Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:46

Xüsusi layihələr / Həftənin panaması

750 METRLİK BORU NECƏ OĞURLANIR?

Şriftin ölçüsünü dəyiş - +
«Dekabrın 14-də «Azəriqaz» İB-yə məxsus qaz istismarı sahəsindən 750 metr uzunluğunda qaz borusunu oğurlamış Binə qəsəbəsinin sakini Rəhman Quliyev Əzizbəyov Rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində... tutulmuşdur». / AzərTAc - 23 dekabr /

GƏNCƏDƏ 48 METR UZUNLUĞUNDA TORT


Dekabrın 24-də Gəncədə prezident İlham Əliyevin ad günü ilə bağlı 48 metr uzunluğunda, 11 ton ağırlığında tort bişirilib.

Gəncə bununla Avropanın ən böyük tort rekordunu vurub.

Torta baxmağa və yeməyə 30 min adam gəlib.

Tortun hazırlanmasına 3.5 ton un, 3 ton qənd, 500 kq kərə yağı, 35 min yumurta, 500 kq qoz sərf olunub.

Tortun pulunu Gəncə biznesmenləri verib.

ŞÜAR YAZILMIŞ PULLARI DÜKANLAR GÖTÜRMƏYƏCƏK

İran qərar verib ki, yanvarın 1-dən üstündə şüar olan pulları dükanlar, banklar götürməsin.

Üstündə «O Hüseyn, Mirhüseyn» yazılmış banknotlara İranda tez-tez rast gəlmək olar.

Bu şüarı müxalifət lideri Mirhüseyn Musəviyə simpatiyasını bildirənlər yazırlar.

Hakimiyyətin səbir kasasını daşdıran isə Ayətulla Möntəzirinin ölümündən sonra 20 min riallıq banknotun üstündə «Möntəziri ölməyib» şüarının yazılması olub.

Ayətullah Xomeyni dövründən dissident olan 87 yaşlı Ayətulla Möntəziri İranda yaşıl rəngdən etiraz kimi istifadə olunması ideyasının müəllifidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: xalq Haradan: Baki
28.12.2009 13:50
Misir Merdenov sizde tort hazirlamaq istemirsiniz?
Men fikirleshdim ki yaqin ayin axirina ishdan bayram ucun 20manat verarlar hemreylik qyununda birazda ustunu maashla eleve edib bazarliq ederem ki ushagim biraz seviner.Amma ushagin mektebi menden 30manat rushvet istedi qyuye bir dersde 2 yazmasin.Indi men mecburem ki bu tahsil nazira bir sual verim.
Siz menim erimde olsaydiniz ne ederdiniz?Neucun bu mellimlere bu qeder firsat verirsiniz ki shaqirtleri cox zeif hazirlayirler ki,eleve ders ucun aparib 50manatda verasen.Ne edim,neylayim,bu cur dovlet rehberlerine ne deyim?Indiye kimi yigdiginiz pullari hec vaxt halal etmeyecem,cunku siz o pullari imkensizliqdan yox,sohretli yashamaq ucun yigirsiniz,ve Azerbaycanda bash veran noqsanliqleri menim ucun xosh deyil yazmaq,mecburem.Xahish edirem menim kimileri ve meni,hec vaxt qinamayasiniz.

Kimdən: Aslan Haradan: Baki
27.12.2009 20:55
Gencenin icra bascisi prezidentin 50 illiynde de yagin ki Dunyanin en boyuk SABUNUN hazirlayar cun eliyevler hakimiyyete gelenden Azerbaycanda sabun siyaseti oz uguru ile davam edir,SABUN BOL OLARSA BASILMAZ MEMUR.

Kimdən: raqib
27.12.2009 14:23
bu boyda tortu olan olkede 750 metr borunu ogurlamaga ne var ki;

Kimdən: Nailä Haradan: Almaniya
26.12.2009 19:05
"Avropanin än böyük tort rekordunu" sözünü oxuyarkän, shirtig calib oynamag istädim. Amma rähmätlik Näsibä Zeynalovanin shirtig calib oynayarkän cönüb diwardaki shäklä baxib özünü yigisdirdigi kimi, män dä millätin därd-särini yadima salib özümü yigishdirdim..
Cavab

Kimdən: Azer Haradan: Ahmedli,Baki
27.12.2009 21:35
:)))))))