Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Çingiz Bəxtavərin dəfninə yığışanlar həbs edildi

29.12.2009
Çingiz Bəxtavər
İranda Milli Hüquqlar uğrunda hərəkatın fəallarından olan Çingiz Bəxtavərin dəfn mərasiminə yığışanlar qəbiristanlıqdan çıxanda döyülərək həbs ediliblər. Ağır bədən xəsarətləri ilə maşına basılıb aparılanlar arsında Abbas Lisani də olub.
Bunu AzadlıqRadiosuna Çingiz Bəxitavərin oğlu Siyamək Bəxtavər deyib:

«Qəbiristanlıq vidalaşmağa gələnlərlə dolu idi. Abbas Lisani, Zülfüqar Kəmali və digərləri çıxış etdilər. Sonra Azərbaycanın milli marşı oxundu. Biz qəbiristanlıqda olanda bayırda milli haqlar barədə şüar səsləndirdikləri üçün artıq 5-6 gəncin tutulması barədə xəbər vermişdilər. Biz oradan çıxanda isə 50-60 nəfər qara paltarlı adam maşınlardan tökülüşüb millətin üstünə cumdular. Camaatı çox pis vəziyyətdə döyüb sürüyə-sürüyə maşınlara basdılar. Polis isə fəaliyyətsizliyi ilə onları himayə edirdi. Abbas Lisani və Ərdəbildən onunla gələn digər 3 nəfəri də döyüb maşına basdılar».

Siyamək Bəxtavər deyir ki, nahardan sonra məscidə gedəndə Abbas Lisanin və yoldaşlarının artıq azad olunduğunu görüb. Amma saxlanılan digərləri hələ də həbsdədirlər.

Onun sözlərinə görə təhlükəsizlik qüvvələri mərasimə toplaşanları heç bir şüar, marş və şeir səsləndirməmək, plakat qaldırmamaq şərtilə məscidə getməyə icazə veriblər. Amma bu təhdid də qonaqların sayına təsir etməyib.

Mərasim davam etdiyi müddətdə polis məscidin ətrafını dövrəyə alıb.

53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində tək növbədə olarkən vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingizin səhhətində heç bir şikayəti olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.

Ekspertizanın rəsmi rəyi 1 ay müddətinə veriləcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: araz Şəhər: tabriz
31.12.2009 14:01
GunAzTv nin aldığı xəbərə görə dünən saat 11:00 də çingiz bəy
bəxtavərin dəfni mərasimindən sonra iran intizam guvvələri məzarlıqdan
çıxan insanlara hucum edip və vəhşicə dovdukdən sonra bir çok
insanımızı günahsız tutuklayıp və Saib xiyavanındaki intizam
guvvələrin ittilaatına aparıblar orda çoxlu doyup və işkəncə ettikdən
sonra gecəni səhərə gədər soyuxda saxlayıplar eləki aldığımız məlumata
görə abbas bəyin uzu aldığı zərbələrdən şişip və yaralanıp.doydukləri
zaman soydaşlarımızdan kimin istəyi ilə oraya gəlmişdiniz kim sizi
yönləndirir bu mərasimi kim organizə edip diyə sorguya tutuplar və kim
sizdən istədi ki orda olasınız sabahısı gün səhər saat 10 da təkrar
nisfrahdaki (cahad ) agahi idarəsinin ittilaatına aparıplar. gunahlarıda sadəcə budur ki niyə çingiz bəyin məzarı ustunə gəlipsiz kim istəyip ki gədəsiz oraya.
Həbs edilənlərin adları:
1.huşəng rizayi
2. əli huseyin təhəmtən iranək
3.ibrahim asimani
4.riza əbri
5.mohəmmədriza yusifi
6.ibrahim fərəczadə
7.hadi mortaza.

Kimdən: Naıle Şəhər: Bakı
30.12.2009 17:37
Irana bele azerıler serf etmırr,ona gore aradan goturubler.