Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:10

Xüsusi layihələr / İlin yekunları 2009

Nəticəsiz danışıqlar…

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Kişinyov, 8 oktyabr 2009
x
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Kişinyov, 8 oktyabr 2009
Şriftin ölçüsünü dəyiş - +
«Kişinyov danışıqlarına dünyada və bölgədə çox böyük maraq var idi. Çünki artıq hamıya bəllidir ki, danışıqlar son mərhələsindədir. Ancaq əfsuslar olsun ki, bu görüş nəticəsiz qaldı. Bunun da səbəbi Ermənistanın qeyri konstruktiv mövqe tutması oldu».

Bu prezident İlham Əliyevin 2009-cu ilin oktyabrında Ermənistan prezidenti Serj Sakisyanla Kişinyovdakı görüşündən sonra Azərbaycan televiziyasına müsahibəsindən idi. Kişinyovdan əvvəlki və sonrakı görüşlərdən sonra da hər iki ölkənin prezidenti nəticə əldə edilməməsinə görə bir birini suçladı.

ƏLİYEV VƏ SARKİSYAN 2009-CU İLDƏ 6 DƏFƏ GÖRÜŞDÜLƏR

2009-cu ildə prezidentlərin birinci görüşü. Sankt-Peterburq, 5 yanvar 2009
Ümumilikdə isə Əliyev və Sarkisyan 2009-cu ildə 6 dəfə görüşdülər. Azərbaycan və Ermənistan prezidentlərinin ilin əvvəlində Davosda start götürən görüşləri Praqa, Sakt-Peterburq, Moskva və Kişinyovdan keçməklə Münhendə yekunlaşdı. Əlbəttə ki, konkret nəticə olmadan…

Və nəhayət İlham Əliyev dekabrın 24-də Xırdalan qəsəbəsində İkinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı zamanı dedi ki, «əfsuslar olsun ki, böyük ümidlər bəslənilən 2009 da Qarabağ münaqişəsinin həllində həlledici il olmadı». Yəni, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə.

PARLAMENTDƏ MÜZAKİRƏLƏRƏ ALINMADI

Sözsüz ki, bu prezidentlər səviyyəsində ortada olan nəticəsizlik idi. Azərbaycan parlamentində bəzi deputatlar bu il də Dağlıq Qarabağ danışıqlarının nə yerdə olmasını məclisin müzakirəsinə çıxartdıra bilmədilər. Dönə-dönə təkid etsələr də. Deputat İqbal Ağazadə:

«Hesab edirəm ki, Milli Məclis təcili olaraq Qarabağ məsələsini qapılı iclasda da olsa müzakirə etməlidir. Səlahiyyətli orqanlar bu barədə məclisə hesabat verməlidirlər».

Deputatın təklifi kimi parlament rəhbərliyinin də cavabı əvvəlki illərdəkinin təkrarı oldu. Spiker Oqtay Əsədov dedi ki, bu məsələ ilə dövlət başçısı və XİN məşğul olur. Özləri də ictimaiyyəti vaxtlı vaxtında məlumatlandırırlar.

XİN rəhbəri Elmar Məmmədyarovun isə ona deputatların istəyini çatdıran AzadlıqRadiosuna cavabı belə oldu:

«Nə isə irəliləyiş olsa əlbəttə ki, böyük məmnuniyyətlə gedib parlamentdə lap açıq iclasda elan edərdim. Amma bundan ötrü danışıqların nəticcəsi olmalıdır. Nəticə isə yoxdur».

TÜRKİYƏYƏ HÜCUM

Türkiyə baş nazirinin Azərbaycan parlamentində çıxışı. 13 may 2009
Amma bütün bunlar o demək deyil ki, parlamentin iclaslarında Qarabağdan heç danışılmadı. Məsələn ilin ən çox mübahisə yaradan hadisələrindən biri - Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Ankara Yerevan görüşlərinin məclisdə müzakirəsi fonunda Qarabağdan da danışıldı. Hakim YAP-dan olan və iqtidar yönlü deputatlar Türkiyə ilə Ermənistan arasında əməkdaşlığa və sərhədlərin açılmasına yol açan protokolların Dağlıq Qarabağ problemi həll olunmadan imzalanmasına görə Ankarandan xeyli narazılıq etdilər. Müxalifətdən olan bəzi deputatlar o cümlədən Cəmil Həsənli bunu Türkiyəyə hücum kimi dəyərləndirdi.

Bu cür dəyərləndirmə ilə razılaşmayan vitse-spiker Bahar Muradova isə incikliyin səbəbini belə izah etdi:

«Biz narahatıq. Biz sərhədlərin açılmasının Qarabağ probleminin həllindən əvvələ təsadüf etməsini qəbul etmirik. Və bunu da ictimaiyyətin diqqətinə çatdırırıq. Atalar demişkən, uman yerdən küsərlər».

ƏRDOĞAN MEDVEDEVLƏ, OBAMA İLƏ QARABAĞDAN DANIŞDI

Bir sözlə böyük dövlətlərin guya regionda sülhü bərqərar etmək üçün Türkiyə ilə Ermənistanı yaxınlaşdırmaq cəhdi az qala Azərbaycanla Türkiyəni düşmən edəcəkdi. İş o yerə çatdı ki, Türkiyənin Bakının Şəhidlər xiyabanındakı bayraqları endirildi. Sarkisyanla Gülün Yerevanda və Bursada birlikdə futbola tamaşa etmələrinin fəsadını aradan qaldırmaq üçün demək olar ki, Türkiyənin bütün rəsmiləri bir-birinin ardınca bəyanat verib dedilər ki, Ankara Dağlıq Qarabağ problemi həll olunmadan heç bir addım atmayacaq.

Bununla belə 2009-cu ildə Dağlıq Qarabağ məsələsində Türkiyə kifayət qədər fəallıq göstərdi. Baş nazir Ərdoğan Soçidə Dmitri Medvedevlə, Vaşinqtonda isə Barak Obama ilə Qarabağdan danışdı.

QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ RUSİYA AMİLİ

Dağlıq Qarabağ məsələsində əvvəlki illərlə müqayisədə bu il Rusiyanın da fəallığı hiss olundu
Dağlıq Qarabağ məsələsində əvvəlki illərlə müqayisədə bu il Rusiyanın da fəallığı hiss olundu. Regionun bəzi siyasi ekspertləri hətta Rusiyanın da Qərb kimi problemin tezliklə həllində maraqlı olduğunu düşündülər. Politoloq Rasim Musabəyov bu barədə fikrini belə əsaslandırdı.

«İndiki danışıqlar nəticə verməsə ən azı çox ciddi silahlanma baş verəcək və hərbi ehtimallar arta bilər. düşünürəm ki, bu nə Qərbin nə də Rusiyanın maraqlarına uyğun deyil. belə olan halda ermənilərin iddialarını hansısa bir çərçivəyə salmaq üçün onların əlində kifayət qədər imkanlar var».

Qarabağ probleminin həllində Rusiya amilinə önəm verilməsi məsələsi parlamentdə də bir neçə dəfə səsləndi.

Deputat Qüdrət Həsənquliyev bundan ötrü hətta Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini də mümkün saydı:

«Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə, hətta Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv də ola bilər. Azərbaycan Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirə, sərhədləri də birgə qoruya bilər. Təki Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanısın və Ermənistana bu istiqamətdə təzyiq göstərsin».

2009-cu ildə Rusiya və Azərbaycan prezidentlərinin bir neçə dəfə görüşməsi də Moskva mövzusunun il boyu gündəmdən düşməməsinə təsir edən amillərdən idi. Dövlət başçılarının sonuncu belə görüşü noyabrda Rusiyanın Ulyanovsk şəhərində körpünün açılışında oldu və onlar yenə də Qarabağdan danışdılar.

«MEDVEDEV BU MƏSƏLƏYƏ ŞƏXSƏN ÇOX BÖYÜK ƏHƏMİYYƏT VERİR»

Rusiya Dövlət Dumasının vitse-spikeri Svetlana Arlova isə Bakıda Milli Məclisdəki çıxışı zamanı həmin görüşü xatırladaraq prezident Dmitri Medvedevin bu məsələyə xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi.

Bu il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri dəyişildi
«Bu gün ləng də olsa Qarabağ məsələsinin həlli irəli aparılır. Və siz bilirsiniz ki, prezident Dmitri Anatoliyeviç Medvedev bu məsələyə şəxsən çox böyük əhəmiyyət verir. Bu mövzuda xeyli görüşlər keçirildiyini də bilirsiniz. Ancaq ATƏT-in Minsk qruppu var və o işləyir. Müzakirələr davam edir».

Arlova demişkən, Minsk qrupu həqiqətən bu il də işlədi. Ancaq onun nə işi, nə də bəyanatları 2008-ci ildənkindən o qədər də fərqlənmədi. Yəni il ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri prezidentlərin görüşünə hazırlıq xarakteri daşıdığı kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu görüşlərin təşkilatçılığından başqa bir şey olmayıb. Bəyanatlara gəlincə, həmsədrlər prezidentlərin hər görüşündən sonra, eləcə də özlərinin regiona səfərləri zamanı prosesin ya hansısa razılaşmanın, ya da çərçivə sazişinin imzalanaması ərəfəsində olduğunu dedilər. Minsk qrupu ilə bağlı bu ilki yenilik yalnız o oldu ki, ilin ikinci yarısı – sentyabr ayında qrupda amerikalı həmsədr Metyu Brayzanı həmyerlisi Robert Bradge əvəzlədi. Təxminən buna oxşar başqa bir yenilik isə Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbər seçilməsi oldu. Mərhum Nizami Bəhmənovdan sonra bir müddət boş qalan bu vəzifə 1992-ci ildən fəaliyyət göstərən icmanın 2009-cu ilin iyul ayında keçirilən ilk qurultayında Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərova həvalə edildi.

«İcma Dağlıq Qarabağdan və işğal olunmuş digər ərazilərdən didərgin düşmüş əhalinin öz yurdlarına qayıtması, Azərbaycanın ərazi bütövlüyü uğrunda var qüvvəsi ilə çalışacaq»

Dağıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə deyir.

ABŞ-IN YARDIMI AZƏRBAYCANIN REAKSİYASI

ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı 8 milyon dollarlıq yardım Azərbaycanda əməlli-başlı reaksiya doğurdu
Dağlıq Qarabağın erməni icması isə bu il də danışıqlar prosesinə tərəf kimi qatılmaq arzusunu gerçəkləşdirə bilmədi. Amma ABŞ-ın onlara ayırdığı 8 milyon dollarlıq yardım Azərbaycanda əməlli-başlı reaksiya doğurdu. Prezident Administrasiyasından bu barədə səslənən fikirlər az sonra parlamentdə rəsmi müraciətə çevrilib ABŞ Konqresinə ünvanlandı. Deputatlar sözügedən yardımı separatçılığa dəstək kimi dəyərləndirilir, prezident Obamanın işə qarışmasını zəruri hesab edilirdi. Layihəni deputatların diqqətinə YAP-dən olan millət vəkili Musa Quliyev çatdırdı:

«Biz ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ prezidenti Barak Obama özünün «veto» hüququndan istifadə edərək Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılmasına Mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaq».

ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü Terri Devinson isə həmin 8 milyonun Dağıq Qarabağdakı əhali üçün nəzərdə tutulan humanitar yardım olduğunu bildirdi.

XALQ DİPLOMATİYASI

Azərbaycan ziyalılarının Ermənistan prezidenti ilə görüşü. Yerevan, 3 iyul 2009
İl boyu Bakı, Yerevan və Moskva yenə də bir neçə dəfə xalq diplomatiyasını hərəkətə gətirmək Adı ilə səfirlərin və ziyalıların qarşılıqlı səfərlərini təşkil etdilər. Amma bütün bu siyasi və qeyri siyasi, rəsmi və qeyri rəsmi səfərlər, görüşlər, bəyanatlar ABŞ-ın iyul ayında açıqladığı baza prinsiplərinin birinin də gerçəkləşməsinə zəmin yarada biləcək hansısa sənədin imzalanmasına kömək etmədi. Yəni nə əvvəl 5, sonra 2 rayonun azad edilməsi, nə məcburi köçkünlərin öz yerlərinə qayıtması, nə də Dağlıq Qarabağın statusunun necə müəyyənləşəcəyi barədə heç bir kağıza imza atılmadı.

Beləliklə də Azərbaycan və Ermənistan prezidentləri öz xalqlarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair heç bir rəsmi sənəd təqdim etmədən 2010-cu ilə keçirlər.

Prezident İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində deyib ki, gələn il Ermənistan mövqeyində konstruktivlik göstərsə, danışıqlarda irəliləyiş ola bilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Abdulla Shaiq
05.01.2010 12:43
Bu munaqisenin bir hel yolu var MUHARIBE (asanda olsa cetinde). Neticede Qarabagin kimin olmasi qanunilesecek. Artiq dunya siyaseti praktikasinda tarix medeniyyet milli menevi deyerler prizmasindan munaqiselerin helli onemli deyil. Silahini gotur get torpagini al. Gorek bizim iktidar ne edecek. Ya Torpaq Ya ISTEFA
Cavab

Kimdən: frankfurtlu Haradan: almaniya
06.01.2010 02:51
basqa yolu yoxdu ya udacayiq uduzsaqda bir defelik sakit duraq.qarabagida unutamq biz 10 mio yaxin ehaliyik amma ermenistan 1,8 mio ehali var bunlarin yeyerikkkkkkk sümükle qarishiq.silahsizda olsa.

Kimdən: frankfurtlu Haradan: almaniya
03.01.2010 19:16
Guya ele danishirsizki basqa prezident gelse nese eleyecek ancaq ve ancaq kim gelse müharibe ile ala biler.hammiya melumdurki I.Aliyev nece prezidentz olub ve H.Aliyev ne edib bu hec melum meseledir diktatur.
amma ki ilham aliyev son 7ilde azerbaycani yüksek seviyyede inkishaf eletdirib.amma ki artiq yeter inkishafimiz var büccede yeterince mebleger var.Esgerlerimizde deyilene göre 100% müharibeye hazirdi amma millet gene qorxurki 1992 hadiseleri gene tekrarlana biler.gene torpag biznesi ola biler.
AZERBAYCAN milletinin adindan deyirem ve äminemki bütün xalqda menim fikirimle razi olar.
YETER ARTIQ CENAB PREZIDENT TORPAGLARI GERI AL NE YOLU ILE OLUR OLSUN: yeter artiq ya qarabag ya ölümmmmmmm

Kimdən: Färhad Haradan: bonn
03.01.2010 01:58
Ilk öncä yazida sähvlärimä görä üzr diläräm. Garabag vä ätraf Äraziläri düschmändän Azad etmäk mümkündür , zamani 6 aydan 12 ay müddätinä.yolu 1-ci pul bu Azärbaycanda var , 2-ci ordu Güvväsi o da var. bu günkü ordunu demiräm . Proffesional ordudan danischiram bunu Azärbaycanda gurmag ,tez bir zamanda , mümkündür pul hesabina . än yüksäk säwiyyädä maddi täminati tämin etmäk , Äsgär vä Zabitläri , Garabag müharibäsi yarandigi zaman , Azärbaycan televizorunda vä KIV-dä tez-tez belä fikirlär vä ya intervülär yailirdi ki SSSr-i dövründä bizim Gäncläri ,,Stroibatlara,, vä ya baschga bu yönlü ordu hissälärinä xidmätä göndäriblär ki bizim Gänclär vuruscha biläcäk orduda olmasinlar . Yalan fikirlärdir .Män SOV.ordusunda xidmät etmischäm , Döyüsch Gabiliyyätli orduda vä cox yüksäk Gabiliyyäti olan Azeri Gänclärlä bärabär o cümlädän äksäriyyäti Garabag vä ätraf Rayonlardan , hämcinin Naxcivandan. Täässüff ediräm bu gün onlar artig orta yascha catiblar.Män bir Azeri vätändaschi kimi necä illärdi ki baschim aschagi ,alcaldilmisch kimi ,,yaschayiram". Nä gädär ki biz proffesional ordu Gurmasag vä hec olmazsa bir däfä düschmänä Hücum edib gücümüzü görsätmäsäk ,biz banan bir ,,dövlät"in vätändaschi olarag sürünäcäyik. män dä Sülhün täräfdariyam, mändä bu Böyük problemin sülh yolu ilä hällinin täräfdari idim. Amma bugünkü hägigät budurki biz ordu gurub Hücum edib, Gan töküb Vätäni bu Bäladan Azad etmäliyik.Bir cox särhläri oxuyanda dähschät bürüyür mäni ki niyä biz Türkiyädän vä ya baschga bir dövlätdän yardim ,bu vä ya digär schäkildä, gözlämäli .. ummaliyig ? Kim bu gün söyläyirsä Gonschu Gürcü vä Rusiya problemini näzärä alarag , müharibä edä bilmärik , yalan vä gorxaglig vä ya öz väzifäsini itirmämäk mänafeyini güdür.Bir daha Garabagi Azad etmäyin yolu barädä öz fikirlärimi gisa olarag bildirdim. Inanin yeganä Yol, Prof... ordu Yüksäk maddi täminati olmasi schärti ilä. 1- ilä ordu yaratmag vä Vätäni bu bäladan gurtarmag olar. Vätän ugrunda ,ölmäk yox , ganindan-canindan kecmäk yox , Vätänin Azadligi Yolunda düschmäni mähvetmäk gäräkdir

Kimdən: azira Haradan: paris
02.01.2010 22:50
ilham aliyev butun azerbaycan milatini cibina qoyub hansi devletda 1 prizdent 5
ildan artiq istiyir sovet hokumetinda brejinev 18 il prezident isleyib 1993 den
2003 ila kimi h.aliyev azerbaycanin prizdenti olub h.aliyevin olumunan sonra
hansisa saxtalasmaynan i.aliyev azerbaycana atasinin yerina prizdentliya galib
ay camat bu neça ilarda aliyevlar basinin koleqinan beraber azerbaycanda hansi iralayis aparib aliyevlar bakida tikinti aparmaqimi iralayis sayirlar o tikinti aparmaqlarinda onlar ozlarina pul qazanirlar ona gorada evlarin qiyme
ti qani qiymetinadir.mileti çox sixistirirlar devletde cidi sohretperezlik var
bu hakimiyet niya yol vermir azebaycanin o qeder savadli prizdentliya yarasan oqulari var yeqinki prizdent deyise azerbaycanda çox seyler deyiser
ilham aliyev rus peresdir azerbaycani rusa dondarir ilham aliyev omru boyu
azerbaycanda prizdent isleseda qarabaq helini qurtaran deyil onlar ancaq
azerbaycanin qazi nefti hundur bina tikmakla ozlarini varandirir yaziq olkada
yasiyan kasib kusubun gununa....................

Kimdən: CAVID Haradan: TERTER
01.01.2010 03:57
Bu Qarabaq meselesi Eynullani,Qenimeti tutmaq deyil ha Aliyev ucun asan ola.Bu ish xususi bacariq, istedad teleb edir ki, o da yoxdu.Yoxdan allah da bezib,deyirler.Demeli ,bizim ish allaha da qalmayib.6 reqminde de deyirler sheytanin barmaqi var,onda belke bu il 7 defe gorushsunler .7 reqemi musurmana dusherlidi deyirler.Lanet sheytana,bashbilenlerimiz bezdarni olanda bashlayirsan falciliqa.Deyirem sabah gedim qonshuluqdaki falci arvadin yanina ,gorek strateji proqnozu nece olacaq?O da babat pul isteyecek,pul da yox.Dedim axi yoxdan da allah da ,bende de bezib.Dmeli bu ish bizlik deyil...

Kimdən: Adil Haradan: Almaniya
31.12.2009 19:50
6 yox 66 defe de kechirilse bele gorush neticesiz qalacaq Qarabagh.Cenab I.Eliyeve 2010 da xalqi harin memurlardan uzaq tutmaghi arzu ederdim

Kimdən: Musteqil Haradan: Baki
31.12.2009 18:27
Ellbetde danishiqlar neticesiz olar.Men sexsen Sarkisiyanla bir defe görushseydim, Sarkisiyani basha salardim torpaglari nece geri qaytarmaq olar. Atalar burda deyib, ölunu öz bashina buraxsan özunu bulayar.

Kimdən: Kerbalayi Haradan: SUSHA
31.12.2009 17:41
Bu gun ki, yapci hakimiyyet hele de ozunde cesaret tapib deye bilmir ki,ishqal olunmush torpaqlar Qarabaq russiyanin eliyle ishqal olunub .Shexsen menim yadima gelirdi rehmetliy Elcibeyin vaxtinda Azerbaycan hakimiyyetine ruslar deyirdiler SNQ -ye girin yoxsa sizin rayonuzun biri gedecek ve belede olurdu bizim bir rayonumuz ruslarin eli ile ishqal olunurdu.Elcibey hakimiyyeti Azerbaycan torpaqlari uqrunda rus ermeni qoshunlarina qarshi hec bir tercubesi olmayan Azerbaycan milli ordusu ile vurushurdu.Azerbaycanda xalq cehbesin sixisdiran rus aqentleri heyder aliyevi hakimiyyete getirib oz arzularina catdilar.Bu gun ruslarin eliyle toredilen Xodjali soyqirmini yaddan cixardan yapcilar yalandan Qarabaq ciqirmaqla Azerbaycani rus imperiyasinin kolesine cevirmek isteyirler.Chox vaxt eshidirsen yapci hakimiyyetden eyer Qarabaq danishiqlari bash tutmasa muharibe olacaq? sual vermek isterdim eyer muharibe olarasa kim bize komek edecek? Belke muselman olkeleri?axi siz muselman yolu ile getmirsiz, ALLAHIN evini mescidleri sokursuz.Belke qardash Turkiye?buna da inanmiram siz TURKIYENIN inamini qazanmayibsiz, mene ele gelir ki daha chox siz ruslashmish rus agentlerine oxshayirsiz.Deyirem bele getse Bakida 20 ilden sonra oz dilimizde turk- azerbaycanca danishan adamlari lampa ishiqinda axtaracaqiq,ona gore ki ,yapcilar Bakini ruslashmis shere donderirler.Deyirem belke size gore azerbaycan mileti vurushacaq ?axi onlarin da 3 millonu corek daliyca vetenden didergin dushub.Butun bunlari nezere alib fikirleshirsen, yene de hemishe ki kimi, yapci hakimiyyet dushunulmemish uzaq gormeyen addim atib, Azerbaycani ucuruma aparir.Birce bunu demek isterdim , eyer Azerbaycanda ateshkes kesilen gunden ,bu gune kimi, hakimiyyetde dinine diline torpaqa hormet eden hakimiyyet olsaydi ,Azerbaycan ordusu bu gun dunyada tehniki ve canli cehetden dunyada en guclu bir ordu olardi.
Cavab

Kimdən: izzet
01.01.2010 09:58
Tamamen katiliyorum..Birsey daha eklemek istiyorum..Turkiyenin yüzlerce yillik askeri gelenegi var..Turkiyeden komutan uzmanlar alınıp AZeri ordusu egitilebilir heran harbe hazır hale getirilebilinirdi...Ama bu yapılmadı..
Simdi Aliyev buradan tehdit ediyor Ermeniler diger taraftan guluyor..
Bu arada bu yakınlarda Ermeni keskin nisancilarinin kursunuyla olen AZeri gencinin ailesinin ve tum Azerbaycanın basi sagolsun...

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
31.12.2009 14:12
İktidar sahiblerini Qarabağ yox,başqa işler maraqlandırır.Cenab Elmar Memmedyarov danışıqların neticesi yoxdursa görüşende neyi müzakire edirsiz. 15-il bes elemedimi.