Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Bənənyarda dəhşətli şeylər baş verir»

Aşura Günü dekabrın 27-də qeyd olunub

Aşura Günü dekabrın 27-də qeyd olunub

06.01.2010
«Burda Pinoçet rejimi hökm sürür. Burda dəhşətli şeylər baş verir. Eşitsələr sizinlə danışırıq, dərimizə saman təpərlər». Bu sözləri AzadlıqRadiosunun suallarına cavab verən Culfa rayonunun Bənənyar kəndinin sakini deyib. Adının çəkilməsini istəməyən bu və digər sakinlərin sözlərinə görə, Aşura mərasimindən sonra polis zorakılığı kəndə qarşı geniş miqyaslı hücumla əvəzlənib.

HƏR ŞEY AŞURADAN BAŞLAYIB

Hər şey ondan başlayıb ki, Naxçıvan MR polisi kənddə keçirilən Aşura mərasimində dindarların hisslərini tam gücü ilə ifadə etməsini bir neçə nəfərin saxlanması və sorğu-sual edilməsi üçün əsas sayıb. Kənd sakinləri deyirlər ki, polis saxlanılanlara qarşı zor tətbiq edib. Onları çılpaq şəkildə soyuqda saxlayıb və təhqir edib. Saxlanılanlar arasında olan Kamal Əliyevin həyat yoldaşını və qızını da təhqir ediblər. Onun oğlu Yunis Əliyev polisin hərəkətlərinə etiraz əlaməti olaraq özünü yandırmaqla hədələyib və kənd sakinlərinin sözlərinə görə, polisin də «qoyun yandırsın» deməsindən sonra kibriti çəkib.

Ağır vəziyyətdə olduğu söylənən Yunis Əliyevin indi harda olması ilə bağlı təzadlı xəbərlər var. Bəzi kənd sakinləri AzadlıqRadiosuna deyiblər ki, Yunis Əliyevi müalicə üçün qaçaq yolla Təbrizə yola salıblar ki, orada müalicə oluna bilsin.

Lakin bununla məsələ bitməyib. Aşura mərasimindən 8 gün sonra kəndə Daxili Qoşun hissələri yeridilib.

«Yanvarın 5-i günorta saatlarından başlayaraq MR Daxili İşlər nazirinin şəxsən rəhbərliyi ilə 500-dən artıq Daxili Qoşunların və müxtəlif rayonların polisinin əməkdaşları kənddə hücum ediblər. Onlar qoca-uşaq demədən hamını döyüblər, evləri dağıdıblar». Bunları Azadlıq Radiosuna deyən AXCP Naxçıvan şöbəsinin sədri Asəf Quliyevin sözlərinə görə, polislər qarşılarına kim keçibsə, qadın, kişi deməyib həbs ediblər. Amma xüsusi olaraq axtardıqları da olub:

 
Bənənyar kəndi quş uçuşu yüksəkliyindən (Aşağı tərəfdə Əbrəqunus, yuxarıda Saltaq kəndləridir)

KƏNDƏ GEDƏN BÜTÜN YOLLAR BAĞLIDIR

«50 nəfər əli dəyənəkli polis əməkdaşı AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin evinə girib, ailə üzvlərin təhqir ediblər. Baxmayaraq Aşura günü onun oğulları kənddə olmayıb, onları da həbs ediblər. Daxili İşlər naziri 1 saat müddət qoyub ki, əgər Rza Nuriyev gəlməsə həyat yoldaşını aparacağıq, bundan sonra Rza Nuriyev polisə gedib».

Yanvarın 6-da axşam verilən məlumatlara görə, kəndə gedən bütün yollar bağlıdır. Bakıda müvəqqəti məsknlaşmış bənənyarlılar insidentdən sonra Ombudsman Aparatında olub, mediadan dərdlərinə çarə istəyib. Onların sözlərinə görə, Bənənyarda elə ailə yoxdur ki, orda həbs olunan olmasın.

Yanvarın 6-sı axşama qədər kəndə həbs olunan qadınların hamısı evə buraxılıb. Amma hələ də yüzə qədər adamıb harda olduğu bəlli deyil. Naxçıvan Daxili İşlər Nazirliyində insidentin baş vermədiyini, həbslərin keçirilmədiyini iddia edirlər.

Kəndə qayıdanlar bəzi məhbusların Böyükdüz təcridxanasında saxlandığını deyiblər. Amma təcridxananın rəisi Vilayət Hadıyev bunu inkar edib:

- Bənənyardan heç kim yoxdur burda.

«GEDİN NAXÇIVANDAN SORUŞUN»

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov suallara cavab vermək istəməyib. Deyib, «gedin Naxçıvandan soruşun». Ombudsman Aparatında məsələni araşdırmağa söz veriblər.

Bənənyar kəndində insanlar qorxu içində olduqlarını və telefonlarının dinlənildiyini deyirlər. Onların sözlərinə görə, əsgərlər hələ də kənddədir və məlumat verənlər daha çox təzyiqə məruz qalır.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı «İşdən Sonra» proqramında deyib ki, bu qədər adamın gecə vaxtı evindən oğurlanıb aparılmasını gizlətmək mümkün deyil:

- Hadisənin şahidləri var. Elə belə deyil ki?.

Səadət Bənənyarlı deyir ki, polisin gözü qarşısında kiminsə özünü yandırması və polisin buna mane olmaması dəhşətli bir haldır. O və digər hüquq müdafiəçiləri həm özünə qəsd həm də kəndə hücum və kütləvi həbslərlə bağlı Daxili İşlər naziri Ramil Usubovun qəbuluna yazılıblar. Ondan isə hələ xəbər yoxdur.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (11)
Kimdən: Sara Şəhər: Ingiltere
26.01.2010 23:39
Hakan Alkan - size bir sozum var - ozunuzu tovlamayin, Avropa ne sizden qorxur, ne de sizin dinden. Istediyi kimi sizi hara isteyir ora da surukleyir. Bir dunyanin qaynar noqtelerine nezer yetirin, gorun muharibe kimlerin olkesinde gedir, qirilan kimdir (yoxsa namaz qilmaqdan, azan chekmekden vaxtiniz yoxdur??). Dini bash taci etdiyiniz uchun de nurchular Turkiyeni ele gune getirib chixariblar ki, bu gun sabah Turkiye adinda dovlet olmayacaq (elbet ki umidvaram ki, bu onlarin ureyinde qalacaq). Azad insan hech bir menfur ideologiyani bash taci etmir. Din bir qrup insanin qalanlari uzerinde hakimiyyet arzusundan bashqa bir shey deyil.

Kimdən: Naıle Şəhər: Bakı
26.01.2010 11:32
HAKAN ALKAN , o qeder Avropani muselmanciliginizla qorxuzmusunuz ki, ona goredir Turkiyeni Avropa birliyine qebul etmirler .

Kimdən: Anar Şəhər: Anlamazlar olkesinden
26.01.2010 05:42
Birdefelik anlayaq - dini ayinleri nece kechirmek insanlarin ferdi ishidir ve dunyevi dovletde dovlet orqanlarinin bu ishe mudaxilesi YOLVERILMEZDIR! Kim nece ashura saxlayir yaxud saxlamir, kimin ne borcuna? Bu sirf inanc meselesidir ve bunun qaydalarini yalniz dini tesisatlar achiqlaya biler. Bizde din dovletden ayridirsa, onda hansi haqla dovlet insanlarin, vetendashlarin inanc haqqini bele kobud shekilde pozur? Insanlarin inanc meselesine ehtiram gostermek lazimdir. Beli, biz bilirik ki, Isa Mesih Allah olmayib. Amma xristianlar onu Allah sayir. Indi polis kilseye girib Isaya Allah deyenleri zopa ile ezishdirmelidi? Benenyardaki hadiseler dovletin dinc ehaliye qarshi, dine, inanca, meneviyata, azadliga, serbestliye, insan haqlarina qarshi cinayetidir. Bu cinayet yerde qalmayacaq, inshalla.

Kimdən: kamush
26.01.2010 04:46
birde ki mence maraqli fakt olar ki Azerbaycan dunyada az olkelerden biridir ki burda polisle vetendaw bir birine nifret eliyir..polislerin coxsu adi vaxtda cox yaxwi adamlardi...ama o forma var aaa onu geyen kimi adamliqdan cixillar

Kimdən: kamush
26.01.2010 04:44
AY camaat bu herenin oz iwidi..kim istiyir bawina xencer vurub partdadir kim istiyir zencir vurur..here ozune eliyir..bele weylerin men de terefdari deyilem..ama uje polisin onu tutmasi hede qorxu gelmesi tam bawqa weydi..bizde gunde bir mescidin sesini kesmeye caliwrlar ama hec bir kilsenin sesini kesmeye cehd de ede bilmirler..cunki xristian olkelerinnen neyi var qorxurlar

Kimdən: HAKAN ALKAN
26.01.2010 02:33
yazıkki yorumlarınızı okuduktan sonra kardeşlerim hakkında çokda fazla birşey bilmediğimi öğrendim. kutsal olan anlam yüklü olan bayraklarının anlamlarını bile bilmiyorlar ve ne üzücü ki islam karşıtı tavırlarla yorumlar yazıyorlar. şunu unutmayın kardeşlerim; osmanlı devleti bir islam ülkesiydi ve o bahsettiğiniz iranda olanların hiçbiri olmuyordu hatta meşrutiyeti meclisi bile vardo o günkü imkanlara rağmen. ve şunu da söylüyorum biz MÜSLÜMAN evlatlarız. TÜRK demek MÜSLÜMAN demek. bunu bütün avrupa biliyor sizde bilin. bizimde içimizde ki beyinleri yıkanmışlar gibi davranmayın. ve sizden tek bir ricam DİNİNİZİ BAŞ TACINIZ EDİN ONU KORUYUN DIŞLAMAYIN BİZ MÜSLÜMANIZ VE MÜSLÜMAN OLMAKTAN GRUR DUYUYORUZ.. HANDİKAPLARINIZI YENİN BİİZM MÜSLÜMAN OLMAMIZ DEMEK AVRUPANIN BİZDEN KORKMASI DEMEK BİİZM BÖLÜNMÜŞLÜĞÜMÜZ İSE DÜŞMANLARA YARAMASI DEMEK. VE SON BİRŞEY DAHA (şunu sakın unutmayın) cübbeli sarıklı parayla tutulmuş insanlar bilhassa cüpbe sarık takmış insanlar var. bunlar islamiyeti karalamak için müslüman görünümlü olup dini lekelemek için din örf ve adetlere aykırı takılan insnalar propogandaya gelmeyelim bizim isnanlarımız hemen aldanıyor. üsütümüzde binlerce oyun var unutmayın. avrupa dinini yaşıyor vatikanını yaşıyor bırakın bizde dinimizi yaşıyalım

Kimdən: Hesen
25.01.2010 21:11
Azerbaycan dunyavi olkedi ilsam olkesi deil birdefelik bunu gulaginizda sirga edin.Kim islam olkesinde yashamag isteyirse getsin Irana .100 sopa, elerin carcarpaz kesilmesi, dar acagi ,ayagina kendir dolayib kucede surumek, ve.s bunlara baxib ozune gelsin.

Yashasin Azerbaycan dunyavi olkesi Uraaa

Kimdən: ennas114 Şəhər: Bakı
21.01.2010 23:04
İslamda yas saxlamaq savadsızlıq və avamlıq əlamətidir. Bənəniyar kəndinin camaatına heç cür bəraət qazandırmaq mümkün deyil. Hələ avam camaatı coşduran başı sarıqlı mollaları demirəm. İslamda yas saxlamaq olsaydı, əhli-beytə deyil, Peyğəmbərimizə yas tutmaq vacib olardı. Yas saxlayıb, səs-küy salmaq, haray-həşir qoparmaq, sinə döymək, baş yarmaq, mərsiyə demək Allaha qarşı çıxmaqdır, Ona qarşı üsyan deməkdir. Yəni ki, canı verən də Allahdır, alan da. Bənəniyar kəndində keçirilən matəm mərasimi Allahın can almağına etiraz əlamətidir ki, bu da heç cür caiz deyil. Dövlətin camaatı ayıltmaq üçün, həmin kəndə qoşun yeritməyi tam yerindədir. Heç görübsünüz ki, bir kəndin camaatı elmi bir konfarns keçirəndə dövlət ora qoşun yeritsin. Heç görməyəcəksiniz də...Ayılın millətim...
Cavab

Kimdən: MrAskerov Şəhər: Baku
25.01.2010 12:08
Dini siyasətə siyasəti dinə qatmaq olmaz. Azerbaycan dünyavi dövlətdir.
Cavab

Kimdən: Azərbaycanlı Şəhər: Baki
25.01.2010 11:22
bu serhi yazan en azından(size deyirəm aylin) Azərbaycanlı deyil ta bela də olmaz insanları düzgün maarifləndirmək lazımdır İslamda yas saxlamaq günahdır tamam men seninle razıyam ancaq Azərbaycan millətinə qarşı qeyri qanuni və hitlerçi siyasət yürüdmek bax bu cox pis haldir agacı qurd içindən yeyər deyərlər indi bu aşura günü oldu qurtardı bes sonra bu camaatdan ne isteyirlər bes indi hansı sebebe göre bu sakinləri incidirler yena deyirem eger insan cahildirsə onu düz yola gətirməkzor tətbiq etməklə yox düzgün maarifləndirmək lazımdır mənə ela gəlir ki senin islamdan o qədərdə anlayışın yoxdur olsaydı bela anti Azərbaycanlı şerh yazmazdın islamda zorakılıq neca bəyənilirmi? əsla sən sadəcə olaraq Azərbaycanlı deyilsən
Cavab

Kimdən: джамил Şəhər: шахбуз р-н
23.01.2010 22:25
Аллаха маслахат олсайды имам Алинин адамларына гаршы чыханлары йеринда гурударды.Демали онлар еланчи елум газанмышдылар Аллахын янында ки елада елиблар инди онлары агламаг темболи 1500 ил буннан габаг олан хадисани мана ела гелир аввамчылыгды. ман баша душмурам танымадыгын миллати башга миллат олан кечмиш бир инсанлары неджа агламаг олар.
Cavab

Kimdən: KEMALE
24.01.2010 19:42
CEMIL DUZ DEYIRSEN ONLARI AQLAMAQ LAZIM DEYIL . IMAM HUSEYN BIR TARIX QOYUB GETDI AQLAMALI BIZIM KIMILERDI KI HELE OZ DILINDE DUZGUN DANISMAQIDA BACARMIRIQ
Cavab

Kimdən: KEMALE
23.01.2010 22:03
ENNAS BENENIYAR KENDINDE SENDEN COX COX AQILLI SAVADLI INSANLAR VAR. AQLINI OZUNE SAXLA. SEN VE SENIN KIMILER HELE BASA DUSMURSUNUZ KI QANUN EN ADI QATILE BELE ISGENCE VERMEYI QADAQAN EDIR . YA DA KI ELE BASA DUSE DUSE GUYA KI CAMAATI ALDADIRSINIZ...
Cavab

Kimdən: Moderator
24.01.2010 01:21
Xahiş edirik, təhqirlərə yol verməyəsiniz və kiçik reqistrli hərflərlə yazasınız...

Kimdən: anarxist Şəhər: Baki
20.01.2010 10:49
Bilirsiz, bizim en boyuk problemimiz odur ki, biz bilmirik kimin selahiyyeti ve ixtiyari nedir. Polis ele bilir ki, onun elediyi her bir shey qanunidi veYuxarida oturanin her emri vermeye ixtiyari var. Xeyr. Insanlarin soz azadliginin qarsisin almaq cinayetdir, rusvet almaq cinayetdir, hetta ogru ve quldur bele olsa adam doymek cinayetdir.
Cavab

Kimdən: KEMALE.
24.01.2010 19:36
MODERATOR NECE YAZACAQIMI OZUM BILEREM. SEN NIYE NARAHATSAN
Cavab

Kimdən: Moderator
25.01.2010 00:05
Böyük hərflərlə yazı böyük də yer tutur və qavrayışı çətinləşdirir.

Kimdən: Tagi Şəhər: Baki
18.01.2010 06:38
Iranin hemlelerine dovletimizden layiq olan addimdan basqa bir sey deyil!!!
Cavab

Kimdən: KEMALE
23.01.2010 22:04
TAQI GET OZUNU ALDAT
    Növbəti 
Səhifə (11)