəldilərsə dedilər razılıq kağızı ver. Mən də bildirdim ki, dövlət hansısa yardımı edir, sonra razılıq kağızı verilir. Ona görə tikintini dayandırdılar.

«UŞAQ XƏSTƏLƏNƏNDƏ HƏKİMLƏR YAXIN DURMUR»

İndi Cavid Əliyevi narahat edən təkcə tikintisi yarımçıq qalan evi deyil, həm də əlil qızı Həqiqətə ata-anasının adı yazılmış doğum haqqında şəhadətnamə ala bilməməkdir:

- Uşağın doğum şəhadətnaməsində ata, ana adı yazılmayıb, uşaq da xəstələnəndə həkimlər yaxın durmur. Qəyyumluq şöbəsinin müdiri Məhəbbət xanımın qəbulunda olmuşuq, bizi kənd bələdiyyəsinə göndərib, amma hamı deyir ki, bu onun işidir.

Samux rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Azər Əhmədov deyir ki, rayonda Cavid Əliyevə hamıdan çox kömək edilib. Onun sözlərinə görə, evin tikintisinin yarımçıq qalmasının səbəbi şikayətçinin icra hakimiyyətindən hazır olmayan ev üçün inventarlaşma sənədi istəməsi olub:

«CAVİD ƏLİYEV TİKİNTİYƏ İCAZƏ VERMƏYİB»


- Cavid Əliyev 2008-ci ildə bizim sakin olub, əmisinin evinə qeydiyyata düşüb. O dövrdə müraciəti ilə bağlı «Nan» şirkətində iş təklif olunub. Ev şəraitinə görə köməklik olunub. 300 ədəd kərpic, sement, stol-stul verilib. Tikinti gedən vaxt invertarlaşma aktı tələb edib, tikintiyə icazə verməyib. Həmin materiallar onun həyətində durur.

Samux rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Məhəbbət Hüseynova isə deyir ki, Həqiqətə yaş kağızı ata-anasının məsuliyyətsizliyi ucbatından verilmir:

- Biz də hər hansı sənədi verərkən sənədlərə əsaslanırıq. Uşaq hansı xəstəxanada dünyaya gəlibsə, ordan bir arayış lazımdır. Tələb eləmişik, gətirib çıxarmayıblar.

Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Ayla Şəhər: Moskva
15.01.2010 00:22
XXI esrin Azerbaycani.Baxin bu resme ve insanlarin istisadiyyati ciceklenen yerde yasadigina sahid olun! Ne qerib, deyilmi?saglam bedende saglam ruh olar.Milletin geleceyi bu komada mehv olur.B yerde sadece oludur ruhlar.
Cavab

Kimdən: Saqif Kolayirli Şəhər: Samux rayonu
16.01.2010 17:05
Hörmətli forum iştirakçılarının nəzərinə bir məsələni çatdırmaq istəyirəm. Birincisi, hazırda keçmiş Kolayır kəndi Samux şəhərinin inzibati ərazisinə aiddir və heç bir halda olmayan kəndin olmayan bələdiyyəsi Cavidə köməklik təklif edə bilməz. Ən əsası isə, ailə başçısı Cavid Əliyevi indi Samux rayonunda tanımayan yoxdur. Tanınmasının səbəbi isə rastlaşdığı problemlər yox, özünün ətrafa qarşı haqsız münasibəti və şantaj yolu ilə sərmayə toplamaq istəyidir. Bir ondan soruşan yoxdur ki, sən nə vaxt xidmətdə olmusan, qızın isə nə vaxt doğulub? Ata-anası sağ olduğu halda uşaq hansı səbəbdən atılmış və uşaq evinə verilmişdir? Qohumu olan həyat yoldaşı ilə ailə münasibətlərini rəsmiləşdirməkdən müxtəlif bəhanələrlə boyun qaçıran Cavid ailəsini tərk edərək Gəncədə gizlənməsinə nə üçün son qoydu? Hansı üsulla əziyyətsiz ev-eşik, baha qimətə satılan ərazidən geniş torpaq sahəsi almaq fikrinə düşən ailəni aldadaraq şəxsi ambisiyalarının həyata keçməsi yolunda alət və oyuncağa çevirən pərdəarxası sabiq məmur-oyunçu kimdir? Bu sualların cavabı Samuxda çoxlarına bəllidir, sadəcə hamı özünə ar bilir. Cavid, mənliyin olsun, dünyaya uşaq gətirmək kişilik deyil, əsl hünər övladı üçün əziyyətə qatlaşmaqdır. Sən yanlış yoldasan. Əl-ayağın sağ olduğu halda sən dilənçiliyi üstün tutdun. Yevlaxda yaşayan qaynınla birlikdə sənin Bərdə və Tərtərdə diləndiyini çoxları görüb...

Kimdən: RUSLAN Şəhər: BAKI
14.01.2010 15:35
EVVELCE SALAM MEN BU MESELENI OXUYABDAN SONRA COX PIS OLDUM NE OLDU TEHSIL NAZIRI MISIR MERDANOV DEYIRDIKI USAQLAR BIZIM GELECEYIMIZDI BES NE OLDU BU SOZDER NE OLSUNKI IMKANI YOXDU DEMEK PULU YOXDUSA OXUYA BILMEZ AMA IMKANLI BIRI GELSE O DEYQE SENETI VERILECEK BUTUN TEHSIL NAZIRININ EMEKDASLARINDAN XAIS EDIREM KI BU MASELIYE BAXSINLAR COX SAXOLUN
Cavab

Kimdən: Gulnare Şəhər: Samux
16.01.2010 17:53
Gelin bu aileye komek ucun hesab acaq ve pul toplayaq. Belke bundan sonra memurlar utana.

Kimdən: Musteqil Şəhər: Baki
14.01.2010 01:29
Bu mövzunu oxudum cok perishan oldum.Bu dogurdanda beledirse ,memurlar baxib buna utansinlar ar olsun bu saheden secilen millet vekiline.