Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar

Seçki, yoxsa, təyinat?

Bakıda səsvermə, 23 dekabr 2009

Bakıda səsvermə, 23 dekabr 2009

12.01.2010
Mərkəzi Seçki Komissiyasının (MSK) «Ümid» Partiyasından olan üzvü Akif Qurbanov 23 dekabr bələdiyyə seçkisi ilə bağlı qurumun yekun protokolunu imzalamayıb. O deyib ki, bu addımı seçkinin bütün mərhələlərində ciddi qanun pozuntularına yol verildiyi üçün atır. Partiyanın seçkinin nəticələri ilə bağlı bəyanatında da 23 dekabr bələdiyyə seçkisində hakimiyyətin total saxtalaşdırmalara yol verdiyi bildirilir.

«1989-CU İLDƏN BƏRİ ƏN ANTİDEMOKRATİK SEÇKİ»

Müxalifətçi Müsavat Partiyasının İcra Aparatının başçısı Arif Hacılı da rəsmilərin bələdiyyə seçkisinin yüksək səviyyədə keçməsilə bağlı dediklərini bölüşmür. Onun fikrincə, hakimiyyət bu seçkidə gerçək seçki keçirmək iradəsində olmadığını göstərib:

- 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilər qarışıq bu seçkini ən antidemokratik, siyasi rəqabətin olmadığı bir seçki hesab edirəm. Bələdiyyələrin yetərincə səlahiyyətləri yoxdur, bələdiyyələr faktiki olaraq yerli özünüidarə funksiyalarını həyata keçirmir. Bu səbəbdən həm siyasi qüvvələr, həm də ümumilikdə cəmiyyət bu seçkiyə az maraq göstərdi.
Əli Kərimli
Başqa tərəfdən beynəlxalq birliyin bələdiyyə seçkisinə o qədər də diqqətlə yanaşmaması seçkinin sönük keçməsinə şərait yaratdı.

ƏLİ KƏRİMLİ «SEÇKİ»YƏ NİYƏ «SEÇKİ» DEMİR

AXCP sədri Əli Kərimli isə prosesi hətta «seçki» adlandırmağa da çətinlik çəkir. Çünki ötən seçkilərdən fərqli olaraq hakimiyyət heç bu dəfə çoxpartiyalılığı imitasiya belə etməyib, aşkar şəkildə təkpartiyalı seçki keçirib. Özü də məntəqələrdə deyil, kabinetlərdə:

- Prezident Adminstrasiyasından müəyyənləşdirilmiş rəqəmlər üzrə yerli komissiyalar protokolları saxtalaşdırdılar, öncədən nəzərdə tutulan adamları bələdiyyə üzvü təyin etdilər. Bu seçki, seçki prosesini gözdən salmağa yönələn, çoxpartiyalılığa zərbə olan seçki kimi xarakterizə olunmalıdır. Prosesi ölkədə təkpartiyalı avtoritar rejimin tam formalaşdırılmasına yönələn növbəti addım kimi qiymətləndirirəm.

SEÇİCİSİZ SEÇKİ

ADP sədri Sərdar Cəlaloğlu isə deyir ki, bu seçkidə həm də cəmiyyətin bütünlüklə siyasətdən kənarlaşdığını və apolitik duruma düşdüyünü müşahidə edib. Cəlaloğlunun dediyinə görə, hakimiyyət bundan yararlanıb seçkinin formal əlamətlərini də sıradan çıxarıb. Müxalifətin dağınıqlığı, beynəlxalq qurumların bələdiyyə seçkilərinə üzdən münasibəti isə hakimiyyətin saxtalaşdırma ssenarisini çox asanlıqla həyata keçirməsinə imkan yaradıb:

Sərdar Cəlaloğlu
- ADP hesab edir ki, bələdiyyə seçkisi baş tutmayıb. Azərbaycan qanunlarına görə, alternativsiz seçkilər seçki hesab olunmur. Partiya kimi bu seçkilərə yalnız YAP qatılıb. Bu, artıq seçkinin nəticələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas yaradır. Ən əsası isə seçici bu seçkiyə gəlməyib. MSK-nın təsdiq etdiyi siyahılar seçkinin nəticələri yox, yuxarılarda hazırlanan və öncədən bəlli olan siyahılar idi.

Bu səbəbdən ADP seçkinin nəticələrinin ləğvini və yeni bələdiyyə seçkisinin keçirilməsini vacib sayır.

«GET, SƏNİN SƏSİN BİZƏ GƏRƏK DEYİL»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə 23 dekabr seçkisini Azərbaycanın seçki tarixində geriyə doğru addım adlandırır:

Sabir Rüstəmxanlı
- Bir sıra kəndlərdə, rayonlarda seçki keçirilmədi. İnsanların seçkiyə gəlməsinə mane oldular, millətin bir səsi var, o səsi də onun əlindən alıb dedilər ki, get, sənin səsinə bizim ehtiyacımız yoxdur. Seçkiyə 15-20 faiz seçici gəldi, bəzi məntəqələrdə qutular açılmadı, protokollar icra hakimiyyətlərində dolduruldu. Bu seçki obyektivlikdən uzaq seçki idi. Bələdiyyə seçkisi gözlənilən parlament seçkisi ərəfəsində insanların münasibətlərinin müəyyən edilməsi baxımından bir məşq ola bilərdi, ancaq bu fürsət əldən verildi.

MSK sədri Məzahir Pənahov isə düşünür ki, seçkidə bir neçə xırda qanun pozuntusu aşkarlanıb və onların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülüb. MSK sədri ideal seçkiyə can atanları pessimizmə və depressiyaya qapılmamağa çağırıb:

«İDEAL OLSA , BİZ NƏ OLACAĞIQ – BİLİNMİR»

- Seçkilər sahəsində bizim uğurlarımızı görməmək mümkün deyil. Başqa məsələdir ki, çalışırıq ideal olaq. Bu hissdən heç vaxt qorxmaq gərək deyil. Ancaq bu hissi özümüzə qarşı işləyən faktora çevirməyə ehtiyac yoxdur. İdeal olmadı deyə pessimizmə qapılmaq, depressiyaya düşmək gərək deyil. İdeal heç vaxt olmayacaq. İdeal mümkün deyil. Hələ bilməz olmaz ki, ideal olsa, biz nə ola bilərik. Həyat dayana bilər. Çox şeylər ideal olsa, həyatın sonu olar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Aslan Şəhər: Norvech
13.01.2010 13:30
Millet, o Mezahir Penahovu goren olsa desin ki, men ideal sechki olsa onun ve onu sechkileri saxtalashdirmaq uzre dunya shohretli ekspert eden YAPdashlarinin hansi gune dusheceyini bilirem, Azerbaycanda edaletli sechki olsa indiki hakimiyyetde temsil olunanlar nedi, onlarin ceddi-eqrebalari da gozlerini achib gorerler ki dustaqxanadadirlar. Ancaq bu yapchilari cezalandirmaga indiki Cinayet Mecellesinin qudreti yetmez. Gerek tazasi yazila.
Cavab

Kimdən: Məmmədəli Abdullayev Şəhər: Sabirabad, Şəhriyar kəndi
14.01.2010 15:06
Mən Məmmədəli Abdullayev və Əhmədxan Qurbanov ölkədə adı bəlli Şəhriyar kəndindən bələdiyyəyə namizədliyimizi vermişdik.Mən 423, Əhmədxan 286 səs toplamağımıza baxmayaraq rayon icra hakimiyyətinin başçısı Heydər babayev saxtakarlıq edərək öz adamlarını qutudan çıxartmışdı.Sonrakı hadisələri də yazmağa ehtiyac yoxdur bunu bütün xalq bilir.Biz dünən də sizə yazdıq amma, burda saxlamadınız.Yenə yazırıq, siz bilirsiniz ki, biz mübariz adamlarıq.Biz sizin bu saytın vasitəsilə bizə saxta seçkinin ləğv etdirilməsində yaxından köməklik göstərən hüquq müdafiəçisi Azad İsgəndərliyə təşəkkürümüzü bildiririk, ona uzun ömür, can sağlığı arzu edirik, Allah belə insanları heç vaxt bu millətin üstündən əskik etməsin, sən demə Azərbaycanda bir dənə hüquq müdafiəçisi varmış o da Azad İsgəndərli.AMİN.Burdakı boş-boş danışanların isə danışığına heçnə verməyirlər.Bu Əli Kərimlidir, Sərdar Cəlaloğludur və digərləridir ki. boş-boş danışmasınlar.Azadlıq radiosuna və onun kollektivinə də bizə bu işlərdə yaxından kömək etdikləri üçün onlara da minnətdarıq.Rəhbər Xəticə xanıma, əməkdaşlar:Ülviyyə xanıma, Cavanşir bəyə,Maarif bəyə də eşq olsun.

Kimdən: Ramil Şəhər: Qazax
13.01.2010 12:01
Niye bele teucublenisiz?M.Penahovun aleminde ideal secki bele olar.Var olsun Heyderleshen xalqimiz,Ilhamli geleceyimiz. Hakimiyet bir daha subut etdi ki 32.9% ehali sechkilerde ishtirak edir ve bu elektoratin 96% YAP-lashib.Gorek noyabr seckilerinin % nisbeti nece olacaq?Bu gedishle M.Penahovu bu ilden sonra teyin edilmez bele % nisbetine gore....

Kimdən: Naıle Şəhər: Bakı
13.01.2010 00:02
Seckiler ona gore dogru kecirilmir ki. hec kim oz islediyi , yasadigi yerde haqsizliga qarsi mubarize aparmir, eger mubarize aparan varsa da pis baxirlar.