Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar

Avropa Şurası bələdiyyə seçkisinə ilkin rəy verdi

Jan Klaudio Frekon

Jan Klaudio Frekon

24.12.2009
«GÖZƏGÖRÜNMƏZ SEÇKİ!»

«Azərbaycanda bu bələdiyyə seçkiləri «gözəgörünməz» keçdi. Mən nə küçədə, nə camaat arasında, nə də telekanallarda seçkiyə «rast gəlmədim». Halbuki, yaxşı seçki kampaniyası demokratiyanın göstəricisidir».

Bunu dekabrın 24-də keçirdiyi mətbuat konfransında Avropa Şurası müşahidə missiyasının üzvü, Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti Jan Klaudio Frekon deyib.

AVROPA XARTİYASINA ƏMƏL OLUNMUR

Frekon bildirib ki, missiya ölkədə müxalifətin mətbuata çıxış imkanının olmadığının şahidi oldu:

«Müxalifətin mitinqlər, görüşlər keçirməyə imkanı olmadı. Amma ölkədə güclü iqtidarla yanaşı güclü müxalifətin olması demokratiyanın inkişafı üçün mühümdür. Bundan başqa, bizim müşahidəmiz onu göstərdi ki, Avropa Yerli Özünüidarəetmə Xartiyasının tələbləri Azərbaycanda icra olunmur. Bələdiyyələrin səlahiyyətləri və maliyyə qaynaqları çox azdır. Azərbaycan hökumətinə müraciət edirik ki, tədriclə olsa belə, bu vəziyyəti yaxşılaşdırsın».

«SƏSLƏRİN SAYILMASI BİZİ TƏƏCCÜBLƏNDİRDİ»

Frekon deyib ki, məntəqələr bağlanandan sonra səslərin sayılması prosesi missiyanı təəccübləndirdi:

«Səslərin sayılması lazım olan qaydada aparılmırdı».

Frekon jurnalistlərin qanun pozuntuları ilə bağlı verdikləri konkret sualları cavablandırmaqdan imtina edib və yekun rəyi gözləməyi məsləhət görüb.

O bildirib ki, missiya müşahidə apardığı məntəqələri özü seçib və bir çox məntəqələrə xəbərdarlıq etmədən gedib.

Nümayəndə heyətinin rəhbəri Qayə Doğanoğlu mətbuat konfransında iştirak etmirdi, Frekon bildirdi ki, o artıq Türkiyəyə qayıdıb, amma bütün müşahidə prosesində axıra qədər iştirak edib.

DOĞANOĞLU: «SEÇKİ YAXŞI TƏŞKİL OLUNMUŞDU, AMMA...»

Avropa Şurasının Bakı ofisi Doğanoğlunun da mövqeyinin əks olunduğu press-reliz yayıb. Doğanoğlu bildirir ki, seçkilər sakit keçib və yaxşı təşkil edilmişdi, buna baxmayaraq, konkret təkmilləşdirmələrə ehtiyac var.

Bundan əvvəl Doğanoğlu seçkiöncəsi vəziyyətin də yaxşı olduğunu bildirən bəyanat vermişdi, bu isə müxalifətin narazılığına səbəb olmuşdu.

AzadlıqRadiosunun «Cənab Frekon, Doğanoğlu ilə aranızda hansısa fikir ayrılığı varmı?» sualına cavabında Frekon bildirib ki, nümayəndə heyəti üzvləri arasında ümumiyyətlə fikir ayrılığı yoxdur.

«32 FAİZ DÜNYANIN HEÇ YERİ ÜÇÜN YAXŞI GÖSTƏRİCİ DEYİL»

Müşahidə missiyasının başqa bir üzvü Anyu Kurmanşap isə hesab edir ki, seçici fəallığının 32 faiz olması yaxşı göstərici deyil: «32 faiz dünyanın heç bir yerində yaxşı göstərici deyil».

Missiyanın səkkiz nəfərlik nümayəndə heyəti 100-dən artıq məntəqədə müşahidəçilik edib. Missiyanın yekun rəyi yanvarın 15-də Yerli və Regional Hakimiyyətlər Konqresinə təqdim olunacaq.

Jan Klaudio Frekon Azərbaycanda birinci bələdiyyə seçkilərini də müşahidə edib, deyir ki, 10 il əvvəllə müqayisədə bu seçkidə bəzi irəliləyişlər var:

«Bu seçkidə texniki avadanlıqlar daha yaxşıdır, bir kabinədə iki nəfərin səs verməsi halına, ailə üzvlərinin əvəzinə səs verilməsi halına rast gəlinmədi».

Müşahidə missiyası namizədlərin sayı çox olan məntəqələrdə seçki bülletenlərini oxumağın çətin olduğunu bildirib. «Gələcək seçkilərdə seçki bülletenləri təkmilləşdirilməlidir», deyə o vurğulayıb.

Azərbaycanda 3-cü bələdiyyə seçkisi dekabrın 23-də keçirilib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Sərdar Şəhər: Bakı
29.12.2009 12:04
Seçkini saxtakarlığı AzƏRBAYCANA garşı törədilən ƏN BÖYÜK XƏYANƏTDİR.!!!

Kimdən: azer Şəhər: baki
26.12.2009 23:45
AS daha besdir bizi doladiniz.

Kimdən: Vahid Şəhər: Baki
25.12.2009 14:32
Mence o qeder olmaz. Indi gelin o faizdan mecburi ve saxta secenleri cixaq gorek ne qalir ortada,mecburi secenler kimlerdir? Herbde,turmede,vezifede,tehsilde,saxta secenler ve uste qel secilanlarin qohumlari,bunlari cixannan sonra hec ne kalmir.

Kimdən: Savadsiz
24.12.2009 16:36
balam bu XARTIYA nedi? Deyin biz de bilek.

Kimdən: Əli müəllim
24.12.2009 14:12
Bu müxalifətin könlünü almaq və dünyanın gözünə kül üfürmək üçün verilən bəyanatdır.
Cavab

Kimdən: Abasqulu AĞA Şəhər: ŞƏKİ
24.12.2009 16:01
Sizədə hərşeyi bəyəndirmək olmur. Nə desinlər ki, sizi qane eləsin?