Cümə, Oktyabr 24, 2014 Bakı vaxtı 14:28

Xüsusi layihələr

YAP-çılar seçki qutularını axtarır

MSK-nın qarşısında etiraz, 26 dekabr 2009MSK-nın qarşısında etiraz, 26 dekabr 2009
x
MSK-nın qarşısında etiraz, 26 dekabr 2009
MSK-nın qarşısında etiraz, 26 dekabr 2009
«Biz qutumuzu axtarırıq. Seçki qutumuzu kim götürüb, harada gizlədiblər, onu tapıb versinlər bizə. Allahın haqqını bərpa edək».

Dekabrın 26-da Sabirabad rayon sakinlərini Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə vadar edən «itən» seçki qutularıdır.

64 saylı Sabirabad ikinci seçki dairəsinin Şəhriyar bələdiyyəsinə seçkilər iki məntəqədə - Şəhriyar və Xəlifəli kəndində keçirilib.

Müstəqil qaydada namizədliklərini irəli sürmüş YAP üzvləri deyirlər ki, dekabrın 23-də seçkilər başa çatar-çatmaz Xəlifəli kəndində seçki qutusunu naməlum istiqamətə aparıblar.

Nazim Babayev (namizəd): «Bu işi quran icra nümayəndəsi və rayonun baş həkimidir, YAP-ın əli ilə. Partiya bileti olmayan, 1 səsi olmayanları seçiblər, həqiqi seçilmişlərin hamısı qalıb kənarda. Biz haqsızlıqdan partiyanın özünə şikayət etmək istəyirik. Amma eşidən yoxdur».

Güloğlan Həsənov (müşahidəçi): «Xəlifəli kəndindən bülletenləri aparıblar və öz istədikləri adamları salıblar. Mən YAP-ın üzvüyəm. Bu, düzgün deyil. Axı prezidentimiz belə deməyib, mən prezidenti müdafiə edirəm.
Amma yerlərdə rəhbərlər, hətta icra hakimiyyəti də bu işə qarışır».

YAP-çı namizədlər iddia edir ki, 400-500 səs toplayan namizədin yerinə daha az səs yığanlar keçib:

«450 səs toplayanın yerinə 47 səs yığan, 380-in yerinə 4 səs toplayan keçib. Nazim Babayev 374 səs toplayıb, amma 88 səs toplayan keçib».

Ancaq Xəlifəli kəndinin icra nümayəndəsi Mənsimalı Heydərov deyilənləri təkzib edir:

«Qanunvericilikdə göstərilir ki, icra nümayəndəliyi həmin ərazidən 100 metr kənarda olmalıdır. Seçkini təşkil edirik, amma seçki günü biz artıq kənarda idik. Deyilən ittihamlar yalandır».

YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev isə narazılıqları təbii sayır:

«Bu məsələ ilə Dairə Seçki Komissiyasının özü də maraqlanıb, mən özüm də əlaqə saxladım. Öz təşəbbüsü ilə başqa partiyaların müşahidəçilik missiyasını yerinə yetirənlərin də izahatı var. Onlar bülletenlərin sayılmasını, protokolun yazılmasını, Dairə Seçki Komissiyasına təqdim olunmasını müşahidə ediblər».

N. Quliyev bildirir ki, Sabirabad rayonunda 6 minə yaxın partiya üzvü var, YAP 261 yerə öz namizədlərini irəli sürüb. Bundan əlavə, 100-dən artıq müstəqil namizədliklərini irəli sürənlər də olub:

«Təbii ki, müəyyən hissə qələbə çalıb, namizədliyini müstəqil verənlərdən də seçilənlər olub. Bu o demək deyil ki, YAP-çıların hamısı seçilməlidir. Belə narazılıqlar ola bilər».

MSK-nın qarşısına toplaşanlara isə komissiyadan bildiriblər ki, şikayətləri araşdırılacaq. Ancaq sabirabadlılar araşdırmanın bir nəticə verməyəcəyindən ehtiyatlanırlar.

 
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Cavid Haradan: Agcabedi
27.12.2009 15:06
Bu seckilerde tamamile saxta ve passiv kecdi. Men 82 sayli Agcabedi secki dairesinin 7 sayli menteqesinde musahideci olmusam. Seckiye 73 secici gelib bulleten atdigini saydim amma qutudan 168 mulleten cixdi ve protokola 168 yazildi. Qutuya topa bulletenler atilirdi. Komissiya sedri,komissiya uzvleri ve katibler bu saxtalasdirmanin onunde gedirdiler. Bu musahideni 4 musahideci tesdiq etdi. Indi hakimiyyet nece deye bilir ki, secki duzgun kecib? Cunki, arxayindir ki, beynelxalq teskilatlar buna goz yumacaq...

Kimdən: azer Haradan: baki
27.12.2009 12:35
Uca Allah buyurur:"biz bir zalime basqa bir zalimi urcah ederik"

Kimdən: agac
27.12.2009 12:34
Axtaran tapar deyibler.Axtarin hele cox sey axtaracaqsiniz.

Kimdən: OMONCU Haradan: RIQA
27.12.2009 03:02
Hami bilir ki,qurbetde 3 millondan chox azerbaycanli yashayir. Bu boyuk bir ordu demekdi , bunlarin hamisi da bu gun ki yapcilardan narazidi.Yeni ki, bunlar pis gunden dushubler collere, didergin olublar evlerinden eshiyinden. Indiki zamanda ilham eliyev yap hakimiyyeti bize imkan vermir Bakida mitinq kecirey oz sozumuzu deyek. Amma bele bir imkan qurbet olkelerde var bu 3 millondan chox azerbaycanlini bir yerde birleshdirmek lazimdi. Eyer onlar bir guc shekilinde Azerbaycana gelerse bu gun ki yap hakimiyyeti ozleri qacib gedecek russiya ve yaxud ermenistana.

Kimdən: Əli Məmmədov Haradan: İsveç Stokholm
27.12.2009 01:34
Siravi YAP-çılar, siz fil qulağında yatıbsız. Sizə quru yaltaqlıqdan başqa bir şey qalmayacaq. İri əjdahaların əlindən sizə heç nə çatmayacaq. Onlar öləndə də gözü ac, əli açıq öləcəklər. Siz onlara ancaq seçkidən seçkiyə saxtakarlıqlarını həyata keçirmək üçün lazımsınız. Həmişə saxtakarlığı siz edirsiniz, bəhrəsini onlar görür. gözünüzü açın yaxşı baxın, nazirlər arasinda nə qədər manapoliya davası gedir. İnşaallah tezliklə özləri bir birinə qənim kəsiləcəklər. Nəhayət ki, siz də indiki durumunuzla xalqın nələr çəkdiyini dərk edin və bilin ki, hər kəs etdiyi günahların bəhrəsini dadacaqdır. Nahaq qanlar, ata həsrətli körpələrin ahı yerdə qalmayacaq.Bu saxtakar hakimiyyət gec tez tarixin zibilliyinə atılacaqdır. Onda da sizi , xırda balıqlaı akulalar birinci udacaq

Kimdən: elcin Haradan: bakı
27.12.2009 01:06
SEVİNC XANIM mən əvvəlcə sizə bu rublikanı hazırladıqınıza görə təşəkkür edirəm və hörmətli Esl YAP-cı qardaş sənə halal olsun

Kimdən: Ekstrasens Haradan: Baki
27.12.2009 00:22
Meni duz basha dushun ne qeder ki, hakimiyyetde yapcilar olacaq ne bu millete, ne dine, ne dile, ne torpaqa hormet olacaq. Qarabaq danishiqlarin da ruslashmish yapcilar ozleri qesden uzadirlar onlari kremilin ruslarin dediyi ile oturub dururlar. Birdeki yapcilari neftin qazin pullari maraqlandirir itirilmish torpaqlar yox. Eyer bu partiya hakimiyyetde qalmaqda davam ederse biz neinki itirilmish torpaqlari hetta Bakinin ishqal olmaqinin shaidi olacaqiq.

Kimdən: Esl YAP-cidan Haradan: Xaraba etdiyimiz yerden
27.12.2009 00:15
Men de YAP-ciyam, ancaq hech vaxt YAP-a ses vermemishem.
Cunki meni mecbur YAP-ci edibler bu formaldir, meni kimileri choxdur.
Oraya yeni YAP-a temiz urekle geden azeri yoxdur bunu bilin.
Ancaq men onlara etiraz ede bilmezdim, cunki etiraz edenleri ishden behane ile qovurdular. En yaxshi yolu men sechdim YAP-ci oldum, ancaq sechkide muxalifete ses verdim. Bunlara bax bele lazimdir.

Men butun meni kimi YAP-ci olanlara bu yolu tovsiyye ederdim.

Bir de sesler saylilan yerde ele edin ki, saxtakarligin ustu achilsin.

Size ugurlar, mene de

Kimdən: nardaranli Haradan: bakı
26.12.2009 22:19
İNŞALLAH BU YAPCILAR ÖZ HAKİMİYYƏTİNİ TARİXİN ZİBİLLİYİNDƏ AXTARACAQLAR YETƏR Kİ XALQ AYAQA QALXSIN

Kimdən: Mahmud Haradan: Belasuvar
26.12.2009 19:13
onlarin yerini bilmeye ne var ki,o bulletenleri yapcilar yeyibler

Oxuyan gərək...