Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 21:07

Verilişlər / Oxu zalı

Çingiz Abdullayev yeni filmdə «Azərbaycan polisinin qəhrəmanlığını göstərəcək»

x
Şriftin ölçüsünü dəyiş - +
Yazıçı Çingiz Abdullayevin ilk dəfə çin dilində kitabı çıxacaq. Yazar AzadlıqRadiosuna bildirib ki, indiyə kimi kitabları 27 dildə çıxsa da, Çin naşirləri ona birinci dəfədir müraciət eləyirlər. Bu il isə eston, qırğız oxucuları artıq Çingiz Abdullayevi öz dillərində oxuyublar.

Detektiv janrındakı əsərləriylə məşhurlaşan yazıçının kitabı əsasında çəkilən filmi də gələn il izləmək mümkün olacaq:

«Ənvər Əblucun rejissorluğuyla film üzərində işləyirik. Hələlik, filmin adı təsdiqləməyib, ilkin varinat «Çevrilmiş dünya»dır.

Azərbaycan polisinin qəhrəmanlıqlarından bəhs edir. Bizdə həmişə polisə yumoristik yanaşırlar, amma biz onun qəhrəmanlığını göstərəcəyik».

İndiyə qədər Azərbaycan kinosunda detektiv janrında çəkilən filmlər o qədər də uğur qazanmayıb. Bu qənaətini bölüşən Çingiz Abdullayev «Çevrilmiş dünya»nın tamaşaçıların rəğbətini qazanacağına inanır.

Rus kinomatoqrafları da Ç.Abdullayev yaradıcılığına müraciət eləyiblər: «Bu dəqiqə stolumun üstündə müqavilə var. Tanınmış rus aktyoru Yevgeni Mironov «Mənim gözəl alibim» kitabı əsasında film çəkmək istəyir».

Bundan başqa yazıçının Danimarka, Fransa, Ruminya və Polşada kitablarının çapı planlaşdırılır.

Çingiz Abdullayev 2009-cu ili də ədəbi həyatında uğurlu sayır. O, bu il kitabını çıxaran ölkələrin sayını, elə çap olunan kitabların da adını əzbərdən deyə bilməsə də, ümumi tirajı yadda saxlayıb. Deyir ki, 700 min tiraja imza atıb. 

Onu da deyək ki, gələn ilin əvvəllərində yazıçı təp-təzə əsəriylə oxucularının görüşünə gələcək:

«Hələlik əsərin adını qoymamışam. Süjeti barədə onu deyə bilərəm ki, əsər bir azərbaycanlı kəşfiyyatçının həyatından danışır».

Yeni kitab ilk dəfə Rusiyada çap olunacaq. Əsərin azərbaycancaya tərcüməsi və nəşri də nəzərdə tutulur.

Həmçinin oxu!

Orxan Pamukun yeni romanı Yunanıstanda "uçur"!

Putin yazıçılara 1 milyonluq mükafat payladı
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anar Haradan: Moskva
21.01.2010 03:52
Hamiya Salam.. Evvela Cingiz muellimi sherh etmek ve ya onun yaxshi ve pis yazici olmagini muzakire etmek ozu dogru deyil.. onun kimi pis ve yaxshi bir kitab yazin-sonra muzakire edin.. ikincisi.. utanmadan pis demeye navar ki? sizin neyiniz yaxshidi ? internetde ona buna soz atmaginiz? Cingiz muellim Azerbaycanin fexr edilmeli ogullarindan biridi - men shexsen moskvada kitab magazasina girib Cingiz muelllimden bashqa kitabi satilan azerbaycanli gormemishem.. men ve butun Azerbaycanlilar fexr etlemiyik onunla.. yoxsa ki muzakire edirik - yaxshidi ya pis.. ayibdi en azi bu..

Kimdən: f
19.01.2010 10:03
Polis devletleri day polisleri qehraman, sevimli gösderen filimler çekdirir.
Bu filim fikri Cingiz Abdulayev'in deyil, devletin fikridir...

Kimdən: On doqquz Haradan: Bakı
04.01.2010 18:05
Görəsən polisin hansı növündən bəhs ediləcək? Yol polisi yoxsa PPX.. Məndən olsaydı DYP-yə üstünlük verərdim, məncə onların hər addımı bir qəhrəmanlıq salnaməsidir.... Çingiz müəllimin kitablarını mən də oxuyuram... Əgər Çingiz müəllim də "sverxfantastikaya" müraciət etməyə başlayırsa bir oxucu kimi növbəti kitabını xalqın yolunda tər tökən qəhrəman məmurlarımız haqqında, onların xalqın yolunda Kanar adalarında çəkdiyi əzablardan da kitab yazmasını xahiş edərdim.

Kimdən: Rasim Haradan: buraladan
02.01.2010 00:15
Cox maraqlidir, "polisin qehramanliqi"- ozude Az-n, yeqin FANTASTIK filmdir, ya da Yazicinin arzularidir.

Kimdən: kiman @ box /az Haradan: bakı
01.01.2010 13:31
Azərbaycanın bu ağır günündə \Daxilivə xarici siyasətində,qarabağproblemi\
hər bir Azərbaycanlı yazmzğı ,əsərlər Yaratmağı kənara qoymalıdır indiki
anda ziyalılar öndə olmaqla xalqla birgə dövləti xilas etmək vaxtıdır.Tam azadlığa çıxmış xalqın yazarları gözəl əsərlər yarada bilər.Boyunduruqdakı
öküz belə cızığından çıxa bilməz.

Kimdən: XAYDER Haradan: BAKU
25.12.2009 22:54
Men Dronqonun perestiwkariyam ve hemiwe arzum olub ki, onun kimi obraz yaradim. bir vaxt men de yazacam amma bu Dronqo yox ????? olacaq.

Kimdən: Yasar
25.12.2009 17:01
Fexrimizdi! Ondan baŞqa kimimiz var dunyaya chixarmaq etmeye? Huseynbala Miralamov, Gülağa Tənha?

Kimdən: azer Haradan: baki
25.12.2009 17:00
seninde isin gucun qurtarib.bu qeder vaxt,murekkeb ve s.serf ednce sirmemmed muellim kimi faydali bir sey yazardiz.yoxsa uydurma dedektiv eserlerin ne faydasi.lap olmus kicik bir hadiseni bir kitab kimi yazmagin ne menasi ay bey?

Kimdən: Ali Haradan: Baki
25.12.2009 16:49
Chingiz Abdullayev zeif yazichidir. "Drongo"su ile artig bezdirim hamini/ Teesuf ki yeni bir shey fikirleshe bilmir/
Cavab

Kimdən: asif Haradan: baki
26.12.2009 01:36
Teki en zeyif yazichimiz Cingiz Abdulayev olsun !