Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:16

Cəmiyyət

Diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar

Şriftin ölçüsünü dəyiş - +
Bənənyar kənd sakinlərinin AzadlıqRadiosuna dediyinə görə, yanvarın 13-ü kənddə olan ABŞ diplomatları bir qrup şəxs tərəfindən təhqir olunublar. Onlara deyilib ki, kəndə qarışıqlıq yaratmaq üçün gəliblər.

Bənənyara səfər edənlər arasında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson da olub. Onlardan kəndi tərk etmək tələb olunub.

Mənbənin sözlərinə görə, diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar, hazırda kənddə zəhmətkeşlərin etirazlarını təşkil etmək üzrə iş gedir. Camaatı məktəbə yığıblar.

Kənd sakinləri deyirlər ki, qonaqlara etiraz edənlərin yalnız kiçik qismi Bənəniyar sakinləri olub. Onların arasında qonşu Əbrəqünus və başqa kəndlərdən gətirilən adamlar olub.

Kənddə Daxili İşlər naziri Əhməd Əhmədovun Bənənyara gələcəyi bildirilib.

ABŞ-ın Bakıdakı səfirliyi hələ ki, deyilənlərə münasibət bildirməyib.

Hüquq müdafiəçiləri isə belə xoşagəlməz vəziyyətlə üzləşməmək üçün Naxçıvana yanvarın 13-nə nəzərdə tutulan səfəri təxirə salıblar. Hüquq müdafiəçisi Səadət Bənənyarlı AzadlıqRadiosuna deyib ki, onlar səfərin gerçəkləşdirilməsi üçün Naxçıvandan rəsmi razılıq gözləyirlər. Hələ ki müraciətlərinə cavab verilmir. Razılıq almadan Naxçıvana edilən səfər isə, onun sözlərinə görə, pis nəticələnir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anar Haradan: kurdemir
15.01.2010 06:02
rehmetlik deyerdi ki, uzunqulaqlar en yaxshi idare edicidirler. hem minmek olur, hem hurkutmek. hurkudende her weyi tapdalayirlar, sakitlewende de mindirirler...

Kimdən: Robinzon Haradan: Ada
13.01.2010 22:53
Bu tragikomediyadi. Stepanakerte de raziliq almadan sefer edilmir, Naxcivana da. Eger huquq mudafiecisi ora gede bilmirse, huququnu bilmeyen ve mudafie ede bilmeyen Azerbaycan xalqi nece getsin? Stepanakertle Naxcivanin shu anda farki ne, acaba?

Kimdən: Fuad Aziz Haradan: UAE (Abu Dhabi)
13.01.2010 15:58
Lap yaxshi eleyibler,diplomatlari qovublar.Mene lezzet eledi, o amerikali diplomatin Naxchivandan qovulmagi.

Kimdən: Bende Haradan: Baki
13.01.2010 15:50
Size nece defe desinler ki, Beneniyar yazin. Amma yene Benenyar yazirsiniz, shekilde de Beneniyar gorunur :)

Kimdən: neferqivar
13.01.2010 15:11
İnşallah bu il Azərbaycanda fitnə çıxar, insanlar qırılar hakimiyyət də dəyişər. Amerikan dayılarına hörmətsizlik edən hakimiyyət inanmiram cox qala...Türklərdə bir söz var: İtin əcəli çatanda məscid divarına ....yər
Cavab

Kimdən: Anonymous
13.01.2010 21:33
amin