Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:02

Xüsusi layihələr / Bələdiyyə seçkiləri-2009

MSK bələdiyyə seçkilərinin yekun nəticələrini elan etdi

Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb
Şriftin ölçüsünü dəyiş - +
«Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün deyil. Buna görə də ümumilikdə 30 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirilən seçkilərin nəticələri ləğv edilib».

MSK-nın yanvarın 11-də keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov belə deyib.

Nəticələri ləğv edilmiş bələdiyyələr bunlardır: Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan. MSK bu bələdiyyələrə keçirilən seçkilər baş tutmamış sayır.

MSK katibi deyib ki, 18 seçki məntəqəsinin, 2 dairə seçki komissiyasının (DSK) tərkibi tam olaraq buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb.

MSK katibi bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib.

İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb. Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb. Ümid Partiyasını qurumda təmsil edən Akif Qurbanov yekun protokolu imzalamaqdan imtina edib.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib, MSK məlumatına görə seçkilərdə ölkə üzrə seçicilərin 32,4%-i iştirak edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zaur Haradan: sankt-peterburg
12.01.2010 13:56
Kecirilmish bu belediyye seckisi bir daha subut etdiki,Azerbaycanda yerlerde hakimiyyete garshi nece hormetsizlik ve saymamazlig hokum surur.Bela bir ozbashinaligin analogu hec bir yerda tapilmayacag yeginki. necada yazig veziyyete dushub bu millet.Hakimiyyet kursusune yiyelenib soygunculugla meshgul olmag ucun necada iyrenc hereketler edirler.AZERBAYCAN CEMIYYETI IL BE IL DUNYAYA DEHSHETLI IYRENCLIKLER NUMUNESI GOSTERMEKDE DAVAM EDIR...

Kimdən: İlham Məmmədli Haradan: Sumqayıt
11.01.2010 22:30
Görəsən elə bir Mn SK üzvü tapılarmı əlini Qurana basıb and içə ki,onun məntəqəsində seçkilər qanunauyğun keçirilibdir.
Məncə bu MSK-nın seçki biabırçılığının reablitasiyası cəhdindən başqa bir şey deyil.
İnanmaq istərdim ki,Prokurorluq orqanlarının araşdırmasını bu dəfə "növbəti"amnistiya fərmanı kəsməyəcək.
Rəqəmlərin dili ilə desək ən real nəticədə MSK-nın bu təpkisi dülünc%-li kadr dəyişikliyi deməkdir.
Bir şey şəksizdir.Seçkilərn imitasiyası hər dəfə daha uğursuz,daha biabırçı olur.Bundan çıxış yolu MSK-nın bu tipli kosmetik təsirli qərarları deyil.Həqiqi demokratik seçkilərin keçirilməsi bütün xalqın uğuru olardı.
İllərdən bər buna mane olanlar! Ziyanlığın yarısından qayıtmaq da pis deyl.Azərbaycanlılar təkcə dözümlü deyil,həmdə bağışlamağı bacaran
böyük xalqdır.