Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Dəfn mərasimindən sonra Azərbaycanlıları həbs ediblər

Çingiz Bəxtavər dekabrın 27-də iş yerində ölmüş halda tapılıb

Çingiz Bəxtavər dekabrın 27-də iş yerində ölmüş halda tapılıb

31.12.2009
Dekabrın 29-da İranda dəfn mərasimində həbs olunan 20-dən artıq azərbaycanlı fəalın hara aparıldığı hələ də bəlli deyil.

Azadlıq Radiosu həbs olunmuş bir neçə fəalın ailəsi ilə əlaqə saxlayıb. Ailələrdən bildiriblər ki, onlara həbslərin səbəbi və həbs olunanların harada saxlanıldıqları barədə məlumat verilmir. Onların sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən təzyiq və təqib olunurlar.

İyirmiyə qədər fəal milli hərəkatın önəmli simalarından biri Çingiz Bəxtavərin dəfn mərasimində həbs edilib. Dekabrın 27-də iş yerində meyiti tapılan Bəxtavərin dəfn mərasimi mitinqə çevrilib və orada çıxış edənlər milli şüarlar səsləndiriblər.
(yazı videonun altında davam edir)



Təhlükəsizlik qüvvələri mərasimə toplaşanlara hücum edib.

Ağır bədən xəsarəti alanlar arasında Abbas Lisani də olub.

Çingiz Bəxtavərin oğlu Babək Bəxtavər AzadlıqRadiosuna bildirib ki, ailə üzvləri nəticəni əvvəlcədən nəzərə alaraq imkan daxilində ehtiyatla davranmağa, hər hansı bəyanat səsləndirməməyə üstünlük veriblər.

Onun sözlərinə görə, mərasim başa çatandan sonra fəallar Azərbaycan marşını və “Yaşasın Azərbaycan” şüarını səsləndirə-səsləndirə eyni qəbiristanlıqda dəfn olunmuş milli hərəkat fəalı Qulamrza Əmaninin qəbrini ziyarət ediblər. Qəbiristanlıqdan çıxarkən 50-dən artıq qarageyimli şəxslər tərəfindən döyülüblər və maşınlara mindirilərək naməlum istiqamətə aparılıblar.

Həbs olunmuş 20-dən artıq fəalın taleyindən xəbər yoxdur.

53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində tək növbədə olarkən vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingiz Bəxtavərin səhhətində heç bir şikayəti olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.

Ekspertizanın rəsmi rəyi 1 ay müddətinə veriləcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vətəndaş Şəhər: Bakı
03.01.2010 18:14
Tehrandan yazan Həsən! Niyə başa düşmək istəmirsiniz ki, Allahın hidayət verdiyi insanlar milli mənsubiyyətinə görə, dilinə görə başqalarını əzməz, zülm etməzlər? nə rasizm deyə qara-qışqırıq salmısınız? Eyni şeylə niyə İrandakı erməniləri ittiham etmirsiniz? 1 milyondan az İran ermənisinin 600 məktəbi var. Bəs 30 milyonluq xalqın? Qorxdunmu rəqəmdən? Yaxşı, 20 milyonluq olsun, bir az su iç, özünə gəl. Qorzma, azad olsam, mənə bu qədər zqülm etdiyinə baxmayaraq, sənə əl vurmayacam, çünki Allah artıq mənə hidayət verib, arzumdur ki, sizə də versin, hər insanın ana dilində danışmaq hüququnun olduğunu anlayasınız.
Cavab

Kimdən: frankfurtlu Şəhər: almaniya
04.01.2010 23:53
senin fikirinle tamami ile raziyam men özüm almaniyadayam bura gelen iranlilar derhal üzderin müselmanlardan döndeririler bele deye bileremki 85% bele görmüshem iranlilari, qaldki orda qalan azerilere onlarda isteseler taliban veya her hansi bir grup kimi grup yaradib azerbaycanli kimi yasha bilerler ve hüquqlarida olar,sadece iran hökümetine qarshi gruplashmalarda olan anti-iran yaranmalidir. Farslar özderi ermenilere xristianlara cox yardim edirler yeri gelendede yalandan basib baglayirlarki biz bele müselmaniq ele müselmaniq. Axi göz qabaginda hecne yoxdu. bir sözle menim fikirimce irana qarshi olmaliyiq.

Kimdən: Sara Şəhər: Ingiltere
02.01.2010 14:44
Guzey Azerbaycanda azadliqdan behs ederken bezilerimiz tez mescidlerin sokulmesini xatirladiriq. Hansi mescidler sokulur, bunu bilmek vacibdir. Axi tezelikde birini Buzovnada achdilar, Teze Pir mescidini temir etdiler, ve s.
30 ildir ki, Iranda mescidler tikilib azan verilir, gece-gunduz din tebligh olunur, amma hazirda insanlar bu tabudan yaxa qurtarmaq uchun canlarindan kechirler - bu bir. 2-cisi de odur ki, bu dini hakimiyyeti Irana Guney Azerbaycanlilar getirmeyib, bu shahi devirmek uchun bashqa olkelerde muhendislik edilmish bir sabotaj idi. Insanlar ise o zaman canlarini shahin zulmunden qurtarmaq uchun neye desen hazir olublar, amma bu dehshete yox. Xomeyninin hakimiyyete gelmesinin gunahini Azerbaycanlilarin boynuna yixan fars shovinistleri Iran adli coghrafiyada bash veren butun rezaleti Azerbaycanlilarin boynuna yixmaqla onlari gozuqapali etmek isteyirler.
Farslar neche vaxtdir ki, chalishirlar ki, Tebrizde milli feallar da onlara qoshulub yashillar herakatini desteklesin, amma buna nail ola bilmirler. Indi C Bextaveri oldurmekle, Abas Lisanini VE S. hebs etmekle buna nail olmaq isteyirler. YENE DE OZ CHIRKIN EMELLERINDE AZERBAYCAN XALQINDAN ISTIFADE ETMEK ISTEYIRLER.

Kimdən: Həsən Şəhər: Tehran
01.01.2010 11:27
Yeganə Allaha həmd olsun
Bir gurup səhv düşüncəlini "milli" fəal adlandırmaq qeyrətli İran azərilərini təhqir etməkdir. Rasistlərin düşüncəsi həmişə ziyanlı olub. Əsasən də savadsız insanları özlərinə cəlb edib camiəyə müşkül yaradırlar. Allah hamımızı hidayət etsin
Cavab

Kimdən: Qara Yusif Şəhər: Baki
02.01.2010 01:56
Allah size de sheref versin...
Cavab

Kimdən: Naıle Şəhər: Bakı
01.01.2010 21:40
Sizin kimi iranperestlere gore 35 milyonluq azeri milleti ezab cekerek, milli haqlari tapdalanaraq yasaya bilmez. Ne vaxtdan milli haqlari teleb etmek rasizm olub. Sizin yazinizdan gorunur ki, siz azeri deyilsiniz, azeri olan bir kes hec vaxt bu cur dusune bilmez.

Kimdən: Naıle Şəhər: Bakı
01.01.2010 07:50
Mence, Xetai Azerbaycandan ve Deniz Finlandiyadan , her ikiniz eyni isteyi yazmisiniz, Guney azerbaycanlilarinin musteqilliyi ugrunda mubarizesini alqislayirsiniz, ancaq bir-birinizi basa dusmursunuz, bizim belamiz bundadir ki, iki nefer ikisi de eyni bir seyi deyir, ancaq bir-biri ile anlasa bilmir.Quzey azerbaycanlilardan 5 defe cox olan Guney azerbaycanlilar oz mustegillikleri ve azadliqlari ugrunda mutleq mubarize aparib misteqilliklerini elan etmelidirler, sonra qalir iki hisseye bolunmus Azerbaycanin bir dovlet seklinde birlesmesi meselesi o da cetin bir prosses olacaq, bax onda biz guclu ola bilerik , indi ise parcalanmis Azerbaycan dusmenleri qarsisinda cox zeif ve cilizdir.Demek bizi cox cetin ve ciddi bir mubarize gozleyir , bu mubarizede olum de olacaq qan da. Azadliq ve istiqlal bosqabda milletlere verilmir,.

Kimdən: Xetai Şəhər: Azerbaycan
01.01.2010 01:49
Hometli Deniz !!! sizin eger melumatiniz varsa buyurun deyin gorek ,
siz bashsiz bedenin yashamasina ne cur baxirsiniz..???

Kimdən: Elbrus Şəhər: Baki
01.01.2010 01:21
Çox sevindirici haldır ki, Cənubda həmvətənlilərimiz mübarizlik ruhunu itirməyiblər. Neçə illərdir ki , represiyalara baxmayaraq Bizdən fərqli olaraq, öz hüqüqlarını tələb edirlər.
Şimali Azərbaycanda axırıncı çörəyimizi əlmizdən alırlar, məscidləri bağlayır və sökür, yerinə isə idman kompleks tikirlər. hüqüq müdafiəçilərimizi, həqiqəti yazan jurnalistləri qətlə yetirir , zindana salırlar. bizdən 3 dəfə az olan qorxaq ermənilər torpaqlarımızı əlmizdən alır oraları viran edir , azyaşlı uşaqlarımızı zorlayır bizi təhqir edir, biz isə susuruq. Bütün xalqın gözü qarşısında seçkiləri saxtalaşdırırlar biz isə elə münaasibət bəsləyirik , sanki bu bizə deyil Afrikaya aiddir. Camaata 100 manat maaş verirlər, qiymətlər dünya səviyyəsində . Biz isə susuruq!

Kimdən: deniz Şəhər: finlandiya
01.01.2010 01:18
Xetai, ne demek istediyini yeqin ozun anlayirsan. Gorunur ki, sen Guney Azerbaycandan tam melumatsiz birisen. Guney Azerbaican yalniz oz istiqlali ugrunda ve musteqil dovlet qurmaq uchun mubarize aparir.

Kimdən: ayaz Şəhər: DUblin
01.01.2010 01:00
yashasin azerbaijan yashasin Abass Lasani

Kimdən: Naıle Şəhər: Bakı
31.12.2009 23:55
Bes irandan olan bezi iranperest serhciler yazir ki, iran azerilerin yaratdigi dovletdr, orada azerileri hec kim incitmir.
Cavab

Kimdən: Xetai Şəhər: Azerbaycan
01.01.2010 00:19
Niye gore Iranda shahi deviren millet,Iran hakimiyyetini bu taxti taca otuzduran Azerbaycanlilar bu gunumuzde oz dovletinden narazidir ?
Bunun cavabi tek Guzey Azerbaycanlilar yox elecede Guney Azerbaycandada bilirler. bu gun Iran polisinin rəisi İsmail Həmidi Müqəddəm Azerbaycanlilari hedeleyir !!!
halbuki Ashura gununden beri hkimiyyet terefinden 38 Azerbaycanli oldurulub ve 2000 -den cox sodashlarimiz hepse atilib..
sual veren lazimdir ki bu hepsdeki qadinlari bu hakimiyyete ne tehlukesi ola biler ki , hakimiyyet numayendeleri olari bu zulume ducar edir.. meger Azadliq ve Firavanliq icinde yashamaqa olarin haqqi catmirmi ???...