Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:04

Bloqlar / D.Dilim-Dilimov

Davam edir 37...

x
Şriftin ölçüsünü dəyiş - +
Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının iclası oldu. Bu iclasda MSK seçkiləriə, Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə isə MSK-ya yekun vurdular.

Seçkilərlə hər şey aydın idi, onun yekununu MSK sədri hələ seçkilər başlamazdan əvvəl vurmuşdu.

Bu iclasın yekununun yekunu daha maraqlı alındı. Aydın müəllim cibindən Roma talantına bənzər bir metal sikkə çıxarıb təntənə ilə MSK sədri Məzahir Pənahova təqdim etdi.

Məlum oldu ki, bu metal külçəsi pul deyil, 1937-ci il SSRİ Ali Sovetinə seçkiləri zamanı istifadə olunan məntəqə seçki komissiyasının möhürüdür.

Aydın müəllim elan etdi. (Onun çıxışını burada dinlə)

PARDON, ÜZR İSTƏYİRİK! Yuxarıdakı audionun bu yazıya heç bir aidiyyatı yoxdur. Yol verdiyi xətaya görə səs texnikimiz Kar Kazım ciddi cəzalanacaq. 

Beləliklə, Aydün müəllim «Bu, mənim kolleksiyamda çox qiymətli bir eksponatdır. Mən hesab etdim ki, onu təyinatı üzrə - Mərkəzi Seçki Komissiyasına vermək lazımdır» - deyib möhürü Məzahir Pənahova bəxş etdi. MSK sədri də kövrəlib bu simvolik əhəmiyyət daşıyan hədiyyənin MSK tarixinin araşdırılmasında yeni şaxə açacağını dedi. Onun sözlərinə görə, bu təşkilatın tarixi onsuz da araşdırılırdı, amma indi məlum olub ki, təkcə yazılı mənbələri deyil, həm də əyani vəsaitləri axtarmaq olar. 

YAP üzvlərinin tarixin Heydər Əliyevdən əvvəlki dövrünə səyahəti təqdirə layiqdir. Amma, 1937-ci ilin nə dərəcədə günümüzlə səslənməsi bir qədər şübhə yaradır. Doğrudur, həmin illərdə də elan olunurdu ki, iqtisadiyyat böyük sürətlə inkişaf edir, hər yerdə məktəblər tikilir, KEÇİD DÖVRÜ başa çatıb. Amma hər halda, zəmanə tamam fəqli idi.

Məsələn, o vaxtlar seçki şikayətlərini MSK deyil, Lavrenti Beriya araşdırırdı.
 
Odur ki, bu gün Məzahir Pənahova sovet seçki möhürünü bağışlamaq, məncə, yersiz görünür.

Bu təxminən ona bənzəyir ki, İlham Əliyevə Stalinin qalyanını bağışlayasan. Axı hamı bilir ki, Azərbaycan prezidenti çəkən deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Yüklə
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Ilqar Abdullah
20.01.2010 16:08
Dunenki qezetlerde oxudum ki,MSK-nin sedri istehfa vermeye hazirlashir.Mezahir Penahov artiq yoruldugunu ve saglamliginin bu agir ishlere tab gedirmediyini soyleyir.Hakimiyyet artiq onun yerine namizedler de tapib.Siyahida Aydin Mirzezadenin adini gormedikde chox kederlendim,axi bu mesuliyyetli vezifeye en yayiqli namized Aydin muellimdir.Sorusha bilersiniz ki, bunu neye esaslanib deyirsen? Izah edim.Son 5-6 ilde men Aydin muellimin butun sozlerini dinlemish,ondan goturulen butun musahibeleri diqqetle oxumusham.Aydin muellimin qatigin qara oldugunu nece meharetle subut etmesine heyran olmusham.MSK -nin sedri kimi vezifeye ise bizim shanli hakimiyyetimiz bundan savadli namized tapa bilmeyecekdir.Odur ki, men Aydin muellimi MSK-nin sedri vezifesinde gormek isteyirem.

Kimdən: On doqquz Haradan: Bakı
15.01.2010 12:28
Aydın müəllimin adı səhv etmirəmsə bu yaxınlarda "ən aktiv millət vəkili" nominasiyasında mukafat verilənlər arasındadır. Təbrik edirəm. Aydın müəllim səmimi adam təsəvvürü yaratmaq istəyir, bu da indiki cəmiyyətimizdə çox çətindir. Fikirləşirəm ki Məzahir müəllimə münasibətdə səmimi olub 37-ci ilin möhüründan başqa hədiyyə etmək mümkün deyil. Maraqlıdır bu möhür Aydın müəllimdə hardandır?. Bəlkə tərpətsən güc strukturu rəhbərlərində də babalarından qalma 37-ci ilə aid işgəncə alətləri, şərləmə metodları üzrə təlimat sənədləri çıxacaq.Hər şey birdən olsa həyat maraqsız olar. Gözləyək görək Səyavuş müəllim nə hədiyyə edəcək.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
15.01.2010 10:02
Mənə elə gəlir ki, Aydın Mırzazadanın bu hərəkətində bir eyham var: 37-Cİ İL! Deyəsən, o hakimiyyətə əsl münasibətini açıqlayır bununla. Məndə intiutiv olaraq bu adama qarşı rəğbət yaranmağa başlayır!

Kimdən: Musteqil Haradan: Baki
15.01.2010 02:49
Ne geder gulushun gözeldir senin.
Bu gulushunun ,aglamagida olacq .
Vezife,ebedi deyildir bunu bilesen.
92-nin qezebine,ducar olarsan

Kimdən: YAP-a bilmeyen Haradan: allemania
14.01.2010 18:57
Ne yaman yapirmish bu Aydin müellim...Halaldi!!! neynesin?? bir tike chörek pulu qazanmalidi ya yox?? o hamimizdan daha aghillidir da..veziyyeti basha düshür , özünü de ona uyghunlashdirir..heyatini yashayir..daxilinde ise bizlere gülür, aye bu adamlar nece de sadelövhdürler...onlar gör kimden demokratiya isteyirler..
.Xülase , "Allah hamimiza aghil verib, amma "vicdan" deye bilmerem"

Kimdən: Serdar
14.01.2010 15:15
Yazici ve sairlerden eskikdirler?

Kimdən: Musteqil Haradan: Baki
14.01.2010 04:37
Musavat qezetinde oxudum ki,bu il mugenilerimiz öz namizedliyini parlament seckilerinde verecekler.Hemin mugenilerin adlari da aciqlanmish.
Men bele dushunurem eger bu il mugenilerimiz namizedliyini verseler.
Yaxshi olar ki,parlamentin spikeri ve onun mavinleride istefa versinler.
Sadece onlarin yerine ise musiqicilerimiz se4ilsin.Eger parlamentde mugennilerimiz millet vekilleri olacaq,spikerle mavinlerinin yerine ise musiqicilerimiz se4ilse.Görun ne gözel olar onlar bashda ifa edecekler
mugenilerimiz ise oxuyacaqlar. Parlamentin butun iclaslarinda qanun lahiesinin qebul edilmesi , mugenilerle musiqicilerin ixtiyarina verilecek.
Her kes öz senetinin dalinca getseydi ,daha buna ne var idir.Burda deyerler oyna gulum, oyna ,parlamentimizde oldu musiqicilerimizle mugeniler.Yasha Azerbaycan.

Kimdən: Elcin327 Haradan: Baki
13.01.2010 19:02
Deyirem 2003 - 2008-ci il erzinde dogulanlar goresen nece olacag?

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bak
13.01.2010 18:41
Aydın Mirzezadenin ve Mezahir Penahovun bu jesti onu deyir ki,ne deyirler desinler.YAP iktidarı Azerbaycanda seçkileri 37-ci ilde keçirilen seçkiler kimi keçirib,Ölkeni =idare= edeçek.

Kimdən: mustafa Haradan: Adalardan
13.01.2010 17:55
Bunlar dibine qeder içib serxoş olan ve dili söz tutmayan alkoqoliklerin menasiz hereketleridir.Siz heç alkoqoliklerin dediyi her hansi sözün menasini başa düşmüsünüzmü? A.Dilimov-dilimov çox serrast yazib-ona teşekkür borcumuz var.Elleri agrimasin.
Səhifə (3)
    Növbəti