Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Polis işçisi gecə evimə girdi, məni zorladı»

Rəna Niftullayeva

Rəna Niftullayeva

25.12.2009
- Yatmışdım, bir də gördüm ki, tıqqıltılar gəlir, elə bildim tülküdür, toyuq-cücəyə gəlib, durub «zajiqalka»nı yandırdım, gördüm bu oğlandı, gəlib. Tutdu saçımdan, bir-iki pillə qalxdı, sürüyə-sürüyə saldı yerə. Dedi ki, bu dəfə əlimdən çıxa bilməyəcəksən.

Cəlilabad rayonunun Ağdaş kənd sakini Rəna Niftullayeva Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşı Ravin Niftullayev tərəfindən zorlandığını iddia edir. Qadının sözlərinə görə, ötən il oktyabrın 23-dən 24-nə keçən gecə Ravin Niftullayev onun yaşadığı mənzilə girərək onunla zorakı yolla cinsi əlaqədə olub:

- Qaldırıb məni qoltuğunun altına aldı, başladı telefonda pis-pis şeylər göstərməyə. Başladım ağlamağa, hay-küy salmağa, uşaqlar yatmışdı, eşitmirdilər. Tutdu, itələdi üzü üstə, başıma yumruq vuranda huşumu itirdim. Ayılanda gördüm ki, hər şey bitib.

«BU DƏFƏ ƏLİNDƏN ÇIXA BİLMƏDİM»


Rəna Niftullayeva əvvəllər də həmin polis işçisinin onun mənzilinə girdiyini, lakin niyyətinin baş tutmadığını deyir:

- Üç-dörd dəfə evə basqın edib, çırpılmışam, barmağını dişləmişəm, sinəsinə yumruqla vurmuşam, imkan verməmişəm. Ancaq bu dəfə əlindən çıxa bilmədim.

Qadın polis işçisinin əvvəllər təcavüzkar hərəkətləri barədə susduğunu belə əsaslandırır:

- Dedi səni əlimdəki tapançayla öldürəcəyəm, evini yandıracağam. Mən də qorxumdan heç kəsə demədim. Dərənin-təpənin dibindəyəm 3 körpə uşaqla, ona görə qorxumdan heç kəsə bildirmədim.

Rəna Niftullayevanın qayınatası Əlisahib Niftullayev deyir ki, oğlu Rusiyadadır, gəlini üç azyaşlı övladı ilə yeni salınmaqda olan yaşayış massivində şəraitsiz bir tikilidə yaşayır. Ötən il gəlininin polis işçisi tərəfindən zorlanması ilə bağlı Cəlilabad rayon Prokurorluğuna şikayət ediblər. Rayon prokurorluğu faktla əlaqədar cinayət işi başlasa da, sonradan işə xitam verib:

- Keçmiş prokuror Ceyhun Əliyev məni qəbul elədi, ərizə aldı bizdən, dedi, mən onun dərsini verərəm, narahat olma. Üç gün sonra bizi çağırdı, dedi Əlisahib kişi, oğlan deyir, mən olmuşam orda, üç-dörd dəfə. Hər gedəndə onunla əlaqədə olmuşam. İzahatı bizdən aldı, verdi «pomprokurora». «Pomprokuror» çıxıb çöldə mənə nə desə yaxşıdı? Dedi, Əlisahib kişi, sənin oğlun da gəzir də Rusiyetdə, sən özün cavan olanda gəzməmisən? Dedim, ayıb olsun sənə, nə danışırsan sən?

Bu il Cəlilabad rayon Prokurorluğunun müstəntiqi Cəlaləddin Axundov cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Müstəntiqin çıxardığı qərarda qeyd olunur ki, cinayət işi üzrə aparılmış istintaq zamanı Rəna Niftullayeva ilə Ravin Niftullayev arasında 2007-ci ilin oktyabrından 2008-ci ilin oktyabrınadək cinsi əlaqədə olmaları təsdiqlənib. Bu, könüllü baş verdiyindən istintaq Ravin Niftullayevin əməlində cinayət tərkibi aşkar etməyib. Rəna Niftullayevanın Ravin Niftullayev tərəfindən döyülməsini də sübuta yetirmək mümkün olmayıb.

«O ADAM HADİSƏ BAŞ VERƏNƏDƏK POLİS ORQANINDA İŞLƏYİB»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, Ravin Niftullayev Göytəpə polis bölməsinin polis əməkdaşı olub. Ancaq hələ sözügedən hadisə baş verməmişdən əvvəl öz raportu ilə daxili işlər orqanından xaric edilib:

- Bu adam polis orqanlarından öz raportu ilə gedib. Biz maraqlanmışıq. O vaxt Cəlilabad rayon Prokurorluğunda istintaq işi həyata keçirilib və qadının zorlanması ilə əlaqədar fakt öz təsdiqini tapmayıb.

Ehsan Zahidov Ravin Niftullayevin polisdən getməsinin səbəbini belə izah edir:

- Bəs niyə gedirdi, cavan adam idi, onu nə vadar edirdi polisdən getməyə?

- Deyir, məsələn, polisdəki ağır iş şəraitinə uyğunlaşa bilmir, ona görə də gedib. Orda nə var ki?

- Hadisə baş verərkən polis geyimində olub...


- Onu kim deyir?

- Həmin zərərçəkən.

- Noolsun deyir? Mən də deyirəm prokurorluqda cinayət işi qaldırılıb, ancaq qadının iddiaları sübuta yetməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa başqa söz deyir:

- O adam hadisə baş verənədək, o müddətədək polis orqanlarında işləyib. Sonradan polis orqanlarından öz ərizəsinə əsasən xaric olunub. Aparılmış istintaq zamanı Rəna Niftullayevanın həmin şəxs tərəfindən döyülməsi faktı təsdiq olunmayıb. Yəni bu məsələlər istintaq zamanı öz təsdiqini tapmayıb.

Rənanın qayınatası Əlisahib Niftullayevin sözlərinə görə, Respublika Baş Prokurorluğuna vurduğu saysız teleqramlara əhəmiyyət verən yoxdur. Ravin Niftullayev hadisədən bir neçə gün sonra daxili işlər orqanından xaric edilsə də, onu yalnız bura qədər cəzalandırmaqla kifayətləniblər. Onlarsa təcavüzkarın daha layiqli cəzalandırılmasını tələb edirlər.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (6)
Kimdən: Arif Şəhər: Türkiye
14.01.2010 00:04
Göresen prokurorun bacısını ele zorlasaydılar ne ederdi?! Ele hesab et ki, o da senin bacındır.
Cavab

Kimdən: Saleh
14.01.2010 23:07
Baci qanandirlar onlar?

Kimdən: dagli Şəhər: mehlesinden
13.01.2010 01:46
adamin her hansisa rey bildirmeye dili gelmir. Bizler heyatimizi qurban vermeye qorxuruq.(neceki adi balaca dubinkadan qorxuruq). neceki, bu gelinimizin qaynatasi ve rusiyada calishan yoldashi bu cur boyuk(namus) probleminin qarshisinda aciz qaliblar.
MEQSEDE CHATMAQ UCHUN BUTUN YOLLAR MESHRUDUR
Cavab

Kimdən: Xortdan Şəhər: baki
13.01.2010 16:58
Ele onlarin ikiside cezalndirilmalidi.

Kimdən: Elchin Şəhər: Almaniya
11.01.2010 16:37
bir sheyi basha dushmurem ki niye zorlanan shexsin adi verilib? Chox vaxti mediada sherti ad veriller, burda ise sheklini de qoyublar. Jurnalist etikasi hardadir?
Cavab

Kimdən: nesimi
13.01.2010 02:03
Senin logikan hardadi? Adam musahibe verib, sheklin de goyub forumda , indi deyirsen adin gizletsin?
Cavab

Kimdən: Leyla
12.01.2010 00:07
Elchin bey, siz haqlisiz. Amma bu o vaxt edilir ki, qurban ozu istemir. Bu qadinin veziyyetinde ise bunun hech bir ehemiyyeti yoxdur. Ona yardim lazimdir - maddi, menevi ve psixoloji. Hem de artiq Azerbaijan qadini "exlaq" damgasi altinda gizlenmekden bezib.

Kimdən: Anar Şəhər: kurdemir
09.01.2010 21:11
Dehwetdir... Bele insanlardan her cur istifade edirler. Yekebawliq edende de asanliqla iliwdirirler. Gorunur bu polis limiti kecib. Tekce pul yigmaqla kifayetlenmeyib, zorlamaya da baw vurub. Heddi awdigi ucun iwden kenarlawdirmaqla kifayetlenibler. Reisine hormetsizlik etseydi, onun terefinden zorlanmiw 20 qadin tapardilar. Omurluk hebs cezasinin kesilmesine qeder iw acib qorxudardilar, Men polis sisteminin nece iwlediyini gozel bilirem.

Kimdən: Anonymous
09.01.2010 18:10
mene maragli gelen sadece buki bir prokroru neceye satin almag olarki cixib agsaggal kisiye deyesenki, hec cawanligda gezmemisenmi?.o agsaggalin gizinin yerine prokurorun gizi olsa ne ederdi göresen o prokuror?.eger xalg ona soyleseydi hec cawanligda gezmemisen.bu kimi hadiseler bu gün ölkemizde yüzlerce, minlercedi.bele insanlar azerbaycanli ola bilmez. onlarin ganinda ya yehudi, yada ermeni gani olmalidir.yadaki südü.gisasi bizim azerbaycanli atalarimiz demisken:ilanin aginada nehlet , garasinada
Cavab

Kimdən: Santak
14.01.2010 23:09
Milli mensubiyyetin hereketlere aidiyyati olmur, Sizin dedikleriniz elme ziddir ve irqcilikdir.

Kimdən: ANAR DADASHOV Şəhər: Azerbaycan
09.01.2010 15:24
he.nece vaxtdiki bu meseleni izleyirem,ureyimde doludur sozle hec olmasa deyib biraz sakitlesherem.
bele bir qayda varki,eger 1 evde pis bir shey bash verse o evin bashcisini gunahlandirirlar,mueyyen bir idarede,obyektde,zavodda olsa onun direktorunu gunahlandirirlar!Amma bu hadise olkemizde bash verib!Menim usyanim butun dovlet ishcilerinedi!boyuyunden tutmush balacasinakimi!
cunku olkemizin idaresi onlarin elindedir!idare etmeyi bacarmirlarsa,hec olmasa cezalandirmagi bacarsinlar!onuda bacarmirlarsa dursunlar qiraqda!
tebiiki bu menim onlara hele sakit sozumdur!Ona goreki Allah tealanin mezlumun ahini yerde qoymadigini bilirem!en Azindan Axiretde cezalanacaqlarini bilirem!
qaldiki ravindi nedi ona-imam Sadiqden(e) gozel bir soz;Qadininin pak qalmasini isteyirsense xalqin namusundan gozunu cek!
ve Hz Eliden(e) 1 kelme;Namuslu shexs zina etmez!NAMUSA TOXUNANIN NAMUSUNA TOXUNARLAR!
Sondasa gelin hamimiz dua edekki ALLAH teala imam Zaman agamizin zuhurunu tecil etsin!batilin mehvi ancaq bu yolla mumkundur!

Kimdən: Leyla
08.01.2010 23:25
Statistika gosterir ki, her 4 qadindan biri her hansi formada zorakiliga meruz qalir. Amma qinaqdan qorxub qabaga gelenler chox az olur. Bizim cemiyyetde ise hemishe qadini damgalayirlar. Metroda ve avtobusda kishilerin surtunmesine etiraz eden qadinlar adeten chep baxishlara tush gelib susmaga mecbur olurlar. Yashli qadinlara yer vermek mecburiyyetinde ayaga qalxmali olan genc qizlarin hamisi tez-tez bu tecavuze meruz qalirlar. Chox az sayda oglan ve kishiler bu sahede medeniyyete riayet edirler. Hamimiz ise susuruq... Axi susmaq "qizildir", atalar demishken. Bu qadina destek olmaq lazimdir. En azindan ona gore ki, curet edib qabaga chixib ve susmaq kimi qizildan yan kechib. Ona tekce maddi yox, hem de psixoloji yardim lazimdir. Derdine sherik ola bilmeyenler ise "sussalar" daha yaxshidir...

Kimdən: Esl Mamed
07.01.2010 19:49
Iclerinde yaxshilari da var, amma Camaati nece doydukleri hec gozumun qabagindan getmir. Pojarniklerin kaskalarini taxirlar bashlarina, o da eyri. Qarin da ki, mashallah koyneyin altdan cixib sallanir ashagi. Bir arigini axtardim ki, belke teze ishe girib, tapa bilmedim nese.
Ay millet Azerbaycan polisi ile, muellimi ile, gomruyu ile, metbuati ile, hekimi ile, prokuroru ile, futbolu ile, umumiyyetle her sheyi ile butun Azerbaycandir.
Yene de ordumuz bunlarin hamisindan yaxshidi. 15 ildi istide, soyuqda sengerdedirler. Bir esgerimiz 1000 polisimizden daha qiymetlidir mene.

Kimdən: Kamal
07.01.2010 10:41
Hacana qeder bele olacaq, Beneniyar kendinde ne olur? Goytepede ne olub? Hansi rayona gedirsen, hami dad eliyir polisin, icra hakimiyyetinin elinden, Bakida camaata goz verib isiq vermirler... nece sakit milletik, biz tek olmasaq da basqa amiller de olsa, o boyda sovet hokumetinin ohdesinden geldi bu xalq...


Kimdən: Vətəndaş Şəhər: Bakı
06.01.2010 15:25
Bunu yazdığıma görə xəcalət çəkirəm, amma mənim, sənin bizim polisimizin üzündən insani ifadələr çoxdan silinib. Hər gün işə gələndə postun yanında əlinə dəyənək alıb maşınlara iştahla baxan hədəqədən çıxmış gözləri görəndə insanlığın halına acıyıram
    Növbəti 
Səhifə (6)