Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:27

Siyasət

Səsvermədən sonra «Sahil» restoranında

29 saylı Səbail Dairə Seçki Komissiyasının üzvü Məzahir Əliyev
x
29 saylı Səbail Dairə Seçki Komissiyasının üzvü Məzahir Əliyev
Şriftin ölçüsünü dəyiş - +
 AzadlıqRadiosunun müxbirləri dekabrın 23-ü axşam Dənizkənarı Milli Parkda maraqlı səhnənin şahidi olublar. 29 saylı Səbail Dairə Seçki Komissiyası və həmin dairədəki məntəqə seçki komissiyalarının rəhbərliyi protokollara bənzər sənədlərlə Dənizkənarı Milli Parkdakı Sahil restoranına gəlib. 

Hadisə yerində olan müxbirlərimiz komissiya üzvlərinin bəzilərinin əlində MSK simvolları olan torbalar, bəzilərinin isə protokola bənzər  olan sənədlərlə restorana daxil olduğunu görüb, onlardan bəziləri ilə söhbət ediblər. 
 
Bəzi komissiya üzvləri buraya sadəcə yemək yeməyə gəldiyini deyib, amma niyə protokollarla gəldiyini və bu saatda sənədlərin niyə dairədə deyil onda olduğunu izah edə bilməyib. 
 
Restoran işçilərindən biri deyib ki, həmin obyekt DSK üzvü Məzahir Əliyevə məxsusdur. 

Oraya gələnlər arasında 29 saylı Səbail seçki dairəsinin 25 saylı məntəqə komissiyasının sədri Lalə Abdullayeva, katibi Şərəf Rəşidov, eləcə də eyni dairənin 26 saylı məntəqəsinin katibi Ramiz Təhməzov olublar.
 
O isə müxbirimizlə söhbətində deyib ki, onun toplantıdan xəbəri yoxdur. Ona da məlumat verilib və gəlib ki, görsün nə baş verir.
 
Yüklə

MSK sədri Məzahir Pənahov yekun mətbuat konfransında AzadlıqRadiosunun məsələ barədə sualına cavab verib. O deyib ki, bu barədə MSK-ya məlumat daxil olub, o da maraqlı tərəf də daxil olmaqla iki nəfəri məsələni araşdırmaq üçün hadisə yerinə göndərib. Onlarsa orda heç nəyin baş vermədiyini söyləyiblər.



 
MSK üzvü Akif Qurbanov məsələni komissiyada özünün qaldırdığını deyib. Onun sözlərinə görə, sonra qərar qəbul edilib ki, Sahil restoranına o getsin. O gedib və hadisə yerində toplantıya gələn komissiya üzvləri ilə rastlaşıb. Məzahir Pənahovun hansı mənbəyə istinadən məlumatların təsdiqlənmədiyini deməsi isə Akif Qurbanov üçün də müəmmalıdır.



Sizcə, 29 saylı Səbail seçki dairəsinin rəsmiləri seçki axşamı "Sahil" restoranında nə edirdilər?

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Rufat Haradan: baki
26.12.2009 00:02
11 sayli qaradaq secki dairesinde musavat partiyasinin namizedi sexavet soltanlinin ve qardasinin yerine qol cekib bulleten atmisdilar

Kimdən: shafosh Haradan: baku
25.12.2009 14:46
İlan yarpız meselesi olub ki, lap........burda sherhe ehtiyac var???
Seçki şeffaflığından danışanlar bunu oxusalar kifayətdir məncə!!!

Kimdən: Zumrud Haradan: Baki
25.12.2009 14:01
Neqeder subut olar? Bunlar yenede sheffaf kecdiyini deyirler.

Kimdən: Musahideci Haradan: Baki
24.12.2009 21:06
Secki prosesi zamani iyrenc saxtakarliqlarin shahidi olduq.
MSK üzvləri tərəfindən səhlənkarlıq, biabırçı nöqsanlar, karusel ve kütləvi saxtakarlıq halları ilə secki yaddaslarda qaldi. Səs vermə çox zəyif keçirdi bir məntəqədə orta hesabla 150 secici istirak edirdi və planı doldurmaq adıyla bu rəqəmlər şişirdilərək 1000 secici bulletenlerine çıxardılırdı. Seçki prosesi zamanı da saxtakarlıq baş verirdi bu hal xüsusilə karusellerle yaddaşlarda qaldı. Əsas saxtakarlıq seçki prosesinin bitməsindən sonra seçki qutularının açılması zamanı bağlı qapılar arxasında baş verdi. Bu zaman realda yüzlərlə bülleten qeyri qanuni doldurularaq protokollara əks etdirildi.
Məntəqələr üzrə MSK işciləri də prosesden sonra yaxşıca yeyib-içməklə növbəti saxtakarlığı yüksək səviyyədə necə lazımdır qeyd etdilər.

Beynəlxalq qurumlar, super ölkələr gərək demokratiyanı sizlərdən örgənələr.
Seçki çox şəffaf keçdi çünki bizdə şəffaflıq anlayışı tamam başqa anlamdadı.
Necə olur ki, bir məntəqədə 1100 seçici varsa onun 1100 də səs verir nə aşağı nə yuxarı!

Kimdən: dervis Haradan: quba
24.12.2009 21:05
nece yeni niye yigisiblar yemeye.olmasin 30-50 minden mini

Kimdən: Men
24.12.2009 18:44
Derebeyliy. ne dovleti qanunlari saya alan var, ne de dovlet deyilen bir teshkilattan qorxan. ariq eliyev hakimiyyeti son derebeyliy merhelesini yashiyir.Tarixde eger dovlet bele bir derebeyliy merhelesini yashayirdisa onnan sonra yaxin bir muddetde ya ishgala meruz qalirdi, ya oz ozune chokub dagilirdi, ya daki biri chixib hamisini qira-qira gedib shah olurdu ve guclu dovlet yaradirdi. Yegin indi sheraitten asili olarag netice de fergli olacag. amma esas odur ki bu hakimiyyetin sonu chatib.

Kimdən: Ağıldan bəla
24.12.2009 17:06
Həyasız saxtakarlığın maneəsiz baş tutduğunu qeyd etmək üçün toplaşıblar.

Kimdən: FUAD Haradan: SVEC
24.12.2009 16:50
YAQIN KI,KIMINSA TORBASINI CIRIB ,KIMINSA TORBASINI TIKIBLAR.

Kimdən: Melumatli adam Haradan: Bakidan
24.12.2009 16:41
Təbii ki, "qələbəni" rəsmiləşdirib sonra da qeyd edəcəkmişlər...

Kimdən: Qurbanqulu
24.12.2009 16:40
Yeqin seckinin azad ve edaletli kecmesinden duyduqlari hissleri boqa bilmeyib sevincden aqlashirmishlar...
Səhifə (2)
    Növbəti