Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Kriminal

Prokuror məktəb direktoruna 8 il həbs istəyir

22.12.2009
Şagirdlərə musiqi öyrədən 172 müəllimin diplomu saxta imiş. Bu faktın üstünü Maliyyə Nazirliyi açıb və faktları istintaq edilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edib. İndi də araşdırma məhkəmə baxışındadır. Bir sıra musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərin adına saxta diplomların, arayışların yazılmasında təqsirləndirilən şəxslər isə Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylər Bəylərovla Yevlax şəhər sakini İlham Fərzəliyevdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu şəxslərin məhkəməsi keçirilir.

Bəylər Bəylərov rüşvət almaqda, rəsmi sənədləri saxtalaşdırmaqda, hazırlamaqda, satmaqda, İlham Fərzəliyev isə eyni əməllərlə yanaşı, həm də dələduzluqda ittiham olunur.

Maliyyə Nazirliyi ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172-sinin diplomunun saxta olduğunu üzə çıxarıb. Saxta müəllimlərə isə dövlət büdcəsindən nə az, nə çox 692 567 manat əməkhaqqı ödənilib.

Maliyyə Nazirliyinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müvafiq maddələrlə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20 diplom, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar saxta imiş.

Kələfin ucu Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylər Bəylərova və İlham Fərzəliyevə gətirib çıxarıb. Belə ki, ittihamnaməyə əsasən, saxta diplom və arayışlar bu şəxslər tərəfindən hazırlanaraq saxta «müəllimlərə» satılıbmış.

Bəylər Bəylərovun məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror çıxış edərək məhkəmədən keçmiş məktəb direktoruna 8 il həbs cəzası verilməsini xahiş edib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Fikrət Şəhər: Gəncə
25.12.2009 03:00
Əslində rəsmən qanuni sayılan diplomların da bir hissəsi saxtadır. Aylarla və hətta illərlə universitetə gəlməyən tələbələrə imtahanlarda dekanlıq tərəfindən qiymətlər yazdırılır. Ən qəribəsi odur ki, onlardan bəziləri "əlaçı" da olurlar. Bunun dərsə gələn tələbələrə necə "tərbiyəvi" təsiri olduğunu təsəvvür etmək çətin deyil. Bunu isə nəinki hüquq mühafizə orqanları və hətta MTN-nin işçiləri bilir. Maraqlıdır bəs universitetlərdə işləyən həmin dələduzlara neçə il həbs düşür???

Kimdən: hasan Şəhər: Bakı
23.12.2009 12:14
Bu saxta diplom alanlar təhlükəli deyillər,onların heç olmasa orta,5-7 sinif musiqi məktəb təhsilləri var.İndiki məmurların,PA,MM,DİN,MTN,Prokurorluqda ,Vergi,Gömrük və s. əməkdaşların coxunun qanuni ibtidai savadları belə yoxdur,ancaq əsgəri xidmətdə olmasalar da ,yerini h/h-nin bilməsələr də h/biletləri var.1/2+1/3= neçəni belə bilmirlər.Təhsil rüşvət üstündədir,biabırçı vəziyyətdə,şagirdləri pul dalıyca evə göndərirlər.