Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:32

Verilişlər / Kontekst

Neft Akademiyasındakı faciənin istintaqı uzanır

Keçən il aprelin 30-da Fərda Qədirov Neft Akademiyasında 12 nəfəri qətlə yetirib 13 nəfəri yaralayandan sonra özünü öldürüb

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Ötən il aprelin 30-da Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnmiş qanlı hadisəylə bağlı başlanmış cinayət işinin istintaqı növbəti dəfə uzadılıb. Qanunda istintaq müddətinin bir neçə dəfə uzadılması yolveriləndir. Ancaq ekspertlər deyirlər ki, adətən Azərbaycanda o tip işlərin istintaqı uzadılır ki, ya iş peşəkarlıqla araşdırılmır, ya da istintaq işin tez açılmasında maraqlı olmur.

«ƏGƏR SƏRİŞTƏ VƏ PEŞƏKARLIQ VAR İDİSƏ…»


Müstəqil hüquqşünas Bəhruz Kərimli deyir ki, Neft Akademiyasında baş vermiş hadisənin üstündən 8 aydan çox vaxt keçir ki, bu müddət istintaqı yekunlaşdırmağa kifayət edərdi. Həm də bu elə bir hadisədir ki, onun haqqında ictimaiyyətə tez-tez və dolğun məlumat verilməlidir:

«Kifayət qədər vaxt olub. Əgər səriştə və peşəkarlıq var idisə, gərək indiyə qədər iş açılıb ortaya qoyulaydı. Ola bilsin ki, istintaq elə uzanıb gedəcək. Əgər cinayət açılıbsa, işi yekunlaşdırmaq lazımdır».

Bəhruz Kərimli deyir ki, bu işdə xüsusilə cinayəti törətmiş şəxsin - Fərda Qədirovun tək qatil olması, ya da cinayətin hansısa qüvvələr tərəfindən yaxşı planlaşdırılmış aksiya olması hələ də aydınlaşdırılmadığından çoxlu suallar yaranır.
Bəhruz Kərimli
Hüquqşünas deyir ki, həbs olunmuş 4 nəfərin işindəki yeniliklərlə bağlı ətraflı məlumat verilməməsi də sualları artırır.

«İSTİNTAQ YEKUNLAŞMAQ ÜZRƏDİR»


Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, istintaqın müddəti qanunvericiliyin tələblərinə görə uzadılıb. O həm də istintaqın yekunlaşmaq üzrə olduğunu da deyir:

«İstintaq müddəti uzadılıb və istintaq yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bu kifayət qədər dolğun, obyektiv məlumatdır, bununla da kifayətlənmək olar».

Eldar Sultanov işlə bağlı həbs olunan 4 nəfər haqqında isə dedi ki, onlar həbsdədirlər və işləri məhkəməyə veriləcək:

«İstintaqla bağlı yekun məlumatda hər şey ətraflı əks olunacaq».

«İSTİNTAQ ADƏTƏN ƏLAVƏ ARAŞDIRILMA TƏLƏB OLUNAN İŞLƏRDƏ UZADILIR»

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə deyir ki, istintaq adətən əlavə araşdırılma tələb olunan işlərdə uzadılır. Neft Akademiyasında baş verən hadisə də bu tip cinayətlərdəndir:

«İstintaqla bağlı yekun məlumatda hər şey ətraflı əks olunacaq»
«Araşdırmalı faktlar ortaya çıxırsa, məsələn, kimsə şübhəli şəxs qismində ortaya çıxır, ya da kiminsə həbsi vacib bilinirsə, əsaslandırılır və baş prokurorun təqdimatı ilə istintaq uzadılır».

Mahmud Hacıyevin fikrincə, bu cür işlərə adətən səriştəli müstəntiqlər cəlb olunur. O ki, qaldı məlumat qıtlığına, onun fikrincə, bu, işdə güc nazirliklərinin birgə işləməsiylə bağlı ola bilər.

Keçən il aprelin 30-da səhər saatlarında Neft Akademiyasının ikinci korpusuna girən Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri qətlə yetirib 13 nəfəri yaralayandan sonra özünü öldürmüşdü. Bundan sonra Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi açılmışdı. 4 nəfər həbs olunmuşdu. Onlardan heç birinin cinayət hadisəsində iştirak etməsi haqda məlumat verilməmişdi. Ancaq istintaq hesab edir ki, onlar Fərda Qədirovun niyyətindən xəbərdar olublar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ədalət Haradan: Sumqayıt
08.01.2010 18:36
Çox böyük ehtimal var ki, bu iş xüsusi xidmət orqanları tərəfindən təşkil olunub. Səbəbini Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında audit deportamentinin binasına daxil olmaq istəsəniz görərsiniz. Shibkarları boğaza yığmış vergi orqanının və digər inzibati orqanların biasında baş vermə ehtimalını aradan qaldırmaq üçün bu hadisə törədilib. Siz təsəvvür edin bu hadisə Vergilər Nazirliyində və ya Gömrük orqanında baş versəydi hadisə hansı səs küyə səbəb olardı.

Kimdən: Aydın Haradan: Bakı-Şəki
08.01.2010 18:33
Ötən il bir terrorçu, Bakının düz ortasında, məni öldürmək məqsədi ilə mənə qəflətən hücum etmişdi. Əvvəllər uzun saqqal saxlayırdı, gödək şalvar geyirdi. O əslən, Fərda ilə yerlidir. Biçağa oxşayan təriqət silahını (tiyəsinin ucu enli) 20 sm. arxadan və qabaqdan bədənimə sozmuşdu, xəstəxanaya çatanda 1 qr. qanım qalmamışdı. Yalnız möcüzə sayəsində sağ qadım. Amma terrorçuya qarşı xuliqanlıq maddəsi ilə iş qaldırdılar, dekabr ayının 10-da isə məhkəmə "qərara aldı ki" cinayətkar hadisəni törədərkən guya anlaqlı olmayıb, amma cinayətkar dəfələrlə məhkəmədə dedi ki ağlım başımda idi, yaxşı eləmişəm, yenə edəcəm. Bir zərər çəkmiş kimi imkan imkan vermədilər öz hüququmdan istifadə edim, nə istintaq materialları ilə tanış oldum, nə ittihamla, qərarı da 1 ay sonra göndərdilər ki apelyasiya şikayəti etməyim. Nə isə canini məsuluyyətdən azad edib 1 aylıq "xala-xətrin" müalicəyə göndərdilər. Mən indi hakim, dövlət ittihamçısı barədə xüsusi ittiham üzrə Vətənə xəyanət, terroçuları müdafiə etmək və s. iddialar irəli sürəcəyəm, amma əvvəlcə bu barədə öz qəzetimdə məlumat verdikdən sonra. Bel ki özüm 2 qəzet redaktoruyam.
Demək istəyirəm ki, bu əgər Fərda da sağ qalsa idi bunun kimi məsuliyyətdən azad ediləcəkdi. Çünki bu terrorçuların güclü dayaqları var.
Hə Sabunçu məhkəmə-tibbi ekpertlərinə də məktub yazacağam ki, adam öldürən şəxsə qarşı xuliqanlıq maddəsi ilə iş açan prokrorun da ağlını bir yoxlasınlar, yaxud cəmiyyət üçün xüsusi təhlikəli bir cinayətkarı, cinayət törədənə qədər ağlı başında olan, cinayət törədəndən sonra "dəli" hesab edilən adama 7 il iş əzəzinə 1 aylıq dəlixəna verərkən "anlaqlı" olub ya yox.
Cavab

Kimdən: Sebnem Haradan: Baki
09.01.2010 11:54
Ehhhhhhh,cenab Aydin,neyi qoyub neyi axtarirsiniz...........Hele bunlar baslangicdir.gorun daha neler-neler olacaq.