Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 09:10

Siyasət

Narkotik jurnalistin ayaqqabısından və gödəkcəsinin astarından çıxarılıb

Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
x
Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
Şriftin ölçüsünü dəyiş - +
Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astar hissəsindən 0,223 qram heroin, digər məhkum Şahin Şəmsiyevin isə cibindən 0,81 qram heroin aşkarlanıb.

Bu barədə AzadlıqRadiosuna Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. O, bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində dustaqlardan 5 nəfərinin üzərində axtarış keçirilərkən heroin tapılıb.

M.Sadıqov deyir ki, Qaradağ rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Araşdırma nəticəsində narkotik maddələrin cəzaçəkmə müəssisinə keçirilməsi və digər məsələlər müəyyənləşdiriləcək.

EYNULLA FƏTULLAYEVİN KAMERASINDAN HEROİN TAPILIB

Dekabrın 29-da səhər saat 10 rədələrində həbsdə olan jurnalist Eynulla Fətullayevin kamerasından 0,22 qram heroin tapılıb. Bu barədə AzadlıqRadiosuna onun atası Emin Fətullayev məlumat verib.

O, ciddi rejimli cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsinin qeyri-mümkün olduğunu və bu hadisənin əvvəlcədən planlaşdırdığını bildirib:

«Dekabrın 30-da ekspertlər ondan narkotik istifadəçisi kimi analiz götürəcəklər. Bu əvvəlcədən quraşdırılmış işdir. Əsas məqsədləri Eynullanı Avropa Məhkəməsində baxılan işinin yekunlaşması ərəfəsində yenidən həbsə göndərməkdir».

Emin Fətullayev deyir ki, iş araşdırılması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilib. Əgər Eynulla Fətullayevin təqsiri sübuta yetirilərsə onun cəzasının üzərinə 3 ilədək əlavə cəza gələcək.

Atası Eynulla Fətullayevlə görüşüb, onun sözlərinə görə jurnalist narkotikin kamerasına atıldığını deyib.

Hazırda jurnalistin vəkili onun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindədir.

«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Heqiqet
01.01.2010 16:25
Elmari oldurub yollarindan goturduler. Gordulerki yooxxx bu ishlerine yarimadi. Daha asan variant secibler. Onun agzini baglamaq uchun zindan en yaxshi fikirdir. Halal olsunun bunu fikirleshen beyine YOOOXXX-YOOOXXX beyinlere

Kimdən: Baki
01.01.2010 12:42
Hele ki, bizim ne qeder neftimiz var, bizden istifade edecekler ele ki, neft tukendi azerbaycani yer uzunden ele silecekler ki, hec tozu da qalmayacaq.

Kimdən: Men
31.12.2009 22:43
Noolar, kutle gezeblenende gabaginda hech bir neft-qaz dayanmayacag!

Kimdən: mer Haradan: baki
31.12.2009 17:12
bütün bunlarin bir sebebi var, ELmar Hüseynovun gtlinin üstünün acilmasina imkan vermemek. BUnun da bashinda Ilham Eliyev durur. IKinci hec bir shexs Avropa Mehkemesiyle bu cür saymazyana hereket etmez...ILham ELiyevin "böyüklüyü" bir daha ortadadir, Bayram günü kefimize sogan dogradi...Allah cezanizi versin...

Kimdən: XARICDEN
31.12.2009 15:50
Bunun birce terifi var:
Azerbaycanda menem, Bagdadda da Kor Xelife!

Eynullah senden "efv dilemediyi" uchun ona "gucunu" gostermeye mi chalishdin?

Bu da millete "bayram hediyyesi"... hemreylik bayrami hediyyesi..

Sizin hemreyliyinize de! Bu saxta bayramcigi millete siriyan(lar)a da!

Zerdusht Elizade chox gozel bir perdearxasi teklifde bulunur. "Olkede terror zemini hazirlanir.." Yolun achiq olsun, Azerbaycan xalqi! Chetin yoldur, amma sherefli yoldur!

Kimdən: alex
31.12.2009 13:16
Bu gece yuxuda gordum, Barak Obama meni Prezident gormek isteyirdi, ayilib cox fikirlesdim, bayramdan sonra mutleg ona bir name yazib ozumu tegdim edecem, bezen yuxularda dogru olur. Ondan sonra yegin ki, Eynulla kimi ogullar artig azadlig uzu gorecekler.

Kimdən: vətəndaş Haradan: bakı
31.12.2009 13:09
Məntiqlə fikirləşsək, lap fərz edək ki, Eynullanın ayaqqabısından həqiqətən narkotk çıxıb. Onda belə cıxır ki təcridxanada nəzarət sistemi bərbad vəziyyətdədir xə cəzalandırılası adamlar elə nəzarətcilərdir. Nəzarət bərbad vəziyyətdə olsaydı onda ayaqqabınin dabanında narkotik tapa bilməzdilər. Eyni zaman içəri narkotik keçirməyə imkan verməzdilər və ayaqqabının dabanındanda narkotik çıxmazdı. Deməli ayaqqabının dabanına narkotiki nəzarətçilər özləri qoyub və nəzarətcilərin özləridə tapıb. Bu isə yuxarıdan verilmiş sifarişə oxşayır.Məqsəd isə təcrid olunma vaxtını uzatmaqdır.

Kimdən: azira Haradan: paris
31.12.2009 03:28
men heç zaman inanmaram ki, jurnalistin ayaqabisinan narkotik tabiblar bu hamsi yaln seylerdi yixilana baltlida dosuyur baltasizda ancaq ona inaniram ki,
o jurnalistin ayaqabisina narkotiki qoyan azerbaycan polisidir qoyub sonra yaziq
lara bohtan atirlar alah o bohtan atanin cavabini ozu veracak INSALAH
alah o jurnalisderi dardan qurtasin AMIN.

Kimdən: ELCHIN (VEKIL) Haradan: BAKI
30.12.2009 22:32
Onun mudafiesi lazimi qeder deyil. Men bu barede defelerce demishem. O hebsden cixan gunedek gundemde saxlanmali, muxtelif esaslar getirilmekle tez-tez ona bu bohtani atanlara qarshi mehkemelrde ish qaldirilmalidir. Bashqa cur mumkun deyil. Vaxtile menim mudafie etdiyim bir qacqinin qohumlari Eynullaya qarshi kampaniyada ishtirak etdiklerini etiraf etmishdiler ve men bu barede qazetlere informasiya vermishdim. Ne oldu? Hec kesin diqqetini celb etmedi. Eslinde Eynulla ne ucun orada oldugunu yaxshi bilir. Bir sozle ish getmir. Allah komeyi olsun!
Cavab

Kimdən: Bayandur Haradan: Baki
31.12.2009 04:19
Haqlisan! Eziz vekilimiz menimle elaqe yaradarsa bezi meseleleri aydinlashdirardiq.
Cavab

Kimdən: ELCHIN (VEKIL) Haradan: BAKI
31.12.2009 17:34
Menimle fikirlerini bolushmek isteyen varsa advokat_en@mail,ru adresine yazsin.

Kimdən: oxucu Haradan: internet
30.12.2009 22:14
Goresen Eynullanin bele qezebe tus gelmesinin sebebi nedir? Acigi muqavimet hissi olmus bir cemiyyetde Eynullanin inden sonra evvelki kimi fealiyyet gostermesini real saymiram
Səhifə (2)
    Növbəti