Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

«Mən bu xalqa onun istədiklərini verdim»

Viktor Yuşşenko öz seçki proqramını açıqlayır, 23 noyabr 2009

Viktor Yuşşenko öz seçki proqramını açıqlayır, 23 noyabr 2009

11.01.2010
Viktor Yuşşenko Ukraynanın ilk qərbyönlü prezidentdir. O bu vəzifəyə gələndə həyatı üçün təhlükəli olan zəhərlənmə və səslərin kütləvi şəkildə saxtalaşdırılması kimi əngəlləri aşmışdı. Həmin vaxtdan 5 il ötüb. İndi Ukrayna yeni prezident seçkisinə hazırlaşdığı bir vaxtda rəy sorğuları Yuşşenkonun nüfuzunun çox aşağı olduğunu göstərir.

Yuşşenkonun hakimiyyəti dövründə Ukraynada siyasi xaos davam edib. Moskva ilə münasibətlər həddindən artıq pisləşib. Ancaq Yuşşenko fəaliyyətindən danışarkən heç də əvvəlki kimi qətiyyətli görünmür:

«MƏN BU XALQA ONUN İSTƏDİKLƏRİNİ VERDİM»

«Bir prezident kimi heç vaxt xalqımın qarşısında başıaşağı olmayacağam. Bu 5 ildə nəyisə səhv etdiyimi düşünmürəm. Mən bu xalqa onun istədiklərini verdim. Əgər o bunu başa düşsə, bu onun xilası olacaq. Əgər başa düşməsə, biz daha 15-20 ilimizi Kremlin layihəsi üzrə Yanukoviç və Timoşenkolarla keçirəcəyik. Kuçmanın dövründə olduğu kimi».

Yanvarın 17-də keçiriləcək seçkilərdə Yuşşenkonun əsas rəqibləri bir vaxtlar «narıncı inqilab» zamanı onun əsas müttəfiqi olmuş Yuliya Timoşenko və əsas rəqibi olmuş Viktor Yanukoviçdir. Hər iki namizəd Yuşşenkonun aşkar qərbyönlü mövqeyini kəskin tənqid etməklə populyarlıq qazanıblar.
Viktor Yanukoviç Lvovda, 17 dekabr 2009
Yuşşenko deyir ki, bu namizədlərin hər ikisi Moskvanın adamlarıdır. On görə də seçim çox sadədir:

«Ya Kremlin bu cütlüyü qalib gələcək, Kremlin siyasəti işləyəcək, ya da Avropayönlü siyasət davam edəcək».

Rusdilli ukraynalıların dəstəklədiyi Yanukoviç bu həftə müsahibələrinin birində bildirib ki, qalib gəlsə, ölkəsini NATO-ya üzv etməyəcək. NATO-ya üzvlüyü hakimiyyəti dövründə əsas prioritetə çevirmiş Yuşşenko isə deyib ki, NATO-dan üz çevirmək Ukraynanın maraqlarına ağır zərbə olacaq.

Ukraynanın siyasi həyatında davam edən daxili çəkişmələr və ağır iqtisadi böhran Yuşşenkonun NATO-ya və Avropa Birliyinə üzvlüyü səylərinə əngəl olub. 2008-ci ildə NATO Ukraynanın Üzvlük Fəaliyyət Planına qoşulmaq üçün müraciətini qəbul etmədi. Bu plan NATO-ya üzvlük üçün əsas hazırlıq mərhələsi sayılır.
Yuliya Timoşenko
Yuşşenko bunun əsas günahını birbaşa baş nazir Timoşenkoda görür:

«BUNUN SƏBƏBKARI UKRAYNANIN BAŞ NAZİRİDİR»

«Aydındır ki, Ukraynanın hazırda tutduğu yol Avropa Birliyinə üzvlük üçün kifayət etmir. Bu, Avropa Birliyinin yox, bizim problemimizdir. Ukraynada islahatları yalnız baş nazir həyata keçirə bilər. Lakin bu islahatlar həya keçirilmədi. Bunun səbəbi nə Avropa, nə də qlobal böhrandır. Bunun səbəbkarı Ukraynanın baş naziridir».

Həm Yanukoviç, həm də Timoşenko bəyan ediblər ki, qalib gəldikləri təqdirdə
Moskvayla münasibətləri yaxşılaşdıracaqlar.

Ötən ilin yayında Moskva Ukraynaya qaz ixracını dayandırandan iki ölkə arasında münasibətlər pisləşib. Hazırda buna oxşar vəziyyət Rusiyayla Belarus arasında yaranıb. Yuşşenko deyir ki, bu iki problemin heç bir fərqi yoxdur. Bu, Moskvanın açıq siyasi təzyiqidir. Bununla o ölkələri özündən asılı etmək istəyir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Zaur Şəhər: sankt-peterburg
18.01.2010 13:27
Beli,Viktor Yushenko Ukrayna devlatciliyinde oz demokratik xedtini yaratdi. Butun dunya demokratiyasi onu hegiig demokrat kimi gebul etdi.Amma bash nazir Yulya Timoshenkonun Ukraynanin geleceyi ucun bezi ciddi islahatlarin kecirmemesini Yushenkonun bir nov zeifliyi kimi giymetlendirirem.Yulya Timoshenko siyasetci deyil.O,etrafinin tesiri ile hakimiyyet ugrunda mubarizeye goshuldu.O,prezidentle birge demokratiya ugrunda mubarizeni davam etdirse idi Ukrayna yaxin 3-4 ilde separatci Rusiya ile normal munasibetler gurub onun shiltagligina son goya bilerdi.Yushenkonun prezident postunu terk etmesi Ukrayna devletine ve xalgina baha basha gelecek.

Kimdən: Sərxan Şəhər: Baki
12.01.2010 22:24
Men Ukraynada 2008 ci ilin iyun ve iyul aylarinda olmusham, krizisden evvel Ukrayna investisiya ucun cox gozel mekan idi ve yashayish ucunde hemchinin. VIKTOR YUSHCHENKO ile Bakida 2009 cu ilni aprelin 10 da Baki Slavyan Universitetinin Ukrayna medeni merkezinde gorushmushem. Bir nece shekil cekdirmishem onunla ve sohbet etmishem. VIKTOR YUSHCHENKO mene cox yaxshi tesir bagishladi: cox sade insandir. Hemcinin VICTOR YUSHCHENKO nun xanim KATERINA YUSHCHENKO - cox savadli ve sade qadindir. KATERINA YUSHCHENKO Amerikanin Chicago sheherinde dogulub ve Ag Evde region uzre ABS prezidenti ata Bushun meslehetchisi ishleyib. KATERINA YUSHCHENKO 1993 cu ilde Kiyeve (vetenine) gayidib ve VIKTOR YUSHCHENKO ( o zaman V. YUSHCHENKO Ukrayna Milli Bankinin sedri vezifesinde chalishirdi - arvadindan yenice boshanmishdi) ile tanishliqdan sonra aile heyati qurdu. Ve Ukraynada coxlari KATERINA YUSHCHENKO nun kecmish Amerika vetendashi olmasi ve Ag Evde president meslehetcisi ishlemeyini nezere alib VIKTOR YUSHCHENKO nun Amerikanin adami kimi qeleme verirler.

VICTOR YUSHCHENKO Ukraynanin vahid lideridir. Moskva isteyir Ukraynani kecmishe gaytarsin. Amma men eminem ki bu olmayacaq., cunki Ukraynada agilli adamlar coxdu ve cenab VIKTOR YUSHCHENKO nu da destekleyenler var.

ALLAH BIZI VE BIZIM DOSTLARIMIZI QORUSUN! AMIN

Kimdən: Anonymous
12.01.2010 21:19
Yussenko Elcibeyin Azerbaycanda etdiyi sehvleri Ukraynada tekrarladi.Ona gore de Ukrayna da Azerbaycan kimi bir nece il geri gedecek.

Kimdən: Vətəndaş Şəhər: Bakı
12.01.2010 18:41
Üç yüz ildir ki, bölgədə əsas şər mənbəyi Rusiyadır. Qalanları onun süfrəsindən tökülənləri yeyib Ermənistan kimi boy göstərənlərdir.

Kimdən: Vatanbaku
11.01.2010 20:45
Doğurdanda insan elə yaradılıb ki, çətin vəziyyətdə sağlam düşüncədə problem yaranır.
Ukraynalıların qarşısında 1 yol var Yuşenko. Digərləri yol deyil

Kimdən: ELÇİ BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
11.01.2010 18:57
İnanmaq isterdim ki,Ukrayna xalqı Azerbaycan xalqı kimi aldanmayacaq.Ve öz seçimini Yuşenko üzerinde qoyacaq.
Cavab

Kimdən: Mr. Genius
11.01.2010 20:53
Yuşşenkoya uğurlar... Onun rəqibləri hakimiyyətə gəlsələr, heç şübhəsiz Rusiya Ukraynada da Əliyevlər rejiminə oxşar rejim yaradacaq və həmin rejimdən yaxa qurtarmaq Ukrayna xalqı üçün çətin olacaq. Eyniylə bizdəki kimi