Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

20 yaşında qoca


«Azadlıq» qəzetinin ilk sayı
«Azadlıq» qəzetinin ilk sayı
«Azadlıq» qəzetinin bugünkü iş günü o biri günlərindən bir az fərqlənirdi. Azərbaycan nəşriyyatının 9-cu mərtəbəsində yerləşən redaksiyanın üç kiçik otağından birində əməkdaşlar ayaqüstü ad gününü keçirirdilər. Dekabrın 24-də qəzetin düz 20 yaşı tamam olurdu. «Turan» agentliyinin direktoru Mehman Əliyev tort da alıb gətirmişdi.

QƏZET ARTIQ İKİNCİ İLDİR Kİ, AD GÜNÜNÜ BAŞ REDAKTORSUZ KEÇİRİR

Qəzetin əməkdaşları deyirlər ki, əslində onlar üçün adi bir iş günüdür. Qəzet artıq ikinci ildir ki, ad gününü baş redaktoru Qənimət Zahid həbsdə ola-ola keçirir. Ona görə bayram əhval ruhiyyəsində deyillər.

Qəzetin müxbiri Aytən Məmmədova deyir ki, o da digər əməkdaşlar kimi neçə illərdir sıxıntı içində işləyir, ancaq:

«İş şəraitimizə, kompyuterlərimizə baxsanız, görərsiniz ki, biz o qədər də rahat bir şəraitdə işləmirik. Ancaq əsas odur ki, biz belə bir çətin şəraitdə özümüzü çox rahat hiss edirik. Bu da «Azadlıq» qəzetindəki ab-havadan irəli gəlir. «Azadlıq»da sözünün əsl mənasında azadlıq var».

Xəyal arzulayır ki, gələn ilki ad gününü baş redaktorla bir yerdə, həm də mətbuat üçün azad bir mühitdə qeyd etsinlər:

«Azadlıq» bizim həyat tərzimizdir»
«Azadlıq»a qarşı basqıların, təzyiqlərin olmamasını istərdim. Axı hər bir jurnalist normal mühitdə işləmək istəyir».

«Azadlıq»ın yeni əməkdaşlarından olan Fizzə deyir ki, bu qəzetdə işləməyi özü üçün fəxr bilir.

«Azadlıq» qəzetinin 1989-cu il dekabrın 24-də çıxan 1-ci nömrəsini oxumuşam. Onda mənim 9 yaşım vardı. O vaxtdan bu qəzetin oxucusuyam».

«YENƏ QAYIDIB BURA GƏLİRLƏR…»

Ad gününə «Azadlıq» qəzetinin veteran əməkdaşları da gəlmişdilər. Qəzetin ilk nömrəsini çıxaranlardan biri İsrail Musayev:

«Azadlıq»da işləyən adamları hara aparsan, yenə qayıdıb bura gəlirlər. Mən alın yazısına inanmasam da, bu baxımdan «Azadlıq» bizim alın yazımızdır. «Azadlığ»ı bizim alın yazımız olmasına inanıram...»

«AZADLIQ» BİZİM HƏYAT TƏRZİMİZDİR»


Bahəddin Həziyev isə deyir ki, veteran əməkdaşlar bu gün bura gəlməyə bilməzdilər:

Mirzə Sakit
«Çünki «Azadlıq» bizim həyat tərzimizdir. Hər insanın bir taleyi var. Bu da bir taledir. Tək burda işləyənlər yox, başqa yerdə işləyənlərin, «Azadlıq» qəzetinin oxucularının da taleyidir».

İsrail Musayev elə redaksiyanın dəhlizində təklif edir ki, qəzetin bir nömrəsini bir gün elə veteranlar yığışıb çıxarsınlar. Günü də təklif edir – iyunun 24-də, qəzetin ilk redaktoru olmuş, mərhum Nəcəf Nəcəfovun ad günündə.

MİRZƏ SAKİTİN ARZULARI

Qəzetin bir neçə aydır həbsdən çıxmış əməkdaşı Mirzə Sakitinsə ürək sözləri belədir:

«Arzulayıram ki, «Azadlıq» 200 ildən sonra da fəaliyyət göstərsin. Nə qədər ki, adamlar azadlıq arzulayırlar, «Azadlıq» qəzeti də fəaliyyət göstərəcək. Mən buna inanıram...»
XS
SM
MD
LG