Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Qaynar xətt

Keçmiş hərbçi kompensasiya tələb edir

09.01.2010
Ehtiyatda olan zabit Azər Musayev 1993-cü ildə Azərbaycan ordusunda xidmətə başlayıb. Deyir ki, müəyyən müddətdən sonra hərbi forma dövlət hesabına yenilənməlidir. Amma o vaxt geyimi almaq zabitlərin öz öhdəsinə buraxılıb və arayış verilib ki, filankəs bu məbləğdə əşya əmlakını öz hesabına alıb:

«15 adda əşyadır. O vaxtın puluyla 2 milyon 530 min manatlıq paltar aldıq. Ancaq sonra kompensasiyanı istəyəndə vermədilər. Dedilər ki, Maliyyə Nazirliyi bunun üçün pul ayırmayıb. İndi də cavab verirlər ki, əlində məhkəmə qərarı olan zabitlərin pulu ödənilir».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsi müavini Teymur Abdullayev isə deyir ki, bu pulu almağın bir yolu var - məhkəmə:

- Səbayel rayon Məhkəməsinə müraciət etsin, məhkəmə qərarı olarsa, bu pul ödəniləcək.

- Müdafiə Nazirliyi bu vəsaiti borc kimi tanıyırmı?


- Məhkəmə qərarı olmalıdır.

Vəkil Azər Nağıyev deyir ki, Azər Musayevə məhkəmə yolu göstərilirsə, bundan imtina etməsin. Üstəlik, Müdafiə Nazirliyinin ona olan borcunu indeksiyalaşdıra bilər:

«1996-cı ildə 2 milyon 530 min manat dəyərli pul idi, ona görə Azər Musayev iddia qaldıra bilər. O vaxtı aldığı əşyaların indiki qiymətini öyrənə bilər və o məbləği indeksiyalaşdırar. Üstəlik, məhkəmə rüsumunu da, hüquqşünasa çəkəcəyi xərci də, o cümlədən mənəvi təzminatı müəyyənləşdirib iddiasına əlavə edə bilər».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Bayandur Şəhər: Baku
11.01.2010 11:38
Azerbaycan ordusuna xidmete caqirilarken, biz 1 il 6 ayliq muqavile ile getmishdik. Lakin 3 il 3 ay 16 gunden sonra ehtiyata buraxildim. Ustelik muqavile muddeti bitdikden 2 ay sonra ateshkesin pozulma halinin qarshisini alarken gulle yarasi aldim. Meni bolgeden getiren mashin minaya dushdu ve men yerali halda yeniden aqir kontuziya aldim. Indi butun mualice xerclerimi ozum cekirem. Hele ustelik tutub turmeyede saldilar. Tezelikle azadliqa buraxilmisham. Rehmetliyin oqlu, sene bushlat pulu lazimdir? Kishi yana danishsaq zabit olmusan ve bu pulu bir necedefe artiq qazanmisan. Bashini niye aqritmaq isteyirsen axi?