Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Son 10 ilin dünya gözəli müəyyənləşdi

30.12.2009
Hollivud aktrisası Ancelina Coli dünya üzrə «son on ilin gözəllik simvolu» élan olunub.

Sorğunu Böyük Britaniyanın sağlamlıq və kosmetika satışı üzrə ixtisaslaşmış ikinci ən böyük şirkəti «Superdrug» şirkəti 3 min respondent arasında keçirib. Şirkətin 905 mağazası Britaniyada hər həftə dörd milyon yarım müştəriyə xidmət göstərir.

QABARIQ DODAQLARI, GUR SAÇLARI VƏ GÜCLÜ XARAKTERİ

Colinin cəzbedici qabarıq dodaqları, gur saçları və güclü xarakteri onu obrazlı desək, bütün dünya qadınlarının rəqibinə çevirib.

Bu siyahıda ikinci yerdə Ancelina Colinin hazırkı həyat yoldaşı Bred Pitin əvvəlki arvadı Cennifer Aniston gəlir.

«Superdrug»ın kommersiya direktoru Stiv Jebson deyib ki, Coli ənənəvi gözəl deyil, amma güclü xarakteri onun heyrətamiz xüsusiyyətlərinin üzərindən parlayır, ona dünya gözəllik aləmində nadir mövqe bəxş edir:

«Hər kəs Colinin qabarıq və cəzbedici dodaqlarından danışır. Amma biz müəyyənləşdirdik ki, Britaniya qadınlarını Colinin rəqibinə çevirən onun uzun, gur, parlaq saçları və şahanə bədən fiqurasıdır».

«Superdrug»ın siyahısında üçüncü yerdə müğənni Kayli Minouq gəlir, dördüncü yeri isə uelsli aktrisa Katrin Zeta Cons tutub.

FUTBOLÇUNUN XANIMI 5-Cİ YERDƏ

Britaniya müğənnisi Çeril Koul siyahıda beşinci yerdədir. Koul «Çelsi» klubunun oyunçusu Eşli Koulun həyat yoldaşı, «Girls Aloud» – qızlardan ibarət mahnı qrupunun üzvüdür.

Aktrisa Skarlet Yohanson siyahıda altıncıdır, Yohansondan sonra Kira Naytli gəlir.

Sorğunun nəticələrinə görə, səkkizinci yeri Amerika superstarı Biyons, doqquzuncunu aktrisa Liv Teylr qazanıb.

Oskar mükafatı laureatı aktrisa Holli Berri birinci onluğa möhür vurub.

Növbəti onluğa düşən gözəllər arasında «Titanik» filminin ulduzu Keyt Uinsletin, «Transformer» trillerindən tanınan Megan Foxun və «This Morning» teleproqramının aparıcısı Holli Uillobinin adları var.

«Superdrug» bu sorğunu üçüncü dəfədir ki, keçirir. Əvvəlki illərdə «Gözəllik ikonası» adına Çeril Koul və Kera Naytli layiq görülmüşdülər.

Bu, dünya üzrə «Superdrug»ın müəyyənləşdirdiyi gözəllərin siyahısı idi. Bəs siz Azərbaycan gözəllərinin ilk beşliyinə kimlərin adını daxil edərdiniz? Şərh edin!

Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Fuad Aziz Şəhər: UAE (Abu Dhabi)
02.01.2010 14:24
Reqsane bunlardan gozeldirki..

Kimdən: Kamal
01.01.2010 20:12
Angelina Jolie amerikansayagi gozellik tecessumu ola biler, ama qadinda qadinliq olmalidir, incelik, zeriflik.... onun sifeti robota oxsayir, Lyv Tyler (asagidan 2ci) ise tamam basqa cur gozeldir )

Kimdən: Arif
31.12.2009 12:31
Her kesin öz xahımı özüne gözeldir. İlham Eliyev üçün xanımlar xanımı Mehriban Eliyevadırsa, menim üçün öz xanımımdır.

Kimdən: Togrul
31.12.2009 11:52
Ancelina Coli de burnunu cerrahi emeliyyat etdirib.

Kimdən: Əli Şəhər: Şirvan
31.12.2009 00:28
Aysel Teymurzadə

Kimdən: mona Şəhər: baki
30.12.2009 22:59
Ancelina Coliden basqa gozeli yoxdur iclerinde.Men bunlarin makiyajsiz resmlerini gormusem.Pis gundedirler.Bizim xanimlar daha gozeldir.En gozel numunesi xanim Mehriban Eliyevadir.Bizim xanimlar cox gozeldirler.
Cavab

Kimdən: Arzu
31.12.2009 04:01
Men bilmirem neje mugayise etdin bu hanimlari?
Menje en gozel hanim gelbi gozel olan hanimdir. Xariji gorunushu pulla satin almag olur. Gelb amma allah vergisidir.