Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:54

Verilişlər / 14-24

«Prezidenti xalq seçibsə, mən kiməm ki, qarşı gedim?!»

Fuad Əhmədov
x
Fuad Əhmədov

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Əgər bu gün Azərbaycan Respublikasının prezidentini Azərbaycan xalqı seçibsə, prezident kimi elan olunubsa və Azərbaycan xalqı onu qəbul edibsə, mən kiməm ki qəbul etməyim?!»

Azərbaycan Mühafizəkar Gənclərinin Maarifləndirilməsi Təşkilatının sədr müavini Fuad Əhmədov «14-24»-də Dalğa Gənclər Hərəkatının nümayəndəsi Araz Önərlə debatında bunu deyib.

O bildirir ki, konstitusiyada təsbit olunmuş hüquqlardan xəbərsizlər ondan faydalana bilmir:

«Ancaq bu gün kimsə o hüquqlarını qoruya bilmirsə, həyata keçirə bilmirsə, bəzi insanlar zorakılıqla o hüquqları əldə etmək istəyirlər. Bu gün diskussiya, anlaşma şəraitində hüquqlar əldə olunmalıdır zorakılıq oldusa, zorakı hərəkətə də zorakılıqla cavab verilir».

SUAL: Siz zorakı üsul deyəndə gənclərin küçəyə çıxıb aksiya etməyini nəzərdə tutursunuz?

«Bəli. Bu gün əgər aksiya etmək istəyiriksə də, konkret orqan var, müraciət olunmalıdır, harda təşkil olunmalıdır aksiya..»

Araz Önər: «Siz bilirsiz niyə aksiya edir gənclər? Çünki o orqanlar işləmir, ona görə küçəyə çıxırıq ki, o orqanlar işləsin İşləməyən orqana müraciət etmək nə dərəcədə məntiqidir?»

Fuad Əhmədov: «Biz dəfələrlə aksiya keçirmişik, heç bir problem olmayıb. Kimsə bu gün mitinq keçirirsə, bu o demək deyil ki, metlaxı yerdən qoparıb hansısa mağazanın şüşəsini sındırsın. Sərbəst toplaşmaq azadlığı o demək deyil ki, sərbəst toplaşanda dövlət əleyhinə danışasan».

Fuad Əhmədov deyir ki, təmsil etdiyi təşkilatın əsas fəaliyyəti milli-mənəvi dəyərlərin qorunması, gənclərin təhsil problemlərinin həll olunması, gənclərdə vətənpərvərlik, döyüş ruhunun formalaşdırılması ilə yanaşı, hüquq mədəniyyətinin aşılanmasına yönəlib. İxtisasca hüquqşünas olan Fuad Əhmədovun fikrincə, problem adətən hüququ bilməyəndədir, pozanda yox:

Araz Önər
«Yetkinlik yaşına çatmış bir insan parkda qızla gedirsə və polis gəlib ona ilişirsə, o insan demək öz hüquqlarını bilmir».

Araz Önər: «O insanın hüququnu təmin etmək dövlətin borcudur. Polis də dövlətin məmurudur. Polis bilməlidir ki, mən parkda oturan gənc qızı və oğlanı qaldırıb bölməyə apara bilmərəm. Mən kənddən gəlmişəm, konstitusiya oxumamışam, kitab oxumamışam, sevgilimlə parkda oturmuşam. Amma polis bilməlidir axı, polis onun üçündür ki, mənim hüquqlarımı qorusun».

Fuad Əhmədov: «Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Gənclər bilməyə bilər hüququnu, polis də onlara müdaxilə edə bilər. polis onu tutur, gənc də həddən artıq təşvişə düşür. Mən o gəncə məsləhət görərdim ki, getsin bölməyə».

Araz Önər: «Dediyiniz odur ki, öz hüquqlarını bilməyən insanın başına nə oyun istəsək, aça bilərik».

Fuad Əhmədov: «Polisin də səlahiyyətləri var. Polisin yaxınlaşıb hər hansı sənəd istəmək haqqı yoxdurmu?»

Araz Önər: «Var, amma o sənəd istəmir, deyir ki, dur gedək bölməyə, valideyninə zəng edəcəyəm, gələcək».

Fuad Əhmədov: «Əgər valideyndən sən qorxursansa, gənc qız, gənc oğlan, onda gəzmə də».

Gənclərin debatını sonadək dinləsəniz, biləcəksiniz:

- Azərbaycan gənci öz etirazını kimə bildirə bilir?

- Hansı milli dəyərlərin qorunmamağı boşanmalara gətirib çıxarır?

- Hansı demokratik ölkələr dünyada xaos yaratmaqla məşğuldur?
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: fantamaz Haradan: avropa
05.02.2010 13:24
Mən Fuad Əhmədova demək istəyirəm ki,sənin kimi insanlar üçün Azərbaycanın bütün dövlət orqanlarının qapıları açıqdir,ona görə sənə icazə verirlər. Sənə kim diplom veribsə get qaytar onu,sən hələ də dövlətlə hakimiyyəti ayıra bilmirsən?Xalqın adından danışma

Kimdən: türkün fədaisi
03.02.2010 02:02
Zoologiya və gənclər günü

Bu günkü gənclər gününün televiziya və radiolarda təqdimatına qulaq asdıqca həyatımızın istəklərimizdən aslı olmayaraq aşağıdakı lətifəyə necə uyğunlaşdırılmasından dəhşət və istehza dolu gülüşlərimi saxlaya bilmirəm.
Lətifə
Orta məktəblərin birində zoologiya imtahanı gedir. Şagirdlərdən biri yalnız bit haqqında mövzunu öyrənir. Bileti cəkir ilk suala pişik düşür. Beləliklə yalnız bit bəhsini öyrənən tələbə cavab verir. Pişik ev heyvanıdır. Onun tükləri var tüklərinin arasında bitlər olur və başlayır bitdən danışmağa. Müəllim nə qədər calışsada onu pişiyə yönəldə bilmir. Şagird hey bitdən danışır. Müəllim soruşur. Qarğa haqqında nə danışa bilərsən. Şagird tələsmədən qarğa quşdur. Tükləri var və təbii olaraq tüklərinin arasında bit olur və keçir bit haqqında danışmağa.
Əsəbləşən müəllim vəziyyəti soyuq başla qiymətləndirərək yaxşı indi balıq haqqında danış deyə şagirdi təşvişə salmağa çalışır. Özünü itirməyən şagird balıq suda yaşaşan canlıdır.Onun pulcuqları var amma o quruda yaşasaydı onun mütləq tükləri olardı və təbii olaraq onun tüklərinin arasında bit olardı. Və beləliklə yenidən aramla bitdən danışır.
Reallıq .
Bu gün gənclər günü olsada bütün mövzuların başlanğıçıda sonuda ümummilli liderdir.
Sitat: Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Sərəncam, konstitusiya, milli məclisin qərarı və digər qanunlar maklaturadan başqa bir şey deyil. Ali məktəbləri bitirən gənclərimiz aldıqları diplomun yararsız kağız parcası olmasını iş axtararkən ilk ilin sonuda dərk edir. Sovet dönəmində peşə məktəbləri var idi. İndi onlarda aktuallığını itirib. Sənin nə qədər bacarıqlı gənc olmağından aslı olmayaraq rüşvət alıb irarxiyanın yuxarı təbəqələrinə ötürə bilmirsənsə sənin bu ölkədə yerin yoxdur. Düzdür ikinci yoxda var təlxək rolu bu rüşvət alıb verməkdən asan olsada sənin ya ... fiziki və əxlaqi göstəricilərin, Ya da Zalımxan Yaqub kimi “haqq” səsin olmalıdır. Üçüncü yolda Şeyximiz kimi monopalist molla olmalısan.
Nəticə.
Əsas sənin imtahana necə hazırlaşmağın deyil əsas sənin nə qədər pulla gəlməyindir. Təhsil nazirimiz demişkən Azərbaycanda təhsil səviyyəsi reallığa uyğundur.
İkinci fərqi yoxdur hansı bayramdır Əsas odur ki sənin bədənin tüklüdür.
Bütün gənclərə itafən mənim gəncliyim bada getti, amma təəsüf ki, Sizədə yaxşısı vəd edə bilmirəm.

Kimdən: teymur Haradan: weki weheri aran kendi
27.01.2010 14:18
qardaw bu insani xalq secibse bes onda niye xalqin icerisine cixanda yaninda 500 axran dayanir???? niye imkan vermirleki kimsa ona derdini desin?>?> niye


Kimdən: xalq Haradan: Baki
21.01.2010 10:34
Xalq secmiyib,ozu gelib zorla tez-telesik,dovlet rehberlerin komeyi ile dovleti talamaq ucun,bunu hammi bilir sen ise fil qulaginda yatibsan yada yatmish kimi teqdim edirsen ozunu ve xalqin adindan istifade etme hec vaxt,qelecekde onun qarshisina cixa bilmeyeceksen.

Kimdən: Arif Haradan: Delixanadan
18.01.2010 23:41
bu adamın sifetinde her şey yazılıb, şerhe ehtiyac yoxdur

Kimdən: Arif Haradan: Delixanadan
18.01.2010 23:39
Prezidenti heç bir xalq seçmeyib, guya bunu siz bilmirsiniz? O vezifeye saxta yolla getirilib.

Kimdən: zzzzzzzz
15.01.2010 18:23
korrupsiyadan danish ...

Kimdən: Wah ismayil Haradan: Sank Peterburq
13.01.2010 00:09
Bir var adam olende deyeler ki, Allah sene rehmet elesin,Bir de var adam diriyken olu ola.Onda ona rehmet yox,diriyken gorbagor olasan deyirler.Fuad kiwi,eger tehsili ozun almisansa,heyif senin tehsiline.Vessalam.

Kimdən: Firudin Haradan: Keshlaburg
12.01.2010 06:43
Əgər həqiqətən belə təşkilat varsa, ora necə üzv yazılmaq olar?

Kimdən: Firudin Haradan: Keshlaburg
12.01.2010 06:40
Fuad Əhmədov adlı adam həqiqətən mövcuddur, yoxsa siz özünüzdən uydurmusunuz?
2009-cu ildə belə düşüncəli vətəndaşımız var ölkədə?
Səhifə (3)
    Növbəti