Dinlə

Canlı efir

Növbəti veriliş

Top-10

Rusiya televiziyasından belə bir xəbərə baxdım. Yol müfəttişini rüşvət alanda, yaxaladılar. Müfəttiş tez maşınına əyləşib, qapı-pəncərəni bağlayıb pulları uddu. Xəstəxanaya aparıb boğazına zond soxdular, aparatla pulları tapdılar... – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Rubrikalar / Kriminal

Zorlayıb qətlə yetirdiyi qızı göydələnin 16-cı mərtəbəsindən atıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlama və qətllə bağlı proses başlayıb

25.12.2009
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən 24 yaşlı Mehdi Nəcəfovun məhkəməsi keçirilir. O, bu il iyulun 22-də Bülbül prospektindəki 24 saylı binada yaşayan 29 yaşlı İnarə Əliyevanı çəkiclə qətlə yetirərək meyiti 16-cı mərtəbədən atmaqda təqsirləndirilir.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, iyulun 22-də sübh saatlarında gözətçi binanın qarşısında meyit olması ilə bağlı polisə məlumat verib. Araşdırma zamanı məlum olub ki, bu, həmin binada yaşayan 29 yaşlı İnarə Əliyevanın meyitidir. O da bəlli olub ki, İnarə Əliyeva iyulun 21-də saat 22 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı binadakı mənzillərdən birində təmir işləri ilə məşğul olan 24 yaşlı Mehdi Nəcəfov şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı o, qətli boynuna alıb.

«HƏYƏCANLI OLMUŞAM, NƏ ETDİYİMİ ÖZÜM DƏ BİLMƏMİŞƏM»

Mehdi Nəcəfov məhkəmədə də cinayəti etiraf edib. Məhkəmə ifadəsində göstərib ki, İnarə Əliyevanın yaşadığı binadakı mənzillərdən birində təmir işləri ilə məşğul olurmuş. İyulun 21-dən 22-nə keçən gecə İnarə binanın liftinə daxil olarkən qıza hücum edib. Onu zorla təmirlə məşğul olduğu mənzilə aparıb. Orada qızı zorlayıb, sonra başına çəkic zərbələri vuraraq qətlə yetirib.

Cinayətin izini itirmək üçün öldürdüyü adamın üzərindəki sənədləri götürüb, meyiti 16-cı mərtəbədən atıb və hadisə yerindən qaçıb. Təqsirləndirilən şəxs hərəkətini belə izah edib: «Həyəcanlı olmuşam, nə etdiyimi özüm də bilməmişəm».

İndi Mehdi Nəcəfov adam oğurluğu, zorlama, xüsusi amansızlıqla adam öldürmə və sənəd oğurluğu, cinsi əlaqədə olduğu şəxsi QİÇS-ə yoluxdurma maddələri ilə mühakimə olunur.

Hələ ibtidai istintaq zamanı keçirilmiş ekspertiza nəticəsində təsdiqlənib ki, Mehdi Nəcəfov HİV daşıyıcısı imiş.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Seyid Şəhər: Baki
08.01.2010 06:09
Icerde onu "gozel cox gozel" heyat terzi gozleyir...

Kimdən: anar Şəhər: baki
01.01.2010 14:17
olmur utanmirda belələrinə ar olsun

Kimdən: Ceyhun Mirzeyev Şəhər: Baki
29.12.2009 02:07
Ele hallar bash verir ki , cox heyifsilenirem ki olum hokmun leqv edibler...

Kimdən: ibrahim Şəhər: cehennemden
28.12.2009 09:33
bele mehdi kimilerini cinsiyyetini kesib hebse atmaq lazimdir,o zaman ne etdiyini niye heyecanli oldugunu anlayar.

Kimdən: xediceden Şəhər: Baki
28.12.2009 04:06
Sadəcə o biri dunyada ALLAHin huzurunda cavab verməli olacaq.Ondan qorxsun.
Cavab

Kimdən: ARAZ ƏHMƏDDƏN Şəhər: Quba M.B.TAHIROV
30.12.2009 19:32
bele adamlari insanlarin gozu qarsisinda ... birde bele hereket eden tapilmasin
     
Şriftin ölçüsünü dəyiş - +