Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Dini icmaların qulağı səsdədir...

«Fatimeyi-Zəhra» məscidinin qapısında polis keşik çəkir

«Fatimeyi-Zəhra» məscidinin qapısında polis keşik çəkir

06.01.2010
«Açsın çiçəklər, səhra sevinsin,
Sökmə məscidi səhra sevinsin,
Vaz keç bu işdən,
Olma müqəssir...»

«Fatimeyi-Zəhra» məscidi icmasının rəhbəri Tofiq Rəsizadəyə zəng edənlər o telefonuna cavab verənə qədər bu musiqini eşidirlər. İcma rəhbəri deyir ki, bu musiqi məscidləri sökənlərə, bağlayanlara bir mesajdır. O ki qaldı, onun rəhbərlik etdiyi dini icmanın qeydiyyatı məsələsinə, qapısına polis qoyulan məscid icmasının gözü yolda, qulağı səsdədir. Dini İşlər üzrə Dövlət Komitəsindən cavab gözləyirlər:

«Qeydiyyat üçün sənədləri keçən aydan vermişik, ancaq bizə hələ bir məlumat verməyiblər. Soruşmuşam, deyiblər 400 sənəd verilib. Hələ araşdırırıq, sizinkinə hələ baxmamışıq».

«QEYDİYYATA ALSALAR DA, ALMASALAR DA FƏALİYYƏT GÖSTƏRƏCƏYİK»

Nigarançılıqla qeydə alınıb-alınmayacaqlarını gözləyən dini icmalardan biri də «Əbu Bəkr» məscidi icmasıdır. İcmanın rəhbəri Qamət Süleyman deyir ki, onlara da qeydiyyatla bağlı hələ bir şey deməyiblər:

«Qeydiyyatla bağlı bizə hələ heç nə deməyiblər. Qeydiyyata alsalar da, almasalar da fəaliyyət göstərəcəyik. Partiya deyilik, təşkilat deyilik.
Qamət Süleyman
Bizim fəaliyyətimiz namaz qılmaq, dini təbliğ eləməkdir. Ancaq bilirəm ki, qeydə almayacaqlar. Çünki sünni və sələfilərə qarşı hərəkat başlayıb, ölkədə dini azadlıq qorunmur. Kiminsə saqqalını qırxırlar, məscidləri bağlayırlar, sökürlər...»

Dini icmaların yenidən qeydiyyatdan keçmələri üçün sənədlərinin təqdim olunması müddəti yanvarın 1-də bitib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov deyir ki, yanvarın 1-ə qədər komitəyə 600-dən artıq icmanın sənədləri təqdim olunub. 120 dini icma isə qeydiyyatdan keçib. Digər 480 icma hələ qeydə alınmasa da, onların məsələsinə baxılır. Onların nə vaxt qeydə alınmasıyla bağlı vaxt məhdudiyyəti yoxdur. Bu bir il ərzində də ola bilər 2 ərzində də. Hansısa icmanın qeydə alınmasının imtinasıyla bağlı heç kimə heç nə deyilməyib.

O Kİ QALDI, «ƏBU-BƏKR» DİNİ İCMASINA

«Fatimeyi-Zəhra» icmasına gəldikdə, Gündüz İsmayılov deyir ki, onların sənədləri komitədədir və baxılacaq. O ki qaldı, «Əbu-Bəkr» dini icmasına:

Gündüz İsmayılov
««Əbu-Bəkr» dini icması yox, onların rəsmi adı Nərimanov rayon dindarlarıdır. Qanuna görə, islam təmayüllü dini icmalar sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə təqdim edirlər. Həmin idarə də onlara təqdimat verib o təqdimatla birlikdə dövlət komitəsinə göndərir. Bundan sonra qeydiyyat məsələsinə baxılır. Bizim onlara ya hə, ya yox deməyimiz üçün Nərimanov rayon dini icmasının sənədləri heç komitəyə daxil də olmayıb. Bizə daxil olmayan icmanın sənədləri haqqında heç nə deyə bilmərik».

Qanunda göstərilir ki, yanvarın 1-ə qədər komitəyə sənəd təqdim etməyən dini icmanın qeydiyyatı məhkəmə qaydasında ləğv edilə bilər. Gündüz İsmayılov deyir ki, «Əbu-Bəkr»in məhkəmə qaydasında ləğvinə gəldikdə, hələlik heç nə demək olmaz: «Bunu gələcək göstərəcək».

Qamət Süleyman deyir ki, onlar Qafqaz Müsəlmanları İdarəsinə təqdimat üçün müraciət etmişdilər: «Görünür ki, idarə sənədlərimizi komitəyə göndərməyib».

Dini İşlər üzrə Dövlət Komitəsi indiyə qədər xristian, yəhudi dini icmalarının da daxil olduğu 120 dini icmanı qeydə alıb. Onların çoxu müsəlman dini icmalarıdır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Azeri ovladi Şəhər: Azerbaycan
24.01.2010 14:59
Salamu aleykum veten ovladlari.Eyer sebr etsek Allah bizimle olacaq, chunki ^ Allah sebr edenlerledir ^. Kommunizm dovrunun dehsheti artiq tarixde qaldi. Elhemdulilleh. Indiki sixintilar kommunizm dovrunun mescidleri baglama ve sokme aksiyasina chatmaz.Sunnilere qarshi curbecur adlar altinta herekatin bashlanmasi goz qabaginda.
Allah mescidlerimizi uzumuze achsin. AMiN
Azerbaycanin selefi ovladi.

Kimdən: Xetai Şəhər: Azerbaycan
18.01.2010 02:38
Allah tezlikle mubarek mescidimizi qaytarsin. Dua edek*muselmanlar,Allah eshidendir,bu ishde eziyyet chekenkere Allah yardim olsun,evezini axiretde versin inshaAllah. xeyirlisi nedirse olsun

Kimdən: selefi891 Şəhər: baki
18.01.2010 01:59
2. Bəqərə('İnək') surəsi114 cü ayə
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır


Kimdən: Mahir Şəhər: baki
17.01.2010 23:44
bu gun bashimiza galanlar,avvalkilarin takraridir...baxin tarixa,magar fironun dovrunda ALLAHA ibadat edanlari sixmirdilar??? magar Isa peygambarin vaxtinda ALLAHA ibadat edanlari incitmirdilar??? magar...magar...magar...bu hamasha olub va olacaqdir, badbaxt sixilan va doyulan deyil...badbaxt muslmani sixan vuran ina aziyyat verandir...sixilan va vurulanoz savabii alir ... zulm edan isa oz casasini alacaq INSHALLAH, sabirli olun aziz musalmanlar, onsuzda kafirlar istasalarda istamasalarda ALLAH oz nurunu (islam dinini) tamamlayacaqdir...

Kimdən: Oxucu Şəhər: Baki
12.01.2010 10:13
Salam hormetli redaksiya. Men deferle fikir vermishem ki, sizin verdiyiniz melumatin sesli versiya yazili versiyasi ile bezi cumleleri duz gelmir, tehrif olunur. Bu ne ile baghlidir? Meselen: Yazmisiniz ki, Qamet Suleyman bu sozleri deyib: "Çünki sünni və sələfilərə qarşı hərəkat başlayıb ...". Amma sesli versiyasini qulaq asanda Qamet Suleman bu sozleri deyir: "Umumen sunni mezhebine qarshi hereketdir bu, birde xususen seleflere qarshi..." Yani Qamet Suleyman demek isteyir selef hereketi sunni mezhebindendir.
Hech olmasa oldughu kimi yazin, istediyiniz kimi yox.
Cavab

Kimdən: Insan Şəhər: Bu dunyadan
18.01.2010 10:02
Allah razi olsun, Oxucu qardas.Cox zaman ele bele sehvlerin ucbatindan,selefleri hansisa basqa bir firqeye aid edirler.Alhamdulillah,selefler ehli sunnedir.Ona gore mende redaksiyadan xahis edirem ki,bele islerde cox diqqetli olunlar,eger her hansi bir movzuya aid bir sey yazirsinizsa,o movzunu gozel bilmeli ve her hansi bir soz ve ya cumle tehrifi ne qeder zererli oldugunun mahiyyetini anlamalisiniz.
Hormetle: ehli sunne ve camaatdan birisi...

Kimdən: azer Şəhər: baki
07.01.2010 02:12
her sey goz onundedir.qanunuda deyisdirdiler ki,xususen sunnulere qarsi tezyiq gostersinler.butun simal bolgesinde ki mescidlerin demek olarki hamsini baglayiblar.men sexsen 96-ci ilden bu yana kimi bu yollarda olmusam mescidmizin"ucotdan"kecmesine gore.hemcinide basqa mescidin numayendeleri de bu problemi yasayibler. ele indide yasayiriq.dini idare icra uste gonderir icra sobeye gonderir sobe kendsovetine gonderir o sekil isteyir...bax bucur bizim huquqlarimizi pozurlar oyunlar cixardirlar.axirda bilirsizmi ne deyirler?deyirler biz sizi tutmaq istesek bes bizim elimizde ne delil olsun.bax bu bizim qulluqda oturan veten ovladlarimizin elediyi emeller.men azarbaycani evvelde indide Allaha qarsi cixan bir millet kimi gorurem.ona gorede dunyani 3-4 en zelil olkesinden biride bizik.bu da bizim cezamizdir.here bir sey behane etsede esil heqiqet beledir.

Kimdən: Salafi Şəhər: evden
07.01.2010 01:48
Hami gorur ne bash verir azerbaycanda , eger bu dovlet Mescidlere hucum edirse,Allahdan qorxmurlarsa, ta ne qaldi ki? Allah Mescdlerimizi Qorusun!

Kimdən: Xayal Şəhər: Baki
06.01.2010 19:40
Rusiya kilselerin berpasi ucun 2 milyard rubl ayirib.Amma biz camaatin tikdiyini ya sokuruk,ya da tikilmesine mane oluruq.Xalq mescidin tikilmesini isteyirse,xalqin secimine hormet etmek lazimdir.

Kimdən: Azad Şəhər: Bakı
06.01.2010 19:04
Bu xəbərin olduqca dəyərli və yerində olan bir musiqi parçası var. Bu İlahinin orijinalında belədir ki, "Açsın çiçəklər səhra sevinsin, sökmə məscidi Zəhra (s.ə) sevinsin". Allah razı olsun.