Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:34

Multimedia / Videolar

Sovet-İran sərhəddindən dramatik görüntülər (yenilənib)

Şriftin ölçüsünü dəyiş - +
YükləBu hadisə Sovet tarixinin ən kəskin vətəndaş itaətsizliyindən sayıla bilərdi. Çünki Sovet sərhəddini nəinki dağıtmaq, ona 40 km yaxınlaşmaq belə mümkün deyildi. Sərhəd zonasına gediş-gəlişə yalnız həmin ərazidəki yaşayış məntəqələrində doğulan şəxslərə icazə verilirdi.

Berlin divarı dağılandan sonra Azərbaycanda tez-tez belə bir sual səslənirdi, niyə almanları ayıran sədd aradan götürülür, Azərbaycanlılar isə bir-birinə tikanlı məftillər arxasından baxmalıdırlar?

Buna etiraz edən Azərbaycanlılar 1989-cu ilin son günü Astaradan Şərura qədər sərhəddə yürüş etdiklər. Tikanlı məftilləri qoparıb sərhəd dirəklərini yandırdılar.

Diqqətinizə təqdim olunan birinci videoda əsasən sərhəd istehkamlarının məhv edilməsi epizodalrı öz əksini tapıb.

Yüklə


Videonun ikinci hissəsində hadisə iştirakçılarının kameraya dedikləri və Azərbaycanlıların bu taydan o taya olan olan söhbətlərinə baxa bilərsiniz.

Bu videogörüntüləri AzadlıqRadiosuna təqdim edən Nemət Pənahlıya minntədarlığımızı bildiririk.

Videolarda tanıdığınız şəxslər varsa onlar haqqında ve ya 20 il əvvəlki hadisələrlə bağlı maraqlı məlumatlarınız varsa şərh kimi bizə yazın.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: denis Haradan: Tiflis
19.01.2010 12:33
o zamanlar serheddleri acdiq 20 faiz shimaldan torpaq itirdik, bu hamisi Amerikanin oyunlaridir, onlar iran hokumetin yixmaq ucun yene azerbaycanlilari alet etmek isetyirler, ve iran rejimi yixildiqdan sonra shimal ve cenubun birlesheceyi ile baghli xulyalar hech zaman gercek olmayacaq, bunu anlayin qardashdar ve bacilar !!! ona gorede meslelere bir az soyuq bashinan yanashin... dushunmeyin ki, bu gun de Qarabagha maliyye yardimi eden Amerika, sabah Iranda olan kurdere ve ermenliere de Azerbaycani defelerle parcalamaq ucun oyunlara el atmayacaq... qedesh arasinda yaxshi sohbet olur, tirkaya getmemek, men de dushunurem ki, TIrkaya getmek lazim deyil, papaghimizi qoyub qabaghimiza yaxsho-yaxshi fikirleshmek lazimdir...

Kimdən: TURAN Haradan: Baki
17.01.2010 11:25
Bu goruntuleri izlerken gozyaslarimi tuta bilmedim,,,,,,,Veteni bu qeder seven,ele bir cetin seraitde bunlari eden-Biz indi niye susmusuq? Cenubi Azerbaycanimiz ucun? Bu sualin cavabini bilen varsa yazsin

Kimdən: Novresteden Haradan: Naxcivandan
17.01.2010 08:17
Hele 1989-da Azerbaycanin birleshmesi dunya siyseti seviyyesine qaldirilmishdi. Ne qeder ki, kommunistler ish bashinda deyildiler, MILLI RUH, MILLI HEMREYLIK EBULFEZ ECIBEYIN fedakarligi sayesinde oz apogeyine catmishdi. Ve o gucle, o qudretle, o birlikle dunyani oxundan oynada bilerdik. 1991-de vicdansiz kommunistler devrilish edib hakimiyyeti ele aldilar. Teze cucermekde olan MILLI RUHU mehv etdiler. Heyder Eliyev bir kosmopolit kommunist kimi Azerbaycan milletini pufurdek kimi yere surtdu. Heyder Azerbaycan dunyasina ele zerbe vurdu ki, dunen 9-cu milyonunu qeyd eden Azerbaycan 20 ildir 1,5 milyonluq ermeni qarshisinda qanli setirlerini yuya bilmir...

Kimdən: Sumsu Haradan: Dereler
12.01.2010 21:03
Cox gozel anlardi.Maraqlidi bes cerhedciler (iran) niye imkan veribler direkleri sokmeye ? O dovrun sahidlerinden xais ederdim bu haqda yazsinlar.

Kimdən: Mixaylo Haradan: Novxani
05.01.2010 10:16
Belke o zamanlar hemrey idik, bu gunlerde bu hemreyliyi hiss ede bilmirem. :(
Allah (c.c.), milletimizi, dovletimizi onun esl dusmanlari qarsisinda QALIB etsin, Insallah.
AMIN.

Kimdən: Memmed Haradan: Baki
02.01.2010 19:19
Pelengden pishik eden 20 illik Yeni Azerbaycan tarixi

Kimdən: fuad Haradan: baki
01.01.2010 22:27
bir gun TEBRIZDE bayraqimizi gormek umudu ile
Cavab

Kimdən: mamed Haradan: baki
09.01.2010 00:27
yat bəlkə yuxuda görəsən. həmişə az çoxa qatılmalıdi.

Kimdən: qasım Haradan: Baki
01.01.2010 16:50
Sərhədin açılmasına xalqı sövq edənlər H.Əliyevin qalıqlarına qarşı mübarizə aparan Ə.Vəzirovu yıxmaq istəyənlərin siyasi avantürası idi. Nə iki Azərbaycan birləşdi . nə xalqlarımız. Bu hoqqabazlıq 20 yanvarla və rusların ermənilərə Qarabağı vermələri ilə qurtardı.
Allah bilir. indi kimi yıxmaq üçün və yaxud gətirmək üçün çalışırlar? Ancaq deyəsən xoruzun quyruğu görünür.
Birdə neymətlər və ya ona bənzərlər indi niyə sərhədi açmırlar? Məgər indi ruslar qabağımızı kəsib? Köhnə hamam. köhnə taz. Birdə ki. hərif-zaddırlar açsınlar? Sərhəd gömrük məntəqəsindən neymətin hakimiyyətə gətirdikləri hər gün ciblərinə milyonlarla “yaşıl” qoyurlar. Bacarsalar bu sərhəd çəpərini üç-dörd yerdə qoyarlar ki. gediş-gəliş olmasın. Sərhəddə nə qədər çox maneə olsa neymətin klanı bir o qədər tüklənər.
İndi həmin klanın nümayəndəsi xalqı soyan və düşmənin qarşısında baş əyməyə razı qalan yerlilərinə qarşı nifrəti yenə də başqa səmtə yönəltmək istəyir. Neymətkimilərin aktivləşməsi onun yerlilərinin vəziyyətinin pis olacağını göstərir. “Batanlar hətta saman çöpündən də yapışarlar!” Xalqı Qarabağ problemin düşünməkdən ayırıb. İrana qarşı yönəltmək istəyirlər. Elə bil ermənilərə qardaş olurlar. Ermənilər də torpağımımı qaytarır.
Burada Bakılılar deyirlər: get özüvə!

Kimdən: Togrul
31.12.2009 21:52
Salam, əziz AzadlıqRadiosu.

Bu videoları necə endirmək olar?

Bayramınız qutlu olsun! O gün olsun Güney və Quzey Azərbaycanın birləşməsini və Qarabağın geri alınmasını qutlayaq.

Dərin sayqılarla.
Cavab

Kimdən: Moderator
31.12.2009 22:43
Bayramlardan sonra bu sualla bağlı azadliq@rferl.org elektron ünvanına məktub göndərərsiniz...

Kimdən: Turk Haradan: Baki
31.12.2009 01:27
Molla rejiminin sonuna az qalib.

http://www.youtube.com/watch?v=I9QYpwRjR7I&feature=related
Səhifə (3)
    Növbəti