Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:00

Xüsusi layihələr / Bələdiyyə seçkiləri-2009

Yenə köhnə karusel...

İqbal Ağazadə
x
İqbal Ağazadə

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Ümid Partiyasının Naxçıvan bölməsindən AzadlıqRadiosuna bildiriblər ki, Naxçıvan şəhərində seçici fəallığı aşağı olduğu üçün karusel əməliyyatından istifadə edilir:

«Şəhərdə dəstə-dəstə adamlar seçki məntəqələrini dolaşır. Aydındır ki, onlar məntəqələri gəzərək bir neçə dəfə səs verirlər. Bu faktlarla bağlı DSK və MSK-ya informasiya verilib».

NAXÇIVAN SEÇKİ DAİRƏSİNİN SƏDRİ İSƏ BU FAKTLARI TƏKZİB EDİR:

«Heç bir karuseldən söhbət gedə bilməz. Burada hər kəs yalnız öz yerinə səs verir».

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, hakimiyyət ötən seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də karusel əməliyyatından geniş istifadə edib:

«Hər bir dairədə ciddi qanun pozuntuları baş verib. İlk sırada rəqəmlər şişirdilir. Seçici fəallığı olduqca aşağıdır. MSK-ya verilən sayla «Ümid» Partiyasının hesablamalarından bəlli olur ki, məntəqələrdən MSK-ya verilən rəqəmlər ən azı 2 dəfə şişirdilir. Seçici fəallığı aşağı olduğuna görə karusel əməliyyatından geniş istifadə olunur. Mənzil İstismar Sahələrinin əməkdaşları bu işə cəlb olunub. Çox təəssüf ki, məcburi köçkünləri də «karusel»ə cəlb edirlər.

YENƏ KÖHNƏ TEXNOLOGİYALAR…

Müsavat Partiyası da bu gün məntəqələrdə müşahidə olunan qanun pozuntuları, o sıradan karusel əməliyyatı ilə bağlı bəyanat yayıb. Partiya qeydə alınan saxtakarlıqlarla bağlı MSK-ya müraciət edib.

İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər də deyir ki, hakimiyyət yenə də ötən seçkilərdəki saxtalaşdırma texnologiyalarından yararlanıb:

«Bu gün baş verənlərdən görünür ki, vətəndaşlar artıq kütləvi şəkildə hakimiyyətin saxtalaşdırma kampaniyasında iştirak etmir. Seçici fəallığının olduqca aşağı olması dediklərimə sübutdur. Bütövlükdə bu, Azərbaycanda müstəqillik dövründə ən biabırçı seçkilərdir. Hakimiyyət Azərbaycandakı seçkiləri sovet dönəmində keçirilən seçkilərə bənzətmək üçün bütün inzibati resurslardan yararlanır».

AzadlıqRadiosunun əməkdaşları da bələdiyyə seçkisində karusel əməliyyatı ilə bağlı bir neçə qanunsuzluğun şahidi olub. Radionun saytında faktla bağlı videogörüntülər yerləşdirilib.

Binəqədi rayonunda məcburi köçkün olan 3 qadın 2 seçki məntəqəsində səs verir və daha bir neçə seçki məntəqəsində səs verəcəklərini bildirir.

Bu fakta ilk reaksiya isə ombudsman Elmira Süleymanovadan gəlib. O, karusel əməliyyatının mümkünsüzlüyünü deyərək, videogörüntünün montaj olduğunu bildirib.

MSK isə hələlik qanun pozuntularına dair partiyalardan gələn şikayətlərin araşdırılması ilə bağlı hər hansı açıqlama verməyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: umud partiyasin uzvundan Haradan: baki
26.12.2009 01:22
korusel kozumun garsisinda das vermisdir ozuda lokomativ deposunun iscilari tarafindan 18 sayli narimanov nizami DSK dairasinin 17 sayli mantagasinda bas vermisdir

Kimdən: Musteqil Haradan: Baki
24.12.2009 20:06
1992-ci ilde gogulanlari vezifeye getrib bizi biabir etmeyin. Sözleri
Millet vekili Igbal Agazade

Kimdən: Yurdsevər
24.12.2009 10:02
Bu sechki deyildi , sadece bir fars idi.

Kimdən: Kamal
24.12.2009 05:34
hec bir qanun pozuntusuna yol verilmeyib, butun videolar montajdir, secki tam seffaf sekilde bas tutub, ehalinin fealligi da goz qabagindadir. Azadliq radiosu sizi de tebrik edirem, montajlar cox yuksek seviyyededir, hec Hollywood filmlerinde bele xususi effektler ola bilmez. Montaj eden emekdasinizi da Stiven Spilberqle tanis etmek lazimdir, o anadangelme istedaddir :))))
Cavab

Kimdən: musehideci Haradan: Baki
24.12.2009 22:09
Biz bezi pozuntulari oz gozumuzle gormusuk,yaxsi olar yalan yazmayasan.

Kimdən: xalq Haradan: Baki
23.12.2009 23:47
Men ve ailam seckilerde ishdirak etmemishik,ve bundan sonra hec bir seckilere qetmeyecem, cunki bu seckiler bize dahada pis veziyyete qoydu.

Kimdən: xalq Haradan: Baki
23.12.2009 23:33
Elmira Suleymanova qisa zamanda deqiqlikle video montaj etmek olmur,mumkun deil! qedin proqramla tanish olun sonra sozunuzu deyin.Kompyuteri qoshub sondurmeyi bilirsinizse o, demek deil ki her sheyi mukemel bilirsiniz!!!

Kimdən: bəd xəbər Haradan: baki
23.12.2009 23:27
mənim bu seçkilərə gedənlərə yazığım gəlir!

Kimdən: Nizami Haradan: Kurdistan/Baki
23.12.2009 22:42
Yene secki karusellerle musahide olundu

Kimdən: Vuqar Haradan: Moskva
23.12.2009 21:38
Elmira xanimin xetrine deymek istemirem amma ondan ambusman olmaz.Yaxshi olardi evinde oturub,siyasetden uzaq olsun,yoxsa bu hakimyet le beraber qelecek nesillerin lehnetine tush qeler!!!!!

Kimdən: Aslan Haradan: Baki
23.12.2009 21:33
Heleki eliyevler hakimiyyetdedi Azerbaycanda saxtakarliq davam edecek,qozbeli qebir duzelder deyimi Azerbaycanda 6 ildir kecmir,qozbel qebirde amma saxtakarliq davam edir.
Cavab

Kimdən: day-dayi Haradan: almaniya
24.12.2009 03:16
Men ashiqem Obama,
Hesret qaldim obama.
eliyevler getseydi,
Donerdim men obama...
Səhifə (2)
    Növbəti