Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar

Müxalifət Avropa Şurası ilə barışmadı

Arif Hacılı

Arif Hacılı

22.12.2009
«Avropa Şurasının Bakı ofisi keçən dəfəki hadisəyə görə üzrxahlıq etməyənə qədər müşahidə missiyası ilə görüşmək fikrimiz yoxdur».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir.

Xalq Cəbhəsi Partiyası da Avropa Şurasının müşahidə missiyası ilə görüşə getmədi.

Müxalifətçilər deyirlər ki, onlar Avropa Şurası Bakı ofisindən və bələdiyyə seçkilərini izləyəcək müşahidə missiyasından inciyiblər, deyirlər ki, missiyanın sədri Qaye Doğanoğlu dekabrın 7-dən -9-na kimi Azərbaycanda səfərdə olanda əvvəlcə hakim partiya ilə görüşüb, bu isə protokola ziddir.

Üstəlik, müxalifəti yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib, onlar da bunu özlərinə hörmətsizlik kimi qəbul edib, Doğanoğlu ilə görüşmədən gediblər.

Qaye Doğanoğlu isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, görüşlərin qrafikini o yox, Avropa Şurasının Bakı ofisi təşkil edib.

Müsavat Partiyasından Arif Hacılı deyir:

«Əgər bu Bakı ofisinin günahıdırsa, buyursunlar, onlar fəallıq göstərə bilərlər, hər halda belə texniki təşkilatçılıq məsələlərinin həllini bütün Avropada nizam yaratmaq istəyən təşkilata biz öyrətməli deyilik».

DOĞANOĞLU: «BU GÖRÜŞ AZƏRBAYCAN ÜÇÜN VACİBDİR»

Qaye Doğanoğlu
AzadlıqRadiosu Avropa Şurasının Bakı ofisinə bu məsələ ilə bağlı sorğu göndərib, amma hələ ki, cavab ala bilməyib.

Müşahidə missiyasının sədri Qaye Doğanoğlu dekabrın 21-də bəyanat yayıb ki, müxalifətlə görüşün alınmamasına təəssüf edir:

«Nümayəndə heyəti müxalifəti eşitməyə hazırdır, hesab edirik ki, beynəlxalq təşkilatlar və müxalifət arasında müzakirələr Azərbaycanda demokratiyanın inkişafı üçün vacibdir».

Müxalifəti narazı salan bir məqam da budur ki, Doğanoğlu Bakıdan gedəndən sonra verdiyi bəyanatda deyib ki, Azərbaycanda seçkiönü vəziyyətlə bağlı ciddi problem yoxdur.

«DOĞANOĞLU İLƏ GÖRÜŞMƏYİN ONSUZ DA ƏHƏMİYYƏTİ YOXDUR»

Doğanoğlunun dekabrın 7-9-u tarixində Bakıya səfərində onunla görüşənlərdən biri də politoloq Rauf Mirqədirov olub. Mirqədirov AzadlıqRadiosuna müsahibəsində deyir ki, müşahidə missiyası müxalifəti dinləməsə də bu, elə bir ciddi hadisə deyil. Onun sözlərinə görə, Doğanoğlu birinci səfərində müxalifətlə görüşməsə də, müstəqil media qurumlarının rəhbərləri ilə, o cümlədən, onunla görüşmüşdülər, amma bunun faydası olmadı:

Rauf Mirqədirov
«Biz Doğanoğluya kifayət qədər dolğun informasiya vermişdik. Həm ölkədəki seçkiönü vəziyyətin problemləri barədə, həm də müxalifətin üzləşdiyi problemlər barədə. Amma bu məqamların biri də Doğanoğlunun bəyanatında yer almadı. Odur ki, yəqin ki, müxalifətlə görüşün elə bir əhəmiyyəti yoxdur».

Amma Rauf Mirqədirov deyir ki, bütün hallarda müxalifət müşahidə missiyası ilə görüşsəydi, daha yaxşı olardı, çünki müşahidə missiyasında heç də hamı məsələyə Doğanoğlu kimi yanaşmır. Rauf Mirqədirov hesab edir ki, Doğanoğlu ümumiyyətlə obyektiv deyil:

«Təcrübə göstərir ki, ümumiyyətlə, Azərbaycana Türkiyədən gələn müşahidəçilər obyektiv olmurlar və hakimiyyətə yaxın bəyanatlar verirlər».

Qaye Doğanoğlu isə AzadlıqRadiosuna müsahibəsində bildirib ki, onun hakimiyyətlə heç bir yaxınlığı yoxdur.

Qaye Doğanoğlunun rəhbərlik etdiyi müşahidə missiyası Avropa Şurasının adından dekabın 23-də Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək yeganə qrupdur. Səfərin yekununda missiya hesabat hazırlayacaq.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vətəndaş
30.12.2009 20:23
Bəsti ay millət Avropaya ümid bəslədiniz... Görmürsünüz ki, özünə sərf edənə dəymirlər amma sərf etməyəni o dəqiqə aşırtmağa yol axtarırlar? Bizim dövlət Avropayada sərf edir, Amerikayada odur ki sizn onlardan nə gözləyirsiniz?
Avropa sizi sevmir, siz niyə onu sevirsiniz? Özünüzü sevdirməyədə çalışmaq lazım deyil. Dininizi dəyişməyənə qədər sevməyəcək onsuzda.
Demokratiya əllərində bir alətə çönüb, nağıldır!
Ay narazı millət - siz niyə axı narazısınız? Baxın görün haqq etməmişdərmi bizim cəmiyyət hər cür zülmü?!! Bir birini aldadan, söz gəzdirən, qiybət edən, iftira və yalan danışan kimdir?!
Onda gileylənmə bu qədərindən - sevin!
Düşünməyə şans veribdir sənə Uca Allahın!
Bəlkə bizləri təmizləyər bu zulmkarlar!
Cəmiyyətin saflığına açar olar ağır bu vaxtlar!
Şükürlər olsun vallah bizim bu günümüzə!
Allahın rəhmi olmasaydı vay bizim halımıza!

Kimdən: abas Şəhər: baki
28.12.2009 20:14
qardash axcp ve musavat yox vip,umud,adp alp de imtina edib ayri seckilik salmayin.....men ise vip in uzvuyem

Kimdən: Musteqil Şəhər: Baki
27.12.2009 22:41
Muxalifet Avropa shurasi ile barishmadi.Buna men bir munasibet bildirmek isteyirem.Azerbaycanda hal hazirda muxalifet yokdur.Ona göre ki, muxalifet öz nyfuzunu itirmish.Xalq muxalifete inanmir.Bu gun Azerbaycanda 50 partiya var.50 partiyanin lideri öz aralarinda bir lider sece bilmirler ki,butun partiyalar hemin lider etrafinda birleshsinler
hakimiyyet ugurunda mubarize aparsinlar.Her bir partiyanin lideri özu prezident olmaq isteyir.Xalq bunu aciqca görur ki, eger bunlar öz aralarinda bir lider sece bilmirlerse xalq nece bunlarin arxasinca getsin.
Butun liderler xalqdan ne ise gözleyirler bu xalq onlari hakimiyyete getirecek onlar ise hec xalqi yada salmayacaqlar.
Cunku xalq 1992-ci ili yashayib gördu.Avropa shurasi ile muxalifet barishmasada ,Avropa shurasi muxalifetsiz yashaya biler.

Kimdən: elis Şəhər: aydan
25.12.2009 20:01
Hec darixmaq lazim deyil, gunlerin bir gunu mohteshem bir fermanla hamimiz demokrat olacagiq.

Kimdən: Muellim Şəhər: Bazarbaycan
25.12.2009 12:09
Qardaşlar, bu neft pullarının qarşısında qosqoca fransızlar, almanlar, isveçlər, nə bilim daha kimlər davam gətirə bilmədilər, "əridilər". O ki, ola türk, müsəlman, şərq adamı. Yazıqlar olsun bizlərə... Qara Yara kəsilib atılmasa, sağalımır...

Kimdən: Sadiq Şəhər: Baki
23.12.2009 08:54
Umumiyyetle Avropa Shurasi ozu bir ehemiyyetsiz qurumdur.Onlarla gorushdun gorushmedin ele bir faydasi yoxdur.Ozune hormet eden partiyalar defelerle gorushub bir neticeye nail olmadiqlari qurumla yeniden gorushmeyin ne menasi var!!!Turkiyeden olan numayendelere ise hec sozum yoxdur onlar neft ve qaz iyine gelenlerdir.

Kimdən: Kuseyen Şəhər: muxalifet dushergesinden
23.12.2009 06:05
muxalifet hamidan kusub:

1. bir birinden kusduler, sechkilere bir namized seche bilmediler.. uduzdular
2. iqtidardan kusdu parlamente getmedi ve sechkilerde ishtirak etmedi.
3. o gun biri chixib deyir ki, bes xalgimiz mazoxistidir ki, bizim partiyaya uzv olmaq istemir. :))..
4. Indi de avropa shurasindan kusub.

ne kuseyen muxalifetimiz varmish bizim..novbeti kimdir goren?

bir yaxshi atalar meseli yadima dushur burda amma yaza bilmirem...

Kimdən: azer Şəhər: baki
23.12.2009 02:39
ay millet bu demokratiya insanlari idare etmek ucun olan bir nagildir.muxalifet 40%ayilib xalqda hemcini.ozunuze gelin bic qerbden size hecne olmayacaq.onlar hara ayaq bassalar ora xaraba qalir,serveti talan olur sozune baxmayanlarida vetandas muharibesi ile iqtisadiyyatla cokdururler.bizim nicat yolumuz ozumuz ozumuze sahib cixmaqdir.ne qederki gec deyil.

Kimdən: Teymur Şəhər: Baki
22.12.2009 22:37
Cehennem olsun bele Shura.AXCP-nin ve Musavatin onlarla gorushmemesini alqishlayiram.

Kimdən: bezib getmis Şəhər: Avropa
22.12.2009 22:22
Göresen iktidar bu Davud ogluna ne geder rüsvet verib?
Cavab

Kimdən: murad Şəhər: ev
23.12.2009 06:46
Qardash Davudoglu yox Doganoglu. Davudoglular satqın olmur
Cavab

Kimdən: Meslehet Şəhər: Lamekan
02.01.2010 13:24
1915 il den sonra Turkiye ermenileri soyadlarini deyiserek "yan" i "oglu" elediler. Bu Doganogluda belke onlardandi? Turkiyeden gelenlere digget yetirin!!!