Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 13:11

Verilişlər / Kontekst

«Eynulla Fətullayevə açılan yeni iş sifarişlidir»

Şriftin ölçüsünü dəyiş - +
- Biz həm Azərbaycan daxilində, həm xaricdə nə qədər imkanlar varsa hamısından istifadə etmişik və fəxrlə deyirdik ki, dünyada elə bir vacib struktur qalmayıb ki, Eynulla ilə bağlı öz münasibətini bildirməsin. Amma çox təəssüflər olsun ki, bunun nəticəsini görmürük.

Hüquq müdafiəçisi Arzu Abdullayeva belə deyir. O bildirir ki, Eynulla Fətullayevlə bağlı son hadisə bugünədək saxta ittihamlara qarşı işə salınan bütün mexanizmlərin təsirsiz olduğunu göstərdi.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru, hazırda həbsdə olan Eynulla Fətullayevə qarşı yeni cinayət işi qaldırılıb. Dekabrın 29-da Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0,223 qram heroin tapılıb. Fətullayev həmin maddənin kimə məxsus olduğunu bilmədiyini deyib.

Bütün bunlar Avropa Məhkəməsində Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrə olduğu bir vaxtda baş verib. Hüquqşünas İntiqam Əliyev deyir ki, Avropa Məhkəməsinin baş redaktorla bağlı qərarının pozitiv olacağı şübhə doğurmur. Hüquqşünasa görə, gözlənilən bu qərar jurnalistin digər ittihamlar üzrə də azadlığa buraxılması üçün əsas olmalıdır:

«AVROPA MƏHKƏMƏSİNİ MƏLUMATLANDIRMAQ LAZIMDIR»

- Mən hesab edirəm ki, narkotiklə bağlı işdə çoxlu qaranlıq məqamlar var. Amma indiki şəraitdə istintaqın nə dərəcədə obyektiv aparılması ilə bağlı bu ölkədə insan haqlarına yaxından bələd olan insan kimi şəxsən məndə çox ciddi şübhələr var. Düşünürəm ki, bu barədə Avropa Məhkəməsini məlumatlandırmaq lazımdır.

Baş redaktorun vəkili İsaxan Aşurov da yeni cinayət işi ilə bağlı Avropa Məhkəməsini məlumatlandıracağını deyir.

İntiqam Əliyev
Arzu Abdullayevanın sərdlik etdiyi İfadə Azadlığı Müdafiə Komitəsi isə Avropa Məhkəməsinə müraciət hazırlayır:

- Eynulla Fətullayevə qarşı açılan yeni iş Avropa Məhkəməsinin qərarı ərəfəsində təşkil olunmuş sifarişli işdir. Və biz xahiş edirik ki, bu iş onun birinci işinə əlavə olunsun, birgə baxılsın.

Hüquqşünas Fərhad Mehdiyev deyir ki, yerli instansiyalardan keçmədən işin Avropa Məhkəməsinə çıxarılması perspektivinə şübhə edir:

- Belə bir istək uğursuz alınacaq, çünki Avropa Məhkəməsinə müraciət etmək üçün hüquq pozuntusu ilə bağlı daxili instansiyalar keçilməlidir. Yəni narkotik maddə ilə bağlı ittiham daxili məhkəmələr tərəfindən işlənməlidir.

Amma Fərhad Mehdiyev də bu fikirdədir ki, Avropa Məhkəməsi Eynulla Fətullayevin işinə baxan zaman ona qarşı qaldırılmış yeni cinayət işini də nəzərə alacaq.

İNSAN HAQLARINI POZAN MƏMURLARI ÖLKƏLƏRİNİZƏ BURAXMAYIN!

Amma ümidlər təkcə Avropa Məhkəməsinə deyil. İfadə Azadlığını Müdafiə Komitəsi dünya dövlətlərinə müraciət edib, insan haqlarını pozan məmurları ölkələrinə buraxmamağa çağırır. Amma komitə üzvləri istəyir ki, viza problemi sadəcə şəxsi səfərlərə aid edilsin ki, dövlət maraqlarına ziyan dəyməsin.

Fərhad Mehdiyev
Amma siyahıda kimlərin adları olacaq, bu, hələ bəlli deyil. Arzu Abdullayeva deyir ki, Komitə bu məsələnin üzərində işləyəcək. O vaxta qədərsə:

– Beynəlxalq təşkilatla bizim komitə arasında dialoq başlayacaq.

Azadlıq Radiosunun «İşdən sonra» proqramında dinləyicilərin suallarına cavab verən Arzu Abdullayeva bu prosesin yaxın zamanda nəticə verəcəyinə ümidli olduğunu deyib:

- Dialoq artıq başlayıb.

- Nəticə verəcəkmi?

- Mütləq verəcək.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib. «Beynəlxalq Amnistiya» təşkilatı onu vicdan məhbusu elan edib.

Eynulla Fətullayevə qarşı narkotik maddə ilə bağlı yeni cinayət işi təsdiq olunarsa baş redaktoru daha 3 ilə qədər həbs gözləyir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: S
06.01.2010 15:11
Deyirəm sizin sayt olmasaydı Bu "Hüquq Müdafiəçiləri" harada boş boş çıxışlar edərdilər ))))

Kimdən: Elmeddin
05.01.2010 12:27
Ay camaat,axi size ne olub bele?Bu mecellenen yatan azdir beyem?Eynullanin harasi onlardan artiqdir?Bizim ucun hami eyni olmalidir.Eynullanin yazdiqlari teze bir sey idimi,yoxsa yazdiqlari neyise hell etdi?Bu cur insanlar ozleride bilmeden qerbin tesiri altina dusmus adamlardi.Bunlar bizi ancaq qerbin quluna cevirmeye xidmet edir.Vaxt gelecek goreceksiz.Qerb ozu her tinde bir "elQide"ci axtarirsa ozu qurdugu cirkinliyi "edaletli"sayirsa,bes onda bunu nuye bohtan sayir?Edaletin qurmaq yolunu duzgun tutmaq lazimdir.Daha kimise teblig etmek xatirine yox.BUTUN GUNAHSIZ MEHBUSLARA AZADLIQ.

Kimdən: Oguz Haradan: Baki
05.01.2010 11:57
Eynulla mafiyaya gosulanda bunlarin hamisini bilmeliydi
Cavab

Kimdən: Aynur Haradan: Baki
08.01.2010 15:11
Goresen Oguz bey Eynullanin mafiyaya qoshuldugunu haradan bilir? Yeqin ozu de hansisa mafiyanin uzvudur

Kimdən: Azad Haradan: Yaxından
05.01.2010 01:40
Ali Memedov seni min yaşa sizin kimi oğullara Azerbaycanımıza hava su kimi lazımdı sağ ol var ol yaşa uğurlar olsun .

Kimdən: Əli Məmmədov Haradan: İsveç Stokholm
05.01.2010 00:27
Əlbəttə, Eynulla Fətullayevə açılan yeni iş sifarişlidir. Bu sifarişin müəllifi isə İlham Əliyevdir. Hələlik Azərbaycanda ikinci elə bir şəxs yoxdur ki, sərbəst qərar vermə səlahiyyətinə və qabiliyyətinə malik olsun. Ələxsus da Eynulla Fətullayev haqqında. Ona görə ki indi Eynulla Fətullayev və digər jurnalistlərimiz haqqında çıxarılan bütün haqsız qərarları Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar diqqətlə izləjir. Hamıyə məlumdur ki, 6 il ərzində Azərbaycanda baş verən bütün qanunsuzluqların və haqsızlıqlarin məsuliyyəti səxsən İlham Əliyevə məxsusdur. Vəzifədə olan bütün məmurlarin əsas işi isə haram pul toplamaqdan ibarətdir. Onların heç birini maraqlandırmır, nə Azərbaycanın beynəlxalq imici, nə də xalqın güzaranı, təki haram pulları günü gündən çoxalsın. Sonra təklif verəndə də düxgün vermək lazımdır. Vəzifədə olanlar Azərbaycan xalqının mənfəəti üçün nə iş görürlər ki, İfadə Azadlığını Müdafiə Komitəsi sərt qərarın verilməsindən ehtiyat edirlər. Bu barədə düzgün və dolğun qərarı, 27 nayabrda Stokholmda yaşayan azərbaycan icması və isveç ictimaiyyəti nümayəndələrinin keçirdiyi birgə aksiyada biz vermişik. Keçirilən aksiyanın qətnaməsində qərara alınıb ki, indiki saxtakar və məsuliyyətsiz iqtidarın bütün vəzifıli səxslərinə Avropanın qapıları qapadılsın. Eyni zamanda onlarin Azərbaycan xalqından oğurladıqları və Avropa banklarında saxladıqlqri milyardların da dondurulması təklifi verilmişdir. Biz öz qərarımızda haqlıyıq. Bunu İlham Əliyev bir daha təsdiqlədi. Eynulla Fətullayev haqqındaki növbəti böhtanı ilə. Məhz bu səbəbdən Eynulla Fətullayevin yenidən şərlənməsi ilə əlaqədar biz öz qərarımızı Avropa Tışkilatlarına yenidən xatırladacağıq

Kimdən: Rasul Haradan: Baki
04.01.2010 21:43
Hemin muracietde Ilham Eliyevin adi salinib ve bildirilir ki, butun teqiblerin arxasinda o durur ve hemise danisilan "prezidentin pis etrafi var" fikri artiq istehza dogurur.

Kimdən: Cahangir Haradan: Baki
04.01.2010 19:56
Tebii ki, bu hadisenin kim terefinden sifaris olunmasi aydındir: «dünya siyasətçisi möhtərəm» İlham Əliyev cənabları...