Dinlə

Canlı efir

Növbəti veriliş

Uşaqlar
Özlərini «ikinci yama uşaqları» adlandıran, vaqonların arasında oynayan bizim şəhərin balaca sakinləri
Göndərən: Murik

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Siyasət

Ombudsman Eynulla Fətullayev və bloqqerlərlə görüşüb

12.01.2010
İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevlə, bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə görüşüb.

Eynulla Fətullayev dekabrın 29-da cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində ayaqqabısından və gödəkcəsindən narkotik maddə tapılmasını özünə qarşı təxribat olduğunu deyib. Bunun yaxın vaxtlarda Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq işiylə əlaqələndirib.

Qanından nümunə götürülsə də analizin nəticəsinin məlum olmadığını da ombudsmanın diqqətinə çatdırıb. İşgəncəyə məruz qalması ilə bağlı suala cavabında isə Eynulla Fətullayev deyib ki, üstündə narkotik maddə aşkar olunandan sonra 12 saylı cəzaçəkmə yerinin cərimə təcridxanasında ağır şəraitdə saxlanıb.

Ombudsman istintaqın obyektiv araşdırılması üçün baş prokurora müraciət edib.

Elmira Süleymanova Adnan Hacızadə və Emin Milliylə də görüşüb.

Bloqqerlər saxlanma şəraitindən narazı olmadıqlarını deyiblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vusalllll Şəhər: Bakı
15.01.2010 14:35
Ombudsman xanim ozu huquq pozmasin basqa ondan hec bir komek lazim deyil....

Kimdən: hasan Şəhər: Baku
12.01.2010 12:31
Obbudsman kimyaçıdır,MM tərəfindən seçilib,hüquqdan da kasaddırsa (Rəbiyyət də fəlsəfə müəllimi)nə edəcək ki.
     
Şriftin ölçüsünü dəyiş - +