Bazar ertəsi, Sentyabr 15, 2014 Bakı vaxtı 14:27

Cəmiyyət

Qaza görə borclar silindi

Əhalinin 1 oktyabr 2009-cu il tarixinə «Azəriqaz»a yaranmış 327.0 milyon manat borcları silinirƏhalinin 1 oktyabr 2009-cu il tarixinə «Azəriqaz»a yaranmış 327.0 milyon manat borcları silinir
x
Əhalinin 1 oktyabr 2009-cu il tarixinə «Azəriqaz»a yaranmış 327.0 milyon manat borcları silinir
Əhalinin 1 oktyabr 2009-cu il tarixinə «Azəriqaz»a yaranmış 327.0 milyon manat borcları silinir
Dekabrın 29-da prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.

2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;

4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Sever Erdemir Haradan: Türkiye
05.01.2010 14:54
Erazisinde neft ve qaz çıxarılan ölkelerin ekseriyyetinde bu mehsullardan ölke ehalisinin istifadesi pulsuzdur ama :(

Kimdən: urauto2 Haradan: Bakı
04.01.2010 22:49
Vətəndaşlara borc yazmaq "pripiskadır" yəni dövləti aldatmaqdır.
Azəriqaz, Bakelrktrikşəbəkə, hətta vergi inspeksiyası da müştərilərə çüni borclar yazıb bnu öz hesabatlarında aktiv kmi, yəni qazanılmış və ya hesablanmış alınmalı məbləğ kimi salırlar.
Əslində əhalinin heç bir borcu yoxdur, belə pripiska mütəşəkkil və dövləti talançılıqdır.
Nəəssüf ki, talançılar Prezidenti aldada biliblər.

Kimdən: Kasıb Haradan: Azərbaycanda yox ha!
30.12.2009 16:46
Azərbaycanda kasıblar pulu vaxtı-vaxtında verməyəndə anasını ağladıb, qazını yolurlar, bağışlayın, qazını kəsirlər. Yenə də həmən dalğa, həmən koordinat. Eh Hüseyn Arabul, çujoy paxmeıl getdin! Görürsənmi, bir az səbr etsəydin, sənin üçün də belə ola bilərdi. Sənə kim demişdi ki, villaların işığını kəsməyə cürət elə?!

Kimdən: Arif
30.12.2009 12:52
Bütün bu şerhler xalqın sesidir. Qoy bunları oxuyub, iqtidar dövleti nece idare etmeleri haqqında düşünsün. Görsünler ki, bu xalqın başına ne oyun açırlar. Bu zülmü ALLAH götürmez!
Cavab

Kimdən: Bahar Haradan: Baki
31.12.2009 03:01
Allah cezalandirmaq istediklerini ewel zulm edenler destesine yoneldir ki,sonra onlari cehenneme yollayanda dokazatelstva olsun.
Biz sebr edenlerden olaq.

Kimdən: Elshen Haradan: Baki
30.12.2009 10:31
mən bu xəbəri eşidən də sevindim və Allaha həmd etdim çünkü mənim qaza 600 manata yaxın borcum var idi qəlblər Allahın əlindədi ona görə ən əvvəl Allaha həmd etmək gərəkir və dua edək ki, Allah prezidentimizə bu cür xeyirli işlər görməyi tez-tez nəsib etsin. başqa şərhçilərimizin dediyinə baxmayaraq bu xəbər imkansız ailələr üçündə sevindiricidir az olan borclarının silinməsi onlar üçün böyük hədiyyədir.

Kimdən: Rufat
30.12.2009 10:05
Bele tedbirler anarxiya yaradacaq . Bizim aile qaz pulunu hemishe vaxti-vaxtinda odayib . Bas bu qanun bizim aileye ve minlerle digerlerine ikili standartlarla yanashmanin gostericisi deyilmi ?! Dogrudan da Azerbaycanda halal yasamaq lazim deyil . Bu qanun bunu bir daha subut etdi

Kimdən: men Haradan: shemkir
30.12.2009 08:49
Cox saqolsun atasna rehmet bu humanist addimi atdiqi ucun.
Cavab

Kimdən: partizan Haradan: kiev
15.01.2010 21:53
atasina rahmat??? xalqa shishirdilmish borc yazib sora onu silmeynen rehmet dushmaz. hech kime sirr deyilki ukraynanin qazla baqli guclu problemi var ve hetta azerbaycannanda qaz almaq planlashdirilirdi, AMMA ukraynada qazin qiymati azerbaycannan ucuzdu. oz yaqimizin cuzi hissesini oz bashimiza chekmeye gore rahmat yox lanat dushur

Kimdən: Bahar Haradan: Baki
30.12.2009 03:48
2007 ci ilde Ölünün adina yasamadigi 5 il ucun qaz pulu alan dovlet ne yaman sexavetli olub,!
...atam 2002-ci ilde vefat etmisdi.2007-ci ilde saygaclar qoyulan zaman qonsular mene xeber verdi ki, evde adam olsun saygaclar qoyulur.bu zaman Suraxani rayon qaz idaresi iki ayagini bir basmaga diredi ki,qaz pulu borcunuz var.atamin olum kagizini gosterdim.razi olmadilar ki,5 il qabaq bize xeber vermediyinize bu menzile qaz pulu borcu yazilib ve kompyutere dusduyune gore mutleq odemelisiniz,yoxsa saygac qoyulmayacaq.bir nece ay elaqedar idarelere,o cumleden şanli prezidentimize bu ecayib odeme haqqinda sikayet etdim hec bir xeyri olmadi ve sonunda mecbur olub Ölünün adina yasamadigi 5 il ucun qazpulu odedim.

Kimdən: passat
29.12.2009 23:00
Hökumətin bu addımı "öz pulumu (cüzi bir hissəsini!) özümə qaytarıb, yaxşı oğlan olmaq" prinsipindən başqa şey deyil. 2-ci bəndi diqqətlə oxuyun. Silinmiş 327 milyon manatı, yəni ölmüş qaz pulunu dövlət büdcəsinin hesabına dirildib qoyacaqlar ARDNŞ-nin cibinə. Özü də 2010-cu ilin büdcəsidən yox ha, başa çatmış 2009-cu ilin büdcəsindən. Bilirsiniz də bu necə puldur? Bu elə bir diri puldur ki, il başa çatıb, büdcə xərclənib, heç hesabı soran da yox. Şair demişkən, "Axdı ciblərə bizim pullarımız". Görəsən, bir soran tapılacaqmı ki, 2009-un büdcəsində 327 milyon manat artıq pulunuz var idisə, onu niyə digər vacıb işlərə yox, nağd şəkildə ARDNŞ-nin cibinə, özü də təzminat şəklində qoyursunuz? Təzminat haradan çıxıd? Bəyəm xalqımız ARDNŞ-ni ermənilər kimi genosidə məruz qoyub? Neçə illərdir xalqı enerji dəyənəyi ilə əzən ARDNŞ-nin özünün təzminat ödəməsi daha ədalətli olmazdımı? Ədalətli ha... Necə də sadəlövhlükdə xalqıma oxşayıram.
Bu məsələni iqtisadi tərəfdən izah etmək iqtisadçıların işidir, amma açıqca görünən odur ki, bu məbləğdə ölü pul dirilir və təzədən qeyb olur. Bizdə qeyb olmaq binayi-qədimdən mövcud ənənədir.
Təsadüfən Xorasandan ölkəmizə təşrif buyuran Şeyx Nəsrullah bütün ölüləri dirildib qa(ı)z borclarını sormaq fikrinə düşsə, Nəsrullah xocaya nə cavab verəcəksiniz ay ölü sahibləri? Deyəcəksiniz ki, bizim borcları partiya və hökumətimiz çevirdi balalarının başına bağışladı ARDNŞ-yə. Bunu eşidən kimi qəzəblənən Şeyx həzrətlərinin oğraş damarı tutub ölüləri qıdıqlamaq fikrinə düşsə necə olacaq? Ölülər də bizim halımızı görüb gülməyə başlasalar... O dəqiqə yerbəyerdən bağırtılar qopacaq: "Ölünün də qıdığı gələr?". Bu isə biz dirilərə veriləcək sual yox, ən böyük təsəllı olacaq: Ölülərin qıdığı gəlmir, düşünə də bilmirlər, heç gülə də bilmirlər, eynən bizim kimi. Bir də ki, borclu borclunun sağlığını istər, istəməsə də Şeyx gəlib dirildəcək...

P.S. Çox da sevinməyin, kəndinizə gəlin, vətən DAŞLAR...
Cavab

Kimdən: Subary Haradan: Tokio
30.12.2009 16:41
Heç inanmağım gəlmir ki, Ardnş qaqaşa kimsə hətta 327 milyon manatcığı belə boşu-buşuna peşkəş etsin!

Kimdən: Zerbali Ismayilov Haradan: Baki, Yeni Gunashli
29.12.2009 22:28
Men hemishe qaz pulunu vaxtinda odemishem. Bashqalari ise kef edib.
Indi bu fermanla deyirler ki,pul verenler de vermesin. Onsuz da axirda baqishlayacaqlar.

BU EDALETSIZLIKDIR!
Borclu abonente gore hemishe menim de qazimi kesibler. Indi de onlari baqishlayirlar.
Demeli men axmaqam.

Cavab

Kimdən: Iskender Aliyev Haradan: Baki
30.12.2009 09:47
Sag ol Zarbali, Ela manda isha galanda 30 manat verdim, Bilsaydim bela olacaq hec vermazdim. Eybi yox galan il baxariq.
Səhifə (2)
    Növbəti